Elan Klublar FireBistro by Paris Bistro & Fireworks Urban Kitchen
FireBistro by Paris Bistro & Fireworks Urban Kitchen

FireBistro – Fireworks Urban Kitchen və Paris Bistro restoranlarının istedadlı aşpazlarından qastronomiya tədbirləri seriyasıdır. Birinci şam yeməyi 18 may Fireworks Urban Kitchen restoranında olacaq, ikinci şam yeməyi – 21 may Paris Bistro restoranında. 
Şam yeməyinin konsepsiyası – “fermadan masaya”. Bu nə deməkdir? İki təcrübəli baş aşpaz unikal məhsulların axtarışlarına Azərbaycanın rayonlarına yola düşdü – ən yaxşı və ən dadlı məhsulları tapmaq üçün.
Onlar göbələklər və quşqonmaz yığırdılar, balıq tuturdular – sonra bu məhsulları təəccüblü şam yeməyinə çevirdilər. Argentinadan və Fransadan kulinariya bacarıqlarının birləşməsi, təcrübə, qastronomiya sehri, yerli məhsullar – yeni dadlar bu cür yaranır! Latın Amerikası və Fransa aksentləri ilə mövsümi fermer məhsullarından həzz alın.
Dadlı səyahətə yola düşürük!
Wine. Dine. Enjoy.

Əyləncə proqramı saat 19.00-da başlanır.
Set-menyu qiyməti – 70 AZN
Fransa və Latın Amerika şərabları ilə set-menyu qiyməti – 125 AZN

Masa sifariş etmək üçün:
Fireworks Urban Kitchen: (055) 268 05 48
Paris Bistro: (012) 404 82 15




Klublar




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.