Elan Sərgilər Arif Aziz - 75- "Master&Artists" qrup sərgisi
Arif Aziz - 75- "Master&Artists" qrup sərgisi

15–18 yanvar 2019-cı il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin Sərgi qalereyasında xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, “Şöhrət” ordenli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dizayn və Dekorativ-tətbiqi sənət” kafedrasının müdiri, professor Arif Azizin və tələbələrinin “Maestro & Artists” adlı sərgisi keçiriləcək. 

Arif Azizin 75 illik yubileyi çərçivəsində təşkil edilən silsilə sərgilər sırasında hazırkı ekspozisiyanı üslub və janr əlvanlığından asılı olmayaraq xarakterizə edən əsas, prinsipial amil rəssamın bu günədək tələbələrinə öyrətdiyi səmimiyyətdir. Konseptual sərgi silsiləsini davam edən “Maestro & Artists” qrup sərgisi, Arif Azizin 75 illik yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Müasir incəsənətimizin yeni formatlı sərgisində Rəssam-Maestro öz tələbələrinin əhatəsində təqdim olunur. “Maestro & Artists” sərgisində Arif Azizin 100-ə yaxın tələbələrinin nümayiş olunan əsərlər fərdi dəsti-xətti, texnikaları, maneralarının inkişafının nümayişi ilə yanaşı, müasir mərhələdə və məkanda bir neçə ustad rəssam nəslini birləşdirir. 

Müasir Azərbaycan incəsənətində Arif Azizin yaradıcılığı xüsusi, müstəsna yerə malikdir. Hələ keçmiş əsrin 70-ci illərindən başlayaraq Arif Aziz, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərmişdir. İlk bədii təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində almışdır, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində, “Qrafik dizayn” ixtisası üzrə davam etmişdir. 1971-ci ildən etibarən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətinə başlayan Arif Azizin 48 il ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsində böyük əməyi var. 

Maestronun fərdi üslubu, daim yaradıcılıq transformasiyalarına və bədii eksperimentlərə meyliliyi, zamanın və məkanın təsirindən səmərəli istifadəsi, fəaliyyətinin istər manera, istər texniki aspektdə, çoxsahəliliyi və ən əsası, sonsuz dinamikası, çevikliyi və müasirliyi mütləq tərzdə onun sənətinin və şəxsiyyətinin aktuallığını müəyyən edir. 

İştirak edən rəssamlar: Hacıəmi Atakişiyev, Elşad Əliyev, Bayram Hacızadə, Balağa Məmmədov, Beydulla Kərimov, Elçin Orucov, Etibar Nəzərov, Sevil Əliyeva, Alağöz Salahova, Vəfaqət Babayeva, Oqtay Quliyev, Aysel Aziz, Vüqar Əli, Mir Azər Abdullayev, Ülvi Abdullayev, Lalə Abdullayeva, Sevinc Ələsgərova, Fəxriyyə Məmmədova, Şəhla Qəhrəmanlı, Əli Herişçi, Kamil Qəhrəmanlı, Fəxrəddin Qəhrəmanlı, Xatirə Hüseynova, Fuad Fərəcov, Vüsal Bağırov, Ayan Aziz-Məmmədova, Sevinc Allahverdi, Mərziyə Kərimli, Betule Ağayeva, Fəridə (Tilya) Məmmədova, Sabina Ali, Şəbnəm İsmayılova, Lalə Şixəliyeva, Nəzakət Əhmədova, Faiq Qəmbərov, Toğrul Ağababayev, Rəşad Cabbarov, Faiq Dadaşov, Umay Məmmədzadə, Sevinc Hüseynova, Aysel Əmirova, Orxan Atakişiyev, Aytən Abdullayeva, Adios Mariachi, Ləman Məmmədova, Aydan Əliyeva, Lalə Muradova, Ofeliya Salahova, Rəna Əliyeva, Şəhla Abbasova, Nəsimi Əliyev, Aytən Hüseynova, Cəmilə Babayeva, Səkinə Bağırova, Bahattin Dinc, Ülkər Bayramova, Nuranə Cəfərova, Ayləl Heydərova, Məryəm Hümbətova, Aydan Məmmədova, Afət Mirzəyeva, Vüsalə Muradova, Nərmin Bakas, Sayalı Quliyeva, Nigar Quluzadə, Sevinc Qurbanova, Aygül Səfərli, Tahir Çelikbağ, Gülnaz Mədətova, Afaq Zülfüqarova, Sevda Bağırova, Qızqayıt Elman qızı, Səkinə Baxşəliyeva, Aysel Mansurova, Rəvanə Kamilzadə, Azər Əliyev, Zöhrab Cabbarov, Gülçin Məlikova, Jalə İbrahimova, Şərgiyyə Əfəndizadə, Bəhram Bağırzadə, Vəfa Nadir qızı, Məlahət Kərimova, Mərcanə Əmrahova, Orxan Zülfüqarov, Məhyəddin Seyidov, Pərviz Heydəroğlu

Sərginin təntənəli açılışı: 15 yanvar, saat 19:00 
Giriş sərbəstdir

Sərgi yanvarın 18-ə qədər davam edəcəkdir. 
İş saatları: 10.00 - 18.00
Ünvan: Muzey Mərkəzi, AZ 1095, Azərbaycan, Bakı, Neftçilər prospekti, 49. 
T.: +99412 493 5883, +99450 273 21 80. 




15 Января - 18 Января
Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?