Elan Sərgilər Turizm sahəsinin nümayəndələri Bakıda!
Turizm sahəsinin nümayəndələri Bakıda!

Yadda qalan istirahət barədə düşünürsünüz? Hansı turoperatorla bunu həyata keçirmək fikirindəsiniz? Xaricdə tibbi müalicə ilə bağlı ən yaxşı təklifi necə əldə etmək istərdiniz? Bu və digər suallara cavabları 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahət “AITF 2018” sərgisində əldə edə bilərsiniz. Sərgi 5-7 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu il sərgidə 80 artıq müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çex Respublikası, Dominikan Respublikası, Gürcüstan, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Sərgidə geniş olaraq «Tibbi və Sağlamlıq Turizm» sektoru təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanları seçməklə yanaşı, yüksək ixtisaslı tibbi yardım xidmətləri əldə etmə siyahısını nümayiş etdirəcəklər. Rəsmi veb səhifəsindən qeydiyyatdan keçərək http://www.aitf.az/az-register/ sərgiyə dəvətnamənizi əldə edin!




05 Апреля - 07 Апреля
Sərgilər




ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 20-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

Bakıda turistlər üçün top 5 məkan

İstənilən ölkəyə səfər edərkən biz ziyarət üçün unikal yerlər axtarırıq. Azərbaycan hər il çoxlu turistlərin gəldiyi ölkədir. Citylife turistlər üçün Azərbaycana səfərləri zamanı ziyarət etməli olduqları top 5 məkanın siyahısını hazırlayıb.