Elan Sərgilər Beynəlxalq Təhsil “Education 2018” sərgisi
Beynəlxalq Təhsil “Education 2018” sərgisi

Hörmətli valideynlər,

Uşağınızın gələcək təhsili barədə düşünürsünüz?

O zaman icazə verin Sizi 11-13 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisinə dəvət edək.

 

Sərgidə:

Azərbaycandan: ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, CELT, “Sevimli Bala” (uşaq bağçası), Sumqayıt Dövlət Universiteti və ümumilikdə 22 təhsil müəssisələri

Çexiyadan The 1st Slovenic Gymnasium and Language School with the Right of State Finale Exam, University of West Bohemia, Film Academy of Miroslav Ondricek, UNICORN College, University of New York in Prague, ART&Design Institute, CEVRO Institute

Gürcüstandan Tiflis Dövlət Tibb Universiteti

Litvadan Education Exchanges Support Foundation - Study in Lithuania

Latviyadan EKA University, LIEPAJA University

Rusiyadan M. T. Kalaşnikov adına Ijevsk Dövlət Texniki Universiteti, Rusiya Dövlət Sosial Universiteti, Baykal Dövlət Universiteti, Cənubi Ural Dövlət Universiteti (Milli Elmi-Tədqiqat Universiteti), Milli Elmi-Tədqiqat İnstitutu MIET, İqtisad Ali Məktəbi, Milli Moskva Elmi-Tədqiqat İnşaat Universiteti, Plexanov Adına Rusiya İqtisad Universiteti, Qubkin adına Rusiya Dövlət Neft və Sənaye Universiteti, Samara Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Sənaye və Dizayn Universiteti, Ufa Dövlət Neft Texnologiyalari Universiteti, Ural Dövlət İqtisad Universiteti, Ural Federal Universiteti, Voronej Dövlət Texniki Universiteti

Türkiyədən Beykent Üniversitesi, DEİK, Doğuş Üniversitesi, Hasan Kalyoncu Üniversitesi, İEFT International Education Fairs of Turkey, İstanbul Aydin Üniversitesi, İstanbul Ayvansaray Üniversitesi, İstanbul Gedik Üniversitesi, İstanbul Kültür Üniversitesi, TOBB ETU Üniversitesi, İstanbul Ticaret Üniversitesi iştirak edəcəklər.

 

Siz bilavasitə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı yaşayış yerləri kimi məsələlər barədə suallar vermək, eləcə də müəssisələrin reytinq və ixtisaslaşmalarını öyrənmək imkanına malik olacaqsınız.

 

Uşağınızın gələcəyinə sərmayə yatırın!

 

Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni http://eduexpo.az/az-register/  saytından əldə etmək mümkündür.

 

Sizi sərginin ziyarətçiləri arasında görməyə şad olarıq və ümidvarıq ki, bu tədbiri ziyarət etməyiniz sizin üçün həm səmərəli, həm də faydalı olacaqdır!




11 Октября - 13 Октября
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.