Elan Sərgilər Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından
Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından

2018-ci ilin 5 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyi geniş ictimaiyyətə “Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisini təqdim edir.
Hazırki sərgi, muzeyin fondundan 18 minə yaxın bədii sənət əsərinin nümayiş olunacağı planlaşdırılan "Dünya incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" "coğrafi" sərgi silsiləsini davam etdirir.
Milli İncəsənət Muzeyinin yapon incəsənəti kolleksiksiyası, xronoloji çərçivəsi XVIII-XX əsrləri əhatə edən 200-ə yaxın muzey əşyasını özündə birləşdirir. Yapon incəsənəti kolleksiyasının əsasını Azərbaycan burjuaziyasının mülkiyyətindən müsadirə olunan və milliləşdirildikdən sonra muzey fonduna verilmiş əşyalar təşkil edir.
Hal-hazırda muzey, yapon fəlsəfəsinin gözəllik və təbiiliyini özündə ehtiva edən Gündoğan ölkənin əsaslı dekorativ tətbiqi sənət kolleksiyasına sahibdir.
Sərgidə təqdim olunan yapon dekorativ tətbiqi sənət abidələri arasında bədii keramika toplusu xüsusi diqqət cəlb edir. Sərginin ekspozisiyasında dünyada nüfuz qazanmış, XVIII-XX əsrlər Yaponiyanın məşhur keramika mərkəzlərinin nümunələri təqdim edilir. Parlaq rəsmləri olan çeşidli qab və boşqablar, qızılı və fiqurlu işləməli iri həcmli təntənəli dekorativ güldanlar, zərif dekorlu kiçik güldanlar, qıf şəklində yan tutacağı olan ənənəvi çaydanlar, nazik divarlı fincan və nəlbəkilər, naxışlı piyalələr, ustaca zərif miniatürlərlə bəzədilmiş çay dəstləri, gözoxşayan ətir qabları, çox nadir və orijinal formalı təraş qabları bu qəbildəndir.
Miniatür plastika sənəti, muzeyin yapon incəsənəti kolleksiyasında qiymətli fil sümüyü üzərində virtuoz oyma texnikası ilə işlənmişdir. Sərgidə, həmçinin, süjetli səhnələr və nəbati naxışlarla bəzədilmiş fil sümüyündən hazırlanmış bir neçə qutu, XVIII-XIX əsrlərə aid sədəf haşiyəli valehedici yelpiklər, döyüşçülərin qüruru sayılan sümükdən hazırlanmış katana (qılınc) qınları yer almışdır.
Sərgi, tamaşaçıları məftunedici rəng çalarları ilə sevilən mənzərə tematikasında ustalıqla işlənmiş ecazkar yapon tikmə nümunələri ilə tanış edir.
Gündoğan Ölkənin zərif, sirli və füsunkar incəsənətinə olan tükənməz maraq əsasında onilliklərlə formalaşan Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasındakı yapon incəsənəti bədii nümunələrinin təqdim olduğu hazırki sərgi, bütün təlaşı onun hüdudlarından kənara qoyaraq, tələsmədən zahirən sadə görürən, lakin yapon sənətkarlarının gözündə zəriflik simvolu olan bu gözəlliyin fərqinə vararaq əsrarəngiz abu-havaya qərq olunan sanki kiçik bir dünyadır.




Sərgilər




ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 20-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

Bakıda turistlər üçün top 5 məkan

İstənilən ölkəyə səfər edərkən biz ziyarət üçün unikal yerlər axtarırıq. Azərbaycan hər il çoxlu turistlərin gəldiyi ölkədir. Citylife turistlər üçün Azərbaycana səfərləri zamanı ziyarət etməli olduqları top 5 məkanın siyahısını hazırlayıb.