Elan Sərgilər Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığ
Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığ

Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı daha yaxşı həyat axtarışında Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunmuş sərgidir. Sərgi çərçivəsində bu suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar? Germanaijan sərgisində tarixi materiallarla birlikdə müəllif layihələri də təqdim edilir - müasir sənədlərlə əsaslandırma və bədii müdaxilələr - Kseniya Fink (Almaniya), Çinarə Məcidova (Azərbaycan), Thomas Marsden (Böyük Britaniya), Leyli Salayeva (Azərbaycan) və Samir Salahov (Azərbaycan).

Sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı” nın və Goethe-Zentrum Baku / Kapellhausun dəstəyi ilə təşkil edilir.

Kurator: Əsli Səmədova.

Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı, 13 dekabr 2018, сümə axşamı 19:00-da, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 16 fevral 2019 tarixinə qədər davam edir. Sərginin iş saatları: Çərşənbə axşamı - şənbə, 13:00-19:00. Giriş sərbəstdir.




13 Декабря - 16 Февраля
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.