Elan Sərgilər "Payızımın çalarları" fərdi sərgi
"Payızımın çalarları" fərdi sərgi

7 - 11 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzinin İncəsənət qalereyasında Milena Nəbiyevanın “Mənim payızımın çalarları” adlı ikinci fərdi sərgisi keçiriləcəkdir. Sərginin çərçivəsində müəllifin 60-dan çox rəsm əsəri nümayiş etdiriləcəkdir. 
Milena Nəbiyeva özünün yaradıcılıq üslubunu ona bədii icra imkanlarını bir qədər genişləndirməyə imkan verən dekorativ-tətbiqi incəsənət kimi müəyyən edir. Qeyd etmək lazımdır ki, Muzey Mərkəzinin İncəsənət qalereyasının rahat zalları, rəssamın sözlərinə görə, ona o qədər doğma olmuşdur ki, ikinci fərdi sərginin keçirilməsi üçün meydançanın seçimi əlbəttə ki, bəlli idi. 

2017-ci ilin fevralında sənətə dəyər verənlər, tənqidçilər və sənət həvəskarları artıq Ankara və Sankt-Peterburqda keçirilən sərgilərdə iştirak etməyə müvəffəq olmuş bu gənc Bakılı rəssamın yaradıcılıq “palitrasında” maraqların müxtəlifliyi ilə tanış olmaq imkanına malik olmuşlar. O zaman, soyuq fevral günlərində, onun rəsm əsərləri tamaşaçılara parlaq yayın dadını və ya payız təmtərağının zənginliyini bəxş edərək, boyaların parlaqlığı və onların Swarovski kristallarının parıltısı ilə cəsur birləşməsi hesabına Muzey mərkəzinin İncəsənət qalereyasının zallarını, sözün əsl mənasında, isitmiş və al-əlvan rənglərə boyamışdı... 

“Mənim payızımın çalarları” adlı indiki sərgi sanki rəssam və onun tamaşaçısı arasında il yarım bundan əvvəl başlamış dialoqun davamıdır. Bu layihənin çərçivəsində Milena Nəbiyevanın sənət əsərləri artıq müəllifin şəxsi inkişafının müəyyən mənada yenidən qiymətləndirilməsi kimi görünür.

Sərgi 7 - 11 noyabr 2018-ci il tarixlərində davam edəcəkdir. 
İş saatları: saat 10.00-dan 18.00-dək 
Ünvan: Muzey Mərkəzi, AZ 1095, Azərbaycan, Bakı şəh., Neftçilər prospekti, 49. 
T.: +99412 4935883, +99450 273 21 80. 




07 Ноября - 11 Ноября
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.