Alman rəssamı Mişa Kubal, işıqla geniş şəkildə işləyir və onu şəhər strukturunda fəaliyyət göstərən effektiv bir vasitə kimi təsvir edir. Rəssamın müdaxilələri əvvəlcədən gözə dəyməyən detalları vurğulayan, adi halı qeyri-adi hala çevirən və məkanın tanınmayan bir şəkildə dəyişməsini təmin edən ışıq və qaranlığın bərabər güclü istifadəsi ilə məkanı fəth edir. Mişa Kubal`ın əsərlərində “az çoxdan yaxşıdır” və minimalizmin təsiri çox güclüdür. Muzey tərəfindən işlərin aparılmasından və ya xüsusi hazırlanmış instalyasiyadan sonra, məkan düşünmə və sakitləşmə üçün yerə çevrilir.
40 ildir ki, incəsənətlə məşğul olan Mişa Kubal bir çoxları üçün sənət vasitəsi ilə özlərini ifadə etmək imkanını yaratdı. Sənətçi musiqiçilərlə çoxsaylı əməkdaşlıq sayəsində öz instalyasiyası və səslər arasında bir simbioz yaradır. Onun bu günə qədər ən iddialı layihəsi olan “res.o.nant” hal-hazırda Berlin Yəhudi Muzeyində göstərilir. İstifadə olunan musiqi əsərləri və dəvət olunmuş əməkdaşları ilə yanaşı, indi layihə musiqiçilərin 60 saniyəlik parcalarını təqdim etmək üçün beynəlxalq açıq çağırış yolu ilə uzadılıb. Ciddi qorunan və təhlükəsizliyinə nəzarət edilən muzey binasında işıq və musiqi sərbəst yayılır; səs dalğaları Mişa Kubal tərəfindən işıqlandırılan 24 metrlik hündür beton boşluqlarda rezonans yaradır.
“res.o.nant” dan fərqli olaraq, “Space-Speech-Speed” işıq instalyasiyası səssizlik ilə müşayiət olunur. Hazırda Almaniyanın Unna şəhərində Beynəlxalq İşıq İncəsənət Mərkəzində daimi nümayişin bir hissəsi olan bu instalyasiya ilk dəfə 1999-cu ildə Kanadanın Toronto şəhərində elektrik stansiyasında nümayiş etdirildi. Mişa Kubal Kapellhausda “Space-Speech-Speed” işıq instalyasiyasını nümayis etdirmək qərarını Goethe-Institutu Beynəlxalq Mədəniyyət Təşkilatının yerli şöbəsi Goethe-Zentrum Bakı`nın dəvəti ilə dekabr ayında Azərbaycana gəldiyi zaman verdi. Bir ay boyunca Kapellhausun əsas salonu insana düşünmək və istirahət üçün çağırış edən heyranedici işıq instalyasiyasına çevriləcəkdir.
Sərgi, 10 Mart, Şənbə günü, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 8 Aprel tarixinə qədər davam edir. Vernisaj 18:00-da başlayır və 19:00-da sənətçinin müzakirəsi başlayır. (İngilis dilində, Azərbaycan dilinə tərcümə ilə). Sərgi çərşənbə - bazar, saat 14:00-dan 20:00 qədər davam edəcəkdir.
“Space-Speech-Speed”
Mişa Kubal (Mischa Kuball)
11 Mart – 8 Aprel, 2018
“Kapellhaus”, Bakı, Azərbaycan
Vernisaj – 10 Mart, 18:00-21:00
Rəssam ilə görüş – 10 mart, 19:00
Giriş sərbəstdir
10 Марта - 08 Апреля
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?