Azərbaycanda ilk dəfə olaraq, 20-22 sentyabr tarixlərində “Boulevard Hotel Baku” mehmanxanasında 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair 2018” sərgisi keçiriləcək.
Üç gün ərzində sərgi, yerli və xarici şirkətləri bir araya gətirərək, geniş çeşidli, yüksək keyfiyyətli məhsullarla tanış olmaq üçün müstəsna bir imkan yaradacaq. Sərgidə promo məhsullar, VIP, korporativ, xüsusi sifarişlə hazırlanan hədiyyələr, biznes suvenirlər, hədiyyə qutuları, dəri məhsulları: qovluqlar, çantalar, pul kisələri və s., zərgərlik məmulatları, tekstil: hər növ bayraq istehsalı, gödəkcələr, şərflər, şapkalar və s. təqdim olunacaq.
Sizi gözəl hədiyyə qutusunun içində olan sürpriz qədər nə sevindirə bilər? Bəzi insanlar hədiyyə almağı sevir, bəziləri isə onları seçməyi. Kimisi üçün bir hədiyyə seçmək, onun qablaşdırmasını hazırlamaq və nəhayət, onu sevgi ilə birinə təqdim etmək özü bir bayramdır. Bir səbəb olmadan bir daha sevginizi və diqqətinizi yaxın insanlara göstərmək istəyirsinizsə, o zaman “Gift&Promo Fair” sərgisini ziyarət etməyə tələsin!
Sərgi haqqında ətraflı məlumat və elektron dəvətnamə rəsmi saytda yerləşdirilibdir: www.giftfair.az.
20 Сентября - 22 Сентября
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.