Elan Sərgilər ARTIM ROOMS: Yeni hekayələr
ARTIM ROOMS: Yeni hekayələr

YARAT Müasir İncəsənət Məkanı ARTIM ROOMS layihəsi çərçivəsində "Yeni hekayələr" adlı sərgini təqdim edir.

Açılış: 5 oktyabr, saat 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir
 
ARTIM ROOMS layihəsinin ikinci sərgisi rəssamlar Füzuli Əliyev, Mina Abbasova, Vüsal Əhmədov, Rizone, Leyla Qabulova, Əhməd Nəbiyev və Roman Qocayevin müstəqil layihələrini təqdim edir. Bir-birindən fərqlənən layihələrdə bioqrafik, psixoloji-mental və sosial paralelləri vurğulamaq olsa da, hər bir layihə digəri ilə bağlı olmayan eksperiment kimi nümayiş etdirilir.

Füzuli Əliyev "Əlvida" adlanan envayronmental kompozisiyasında həyatında dönüş nöqtəsi olan hadisəni kalliqrafik üsulla çatdıraraq, bu əhvalatdan canını qurtarmaq kimi qiymətləndirir.

Əhməd Nəbiyev "Özünü qur/ əksolunma" avtobioqrafik kollajında fərqli ifadə vasitələrlə, fərqli həyat anlarını pazlla əlaqələndirərək öz hekayəsini danışır.

Vüsal Əhmədovun "Xırdası qalsın" instalyasiyası bir müddət öncə cəmiyyətdə rezonans doğuran ictimai nəqliyyatda gediş haqqının qaldırılması mövzusu vasitəsilə "dəyərlər" haqda fikirlərdir.

Roman Qocayevin "Saçının ucuna zərər gəlməsini istəmərəm, həyatına gəlsə də olar" performansı Azərbaycanda erkən nikah problemləri kontekstində, ölkəmizdə mövcud olan sosial-mental stereotipləri vurğulayır.

Mina Abbasovanın "Nəbz" video layihəsi insanların durumlarının təyin olunmasında yeganə dürüst və heç vaxt əsl emosiyaları gizlədə bilməyən gözlər haqqındadır.

Rizone "Yarıoyaq" instalyasiyasında müxtəlif dövrlərdə insanları kütləvi şəkildə "zombiləşdirən" vasitələrdən bəhs edir.

Leyla Qabulova "Hibernasiyada" adlı instalyasiyasında barama nümunəsində bir neçə sosial məqama toxunaraq, şəxsiyyətin yaranmasından söhbət açır.

ARTIM ROOMS layihəsi gənc rəssam, kurator və digər yaradıcı peşə sahiblərinə müstəqil "otaqlar layihəsini" təklif edir. Hər kəs sahib olduğu bir və daha çox ideyalarını ARTIM Layihə Məkanının otaqları üçün təklif edə bilər. Layihənin məqsədi müzakirələr və eksperimentlər üçün nəzərdə tutulan yaşayan, dinamik və müstəqil platforma yaratmaqdır.

Sərginin tarixləri: 5–19 Oktyabr
İş saatları: Çərşənbə axşamı – bazar, 12:00-20:00
Ətraflı məlumat: www.yarat.az; (012) 505 1414




05 Октября - 19 Октября
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.