
Ahmedowsky Trio, 2016cı ilin yayında Babək Ahmedowsky tərəfindən qurulmuşdur. Trionun musiqisi Neo Funk,Experimental, Ambient/Soul Jazz, Garage Jazz və Jazz-Mugham sularında üzür.
Trio 2017-ci ilin Aprel ayında öz ilk EP albomu olan "Sketches of Vagif"'i təqdim edib. 20 dəqiqəlik albom Azərbaycanın caz əfsanəsi Vaqif Mustafazadəyə həsr olunmuşdur. Albomun əsasını Vagifin 3 əsəri( Düşüncə,Soul in love, Mart) və trionun öz bəstəsi olan “Bipolar” təşkil edir.
Drum və perkussiv alətlərdə Xudayat Əhməd,
Bass gitarada Məhəmməd Lətifli,
Gitara və keysdə isə Babək Ahmedowskydir.
2017 ci ilin yayında isə Trio Tbilisini əhatə edən "Ahmedowsky Trio- Tbilisi Tour" təşkil edərək öz musiqisini Vagifin ikinci vətəni hesab etdiyi və Qafqazın paytaxtı Tbilisi sakinlərinə tanıtmışdır. Elə həmin ilin Oktyabr ayında Trio Bakıda keçirilən "Bakool Arts" Festivalının qalibi olaraq Braziliyada keçirilən "Prosa Sonora" festivalına iştirak haqqı qazanır və eyni zamanda 2018-ci ilin yayında öz ilk debüt albom "Caspian Broadcasting"-i hazırlamaq üçün məşq və studiya prossesinə başlayır, 2018-ci ilin may ayında albomu bitirən qrup Mayın 22-si albom haqqında tesaser paylaşır.
"Caspian Broadcasting" albomunun Release tarixi isə İyunun 20-dir.
Həmçinin Amerikada fəaliyyət göstərən "101 Moon Ave" labeli bu albom üçün Ahmedowsky trio qrupu ilə razılığa gəlir və beləcə albomun prodüseri Orxan Ata olur. Albomun outrosu olan və albomla eyni adı daşıyan Caspian Broadcasting mahnısında da Orxan Atanın qısa bir nitqi yer alıb.
10 mahnıdan ibarət olan digər adı ilə Blue album "Caspian Broadcasting"in səs mühəndisliyini Seymur Əliyev icra edib. O həmçinin öz musiqiçi fəaliyyəti ilə də tanınır. Albom "360 music production" studiyalarında 3 ay ərzində "Recorded-mixed-mastered" prossesindən keçmişdir.
Ahmedowsky trio həmçinin bu il keçirilən "İstanbul Jazz Festival"da da çıxış edəcəkdir.
First LP album teaser (Caspian Broadcasting) 2018 : https://youtu.be/3k1yhviO-ts
1st single from "Caspian Broadcasting" album : https://youtu.be/CKxLVjtv4k4
2nd single from "Caspian Broadcasting" album : https://youtu.be/Mk9kvNMg8tg
See also fist EP album 2017 (Album dedicated to Vagif Mustafazade)
Full album link: https://youtu.be/17F6910AqUc
Giriş pulsuzdur • Free Entrance
Ətraflı məlumat və masa bronu üçün: 050 273 14 14
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

