Elan Klublar YARAT Freestyle: Tanqo Günü
YARAT Freestyle: Tanqo Günü

11 dekabr 1977-ci ildən başlayaraq, hər il, argentinalı müğənni və kinoaktyor, məşhur "Tanqo kralı" Karlos Qardelin doğum gününə təsadüf edən Beynəlxalq Tanqo Günü qeyd edilir.

Argentina tanqosu – XIX əsrin sonlarında Buenos-Ayresin kasıb kvartallarında yaranan, XX əsrin 30-cu illərinə qədər isə bütün dünyaya yayılan rəqsdir. Tanqo bu gün də öz aktuallığını itirmir, bununla belə, öz əsrlik ənənələrini ciddi qoruyub saxlayır. Bu gün bu rəqs, təkcə Argentina rəqsi sayılmır. 1 oktyabr 2009-cu ildə, Argentina tanqosu YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Tanqo – təkcə rəqs yox, həm də insanlar arasında münasibətlərin fəlsəfəsi, rəqs edənlər ilə musiqi arasında emosional bağlantıdır.
Tanqo, XX əsrin 20-30-cu illərində müəyyən edilmiş və bu günə qədər riayət edilən, qarşılıqlı hörmət və musiqi müşayiəti – Kodiqos qaydalarına əsaslanan, rəqs meydançasından xüsusi norma və tələblərə malik olan demək olar ki, yeganə rəqsdir.

YARAT Müasir İncəsənət Mərkəzi və E.L. CLUB de TANGO sizi Beynəlxalq Tanqo Gününü birlikdə qeyd etməyə, tanqonun tarixi haqqında daha çox şey öyrənməyə, musiqi və rəqsdən həzz almağa və əlbəttə ki, rəqslərdə iştirak etməyə dəvət edir.

Əminik ki, tanqo, nə vaxtsa bizim ürəklərimizi fəth etdiyi kimi, sizin də qəlblərinizi fəth edəcək! 
Biz ən gözəl məqamları sizinlə bölüşmək istəyirik!

11 dekabr, 19:00
YARAT mərkəzi
Giriş sərbəstdir




Klublar




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?