
4-7 dekabr tarixlərində Bakı şəhərində “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçiriləcək. Bu il sərgi dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar. “Bakutel 2018” sərgisi ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya və digər ölkələrin milli stendlərini nümayiş etdirəcək.
Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.
İlk dəfə olaraq sərgi çərçivəsində “Bakutel Tech Talks” layihəsi - sənaye sahəsində fikir formalaşdıran nüfuzlu şəxslər ilə müzakirələr üçün müasir təmayüllü platforma təqdim olunacaq. “Bakutel Tech Talks” 5-6 dekabr tarixlərində keçiriləcək.
Rəqəmsal sahəni təşkil edən texnologiyaların nümayiş olunması və müzakirəsi ilə yanaşı, “Bakutel” həm də yüksək texnologiyaların tətbiqi ilə əyləncəli məhsulların təqdim edildiyi unikal platformadır. Bu il oyun zonası foyedə yerləşəcək və burada rəqəmsal muzey, məktəblilər üçün “First Lego League” turniri, “Yüksəklik” kompyuter oyunu, milli nağıl qəhrəmanları haqqında “Külək –ilk nağıl qəhrəmanları” virtual nağılları, “3D Production” şirkətinin rəqəmsal muzey layihəsi, Azərbaycanın görməli yerlərini çap edəcək “3D” printerlər və dronların şousu təqdim ediləcək. Həmçinin burada “Hədəf” liseyinin interaktiv elm muzeyinin eksponatları da təqdim olunacaq.
İlk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “Robokiper” təqdim olunacaq. “Robokiper” - dünyanın ən sürətli qapıçısı hesab edilir. “Bakutel 2018” sərgisinin zirayətçiləri və qonaqları “Robokiper”-ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə müxtəlif hədiyyələr təqdim ediləcək. Bakutel 2018 sərgisinin açılış mərasiminə azərbaycan klublarının tanınmış futbolçuları, həmçinin Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov dəvət olunublar. Onlar ən sürətli qapıçının qapısına qol vurmağa cəhd edəcəklər.
Sərginin keçiriləcəyi günlərdə Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey fəaliyyət göstərəcək. “AzərPoçt” MMC-nin stendində sərginin bütün iştirakçıları üçün keçiriləcək hədiyyəli lotereya məhz bu əlamətdar hadisəyə həsr olunub.
“Bakutel” sərgisi hər kəsə ən yaxşı nailiyyətlər və texnologiyaların qəbul edilməsi, yeni tərəfdaşlar və investorların tapılması, eləcə də biznesin inkişafı üzrə səmərəli həll yollarını təqdim edəcək. 4-7 dekabr tarixlərində sərgiyə səfərinizi planlaşdırın! Şansınızı qaçırmayın - burada və indi hərəkət edin! Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnamə rəsmi saytdan www.bakutel.az əldə edə bilərsini
04 Декабря - 07 Декабря
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

