Elan Sərgilər Vaciko Çaçxiani "Milçəklər dişləyir, yağış yağacaq"
Vaciko Çaçxiani "Milçəklər dişləyir, yağış yağacaq"

YARAT Müasir İncəsənət Məkanı sizi Gürcüstan rəssamı Vaciko Çaçxianinin fərdi sərgisinə dəvət edir. Sərgi, rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən, tamamilə yeni əsərləri təqdim edir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə etmişdir.

Qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası özündə antik dövründən və digər tarixi keçmişdən olan heykəlləri cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər pazlarla bərkidilib və onlar heykəlləri birtəhər tutub saxlayır; eyni zamanda, bu, onların paralanmasına, bir-birindən aralanmasına təhlükə yaradır. Bu heykəllər rəvayət şəklində təqdim edilən tarixin dağılıb-itən mahiyyətinə istinad edir. Burada Gürcüstan sanki öz qədim mifologiyası (Prometeyin Qafqaz dağlarında qayalara zəncirlə bənd edilməsi haqqında əfsanə) və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında ilişib qalıb. 

Bu "keçilməz" meşədən azca aralıda, taxtadan hazırlanmış 3 anbar var və onlar Gürcüstanın kənd tikililəri kimi təqdim edilir. Onlardan ikisi, daha iriləri, öz donuq və tutqun şüşəli pəncərələri ilə Gürcüstanın verandalarını xatırladır. Forma baxımından onlar V. Çaçxianinin 2017-ci ildə Venesiya Biennalesinin pavilyonunda istifadə etdiyi tikili ilə eynidir. Bu tikililər də insanı nostalji hisslərə qapadan istirahət məkanları, ailə ilə keçirilən gözəl vaxtlar, insanın öz fərdi səviyyəsində yaşatdığı xatirələri, onun mədəni irsi ilə çətin və mürəkkəb əlaqəsinə istinad edir. 

Ölçüsü nisbətən kiçik anbarda isə "Milçəklər dişləyir, yağış yağacaq” adlı yenicə işıq üzü görən film nümayiş etdirilir. Sərginin adı da məhz bu filmdən götürülüb. Məşhur gürcü nağılında oğul öz anasının ürəyini gerçək olmayan sevgisinə qurban verir. Bu nağılı tutqun və cəsarətli müasir interpretasiyada təqdim edən film, əsrlər boyu mifologiya və folklorun köməyi ilə arzu, həyat və ölüm arasındakı incə əlaqəyə, məşhur Jak Lakanın psixoanalitik nəzəriyyəsini vurğulayır. Rəssam, öz hər şeyi bilmək istəyi və cəsarətli üslubu ilə, bir qayda olaraq, "identiklik", yəni, ailə, milli mənsubiyyət və "kimlik" anlayışımıza yoxlanılmadan daxil olan nağılları dərindən araşdırır. Rəssamın sözlərinə görə, "bu sərgi, tarix və mifologiya, habelə onların müasir psixologiyanı necə formalaşdırması haqqındadır".

Sərginin kuratoru Suad-Qarayeva Malekidir
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00
Giriş sərbəstdir

Rəssam haqqında

Vaciko Çaçxiani (d.1985, Tbilisi, Gürcüstan) Berlində və Tbilisidə yaşayır və fəaliyyət göstərir. Əvvəlcə Tbilisi Texniki Universitetinin riyaziyyat və informatika fakültəsini, daha sonra, 2013-cü ildə Berlin İncəsənət Universitetini (UdK) (tanınmış professor Qreqor Şnayderin sinfi) bitirib. Bu günə qədər bir çox fərdi və qrup sərgiləri keçirilib, o cümlədən: Zigen Müasir İncəsənət Muzeyində (Almaniya) "Both" adlı fərdi sərgisi, 2017-ci ildə Hamburger Kunsthalle-də "WAITING. Between Power and Possibility" və "wieder und wider" adlı iki qrup sərgisi. Bu il (iyun-oktyabr) rəssamın Bundeskunsthalle-də (Bonn) "Heavy Metal Honey" adlı fərdi sərgisi keçirilib. 2017-ci ildə, rəssamın "Living Dog Among Dead Lions" adlı əsəri Culian Heynenin kuratorluğu ilə Gürcüstanın Venesiya Biennalesindəki pavilyonunda nümayiş etdirilib. 2015-ci ildə Berlində "Neue Berliner Räume" art qalereyası və Freie Universität ilə birgə "Many Lives Passing Through While Imitating Death" adlı instalyasiyası açıq havada nümayiş etdirilib. 

2018-ci ildə, Vaciko Çaçxiani Los-Ancelesdə "Villa Aurora" təqaüd proqramının və Tokioda "Tokas" rezidenturasının qalibi seçilib. 2017-ci ildə, "Reubens Promotional Award" mükafatına layiq görülüb. Hal-hazırda, Bremen Kunsthalle-də (Almaniya) keçirilən sərgi ilə əlaqədar "Kunstpreis Böttcherstraße 2018" incəsənət müsabiqəsinə namizədliyi irəli sürülüb. Sənətkarın yaradıcılığına müxtəlif filmlər, heykəllər, performanslar, fotoşəkillər və geniş miqyaslı instalyasiyalar daxildir. Onun əsərləri Berlinin "Daniel Marzona" və Tokionun "Scai the bathhouse" qalereyalarında təqdim olunur.

Vaciko Çaçxianinin özəl əsərləri, müxtəlif istiqamətlər təklif edən, dramaturji dolğunluğu ilə seçilən, hər şeyi "bərbəzəkli", toxunma naxışlarla əhatə edən, laylı və düşüncəli hekayənin ümumi kompozisiyaları ilə xarakterizə olunur. Xarici aləmin reallığı və insanın mənəvi ruhu arasında çox incə tarazlaşdırılmış əlaqə yaradan bu əsərlər, həyat, insan qavrayışı və yaddaş mədəniyyəti kimi ekzistensial məsələlərin dərinliyinə baş vurur. 

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ( “tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.
 




14 Декабря - 14 Апреля
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.