Elan Sərgilər Bahar Qalası
Bahar Qalası

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq Bakı sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələriylə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə-Bahar Qalası Novruz şənliklərinə dəvət edir! 
Mart ayının 20-dən 26-na qədər İçərişəhərdə, 20 və 21 mart tarixlərində Qala qoruğunda təşkil olunacaq Novruz bayramı şənliklərində bir-birindən maraqlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Hər gün 12:00-dan axşam saatlarınadək davam edəcək şənliklərdə ölkəmizin tarix və mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, yerli sənəıtkarlar tərəfindən hazırlanmış əl işi suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələrinin sərgisi təşkil olunacaq. 
Bədii və tarixi personajlar, xalq və əfsanəvi qəhrəmanların canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
“Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək. 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi bayram şənliklərindən evinizə əsll bahar oovqatı aparın! 




20 Марта - 26 Марта
Sərgilər




ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 20-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

Bakıda turistlər üçün top 5 məkan

İstənilən ölkəyə səfər edərkən biz ziyarət üçün unikal yerlər axtarırıq. Azərbaycan hər il çoxlu turistlərin gəldiyi ölkədir. Citylife turistlər üçün Azərbaycana səfərləri zamanı ziyarət etməli olduqları top 5 məkanın siyahısını hazırlayıb.