Elan Sərgilər Pedro Qomes-Eqanya – fərdi sərgi: "Sleypnir"
Pedro Qomes-Eqanya – fərdi sərgi: "Sleypnir"

YARAT Müasir İncəsənət Məkanı sizi, Norveçdə yaşayan və fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Pedro Qomes-Eqanyanın “Sleypnir” adlı fərdi sərgisinə dəvət edir. Sərgidə nümayiş olunan rəssamın yeni və əhəmiyyətli sənət əsəri özünün daim təzələnən “Rəsədxana” (“Observatory”) silsiləsinin bir hissəsidir. YARAT Mərkəzinin məkanında Pedro Qomes-Eqanya tərəfindən qurulmuş bu geniş miqyaslı pavilyon strukturlu instalyasiya tamaşaçıya xüsusi multisensorlu, immersiv təsir göstərir. Öz ilhamını Xəzər bölgəsindən alan bu sərgi, YARAT-ın Bakı şəhərinin müxtəlif məkanlarında həyata keçirəcəyi genişmiqyaslı, bir çox fənləri əhatə edən teatr və performanslar tədbiri, M.A.P. Festivalı ilə eyni vaxta təsadüf edir.
Bu pavilyona bənzər əsər tamaşaçının öz adi məkan qavrayışını “rituallaşdırmasına” vadar edir, bizi, öyrəşdiyimiz ölçülərin hüdudlarından kənara çıxarır. İnstalyasiyanın daxilində “məkan içində məkan” kimi qurulan mexaniki komponentlər müxtəlif laylı seqmentlərdən ibarətdir. Bu seqmentlərdə aramsız olaraq dəyişikliklər baş verir, sanki, onlarda hansısa kabus var. Sözün geniş mənasında Qomes-Eqanya öz bədii təcrübəsinin xoreoqrafiya və işıq oyunu kimi səciyyəvi elementlərini bir araya gətirir, daha sonra, tamaşaçını müəyyən ardıcıllıqla xüsusi qurulmuş sərgi məkanının ayrı-ayrı sahələrinə istiqamətləndirməklə, zaman və müəllif hekayəsi ilə bağlı tamaşaçı duyğularını manipulyasiya edir.

İnstalyasiya öz ilhamını məşhur norveçli səyyah Tur Heyerdalın geniş səs-küyə səbəb olmuş “Odinin axtarışları” (“The Search for Odin”) kitabından götürüb. Belə ki, Azərbaycana etdiyi çoxsaylı səfərlərindən birində tanınmış səyyah qayaüstü oyma rəsmlərin bədii üslubunun Norveçdə rast gəldiyi oxşar qədim rəsmlər ilə uyğunluq təşkil etdiyini aşkar edir. O, Azərbaycanın müasir sivilizasiyanın beşiyi olması və azərbaycanlıların bir vaxtlar şimala, Skandinaviyaya köç etməsi ilə bağlı qənaətə gəlir. Bu səbəbdən, o, məşhur vikinqlərin əcdadının məhz qədim Xəzər bölgəsindən qaynaqlanmasına dair elmi fərziyə irəli sürür. Elə “Sleypnir” sərgisi də öz adını Norveç mifologiyasının tanrısı Odinin səkkizayaqlı atının adından götürüb, çünki Tur Heyerdalın nəzəriyyələrində Odin məhz bu atın üstündə Azərbaycandan Skandinaviyaya səfər etmişdir. 

Pedro Qomes-Eqanya öz instalyasiyasına ayrı-ayrı ifaçılar tərəfindən oxunan, məkan daxilində vahiməli ab-hava təəssüratını bəxş edən musiqili səs elementi də daxil edib. Norveç musiqisini Azərbaycanın folklor mahnıları ilə bir araya gətirən bu instalyasiya, Tur Heyerdalın sanki “ifşa olunmuş” nəzəriyyəsini vurğulayır. Azərbaycanın tarixi və geosiyasi xüsusiyyətləri ilə maraqlanan Qomes-Eqanya, öz əsərini “müasir və tarixi texnologiyalar və onların bizim təcrübəmizi, zamanla bağlı qavrayışımızı necə təyin etməsi ilə bağlı tənqidi baxış” adlandırır.

Pedro Qomes-Eqanyanın instalyasiyası YARAT tərəfindən təşkil olunan 6-11 noyabr 2018-ci il tarixlərində keçiriləcək M.A.P. Festivalının bir hissəsi kimi təqdim edilir. 

Sərginin kuratoru Suad Qarayeva-Malekidir. 

Rəssam haqqında 
Kolumbiyada anadan olan Pedro Qomes-Eqanya hal-hazırda Danimarkanın Kopenhagen və Norveçin Bergen şəhərlərində yaşayıb-fəaliyyət göstərir. Qomes-Eqanya Goldsmiths Kollecində (London) və Bergen Milli İncəsənət Akademiyasında (Norveç) musiqi kompozisiyası, performans və təsviri incəsənət ixtisasları üzrə təhsil alıb. 2012-ci ildə, Norveç Elmi Araşdırmalar üzrə Təqaüd Proqramı çərçivəsində təsviri incəsənət üzrə doktorluq dissertasiyası müdafiə edib. Qomes-Eqanyanın əsərləri dünyanın bir çox yerlərində nümayiş etdirilib, o cümlədən: İstanbul Biennalesi, Brüssel Biennalesi, ICA (London), Kunstnernes Hus (Oslo), La Kunsthalle (Myuluz) və Colomboscope (Kolombo). Hal-hazırda, Pedro Qomes-Eqanya Norveçin Bergen Universitetinin incəsənət fakültəsində professor və elmi-işçi kimi fəaliyyət göstərir.

9 noyabr 2018 – 24 fevral 2019 
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00
Giriş sərbəstdir




10 Февраля - 09 Ноября
Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?