Elan Sərgilər “Bakutel Tech Talks”: maraqlı şəxslər ilə görüşmək fürsətini əldən qaçırmayın!
“Bakutel Tech Talks”: maraqlı şəxslər ilə görüşmək fürsətini əldən qaçırmayın!

Cari ilin 5-6 dekabr tarixində mütəmadi olaraq hər il keçirilən “Bakutel” sərgisi Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq “Bakutel Tech Talks” layihəsini – sənaye sahəsində fikir formalaşdıran nüfuzlu şəxslər ilə müzakirələr üçün müasir təmayüllü platformanı təqdim edəcək.
 

Dekabr ayının 5-də “Bakutel Tech Talks” platforması “Bizimkilər” sessiyası ilə öz işinə başlayacaq. Sessiyanın bu cür adlandırılmasını şərtləndirən amil isə xarici ölkələrdə “LG Electronics”, “Google” və “Facebook” kimi dünyaca məşhur İT şirkətlərində, eləcə də Niderland Krallığının Leyden Qabaqcıl Kompyuter Elmləri İnstitutu (LIACS) və Avropa Nüvə Araşdırmaları Təşkilatında (“CERN”) çalışan həmvətənlərimizin tədbirdə spiker qismində çıxış etməsi ilə bağlıdır. “Bizimkilər” sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq İT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etməkdir. 
 

6 dekabrda  isə “Bakutel Tech Talks” çərçivəsində     “Baxış bucağınızı İT-iləyin!” şüarı altında panel müzakirələri keçiriləcək. Burada əsas ideya teleradio yayım, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyalar və həll variantlarıdır. Tədbirin məqsədi rəqəmsal innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır. Elə həmin gün “Bakutel Tech Talks” öz işini “Startap-dan böyük biznesə” sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olması xüsusunda əmin etməyə çalışacaqlar. Sessiyanın ilk parlaq çıxışı biznesin qurulması və startapların işə başlaması sahəsində tanınmış ekspert, habelə iri investor və sahibkar, İsraildə bir neçə biznes-akseleratorların və beynəlxalq innovasiya mərkəzlərinin rəhbəri Tal Katranın məruzəsi olacaq. Sessiyanın digər maraqlı məruzəçiləri arasında isə “Sumaks Technologies” şirkətinin direktoru Cavid Məmmədov, “Technote Media” və “Hotbots Robotics” şirkətlərinin təsisçisi Fərid Pərdəşünas və “PictoFy” şirkətinin proqram təminatı üzrə gənc layihəçisi Məqrur Rzayev yer alır. 
 

“Bakutel Tech Talks” çərçivəsində maraqlı insanlar ilə görüş fürsətini əldən buraxmayın! Əgər hələ qeydiyyatdan keçməmişsinizsə, o zaman tələsin, çünki yerlər məhduddur! 




05 Декабря - 06 Декабря
Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?