Elan Sərgilər ARTIM Rooms: "Perpendikulyar həqiqətlər" sərgisi
ARTIM Rooms: "Perpendikulyar həqiqətlər" sərgisi

YARAT Müasir İncəsənət Məkanı ARTIM ROOMS layihəsi çərçivəsində "Perpendikulyar həqiqətlər" adlı sərgini təqdim edir. ARTIM ROOMS layihəsinin üçüncü sərgisi rəssamlar Samir Ələkbərli, Vüsal Əhmədov, Aytən Qəribli və Şeyda Allahverdiyeva dueti, Murad Əkbərli, Günel Axundlu və dramaturq İsmayıl İmanın (teatr rejissoru Tərlan Rəsulovla birgə) müstəqil layihələrini təqdim edir. Layihənin növbəti buraxılışında rəssamlar kvant fizikası qanunlarının təsiri, insanın daxili gücü və çətinlikləri haqda fərziyyələr, adət-ənənələrin interpretasiyası və region həyatının refleksiyası haqqında mövzulara fərqli baxış təklif edirlər. 

Samir Ələkbərlinin "Kufikubizm" instalyasiyası Şirvanşahlar saray kompleksinin divanxanasının giriş divarında kufi xətti ilə "Allahu əkbər" əks olunmuş medalyona istinad edir. Dəqiq həndəsi hesablamalar əsasında yaradılan bu ornament, Rubik kubu vasitəsilə üçölçülü şəkildə təqdim olunur. 

Rəssam Murad Əkbərlinin ekspressionistik tabloları, onun yaradıcılığında bir müddət əvvəl başlayan "yaşıl" mərhələsinin bir parçasıdır. Rəngkarlıq vasitəsilə ətrafında baş verən hadisələri əks etdirən rəssamın hər tablosu ayrı-ayrılıqda bir hekayədir. Onun "Leyli və Məcnun" instalyasiyası Nizami Gəncəvinin eyniadlı poemasına olan müasir alleqoriyadır. 

Vüsal Əhmədovun məcazi mənalı "Atalar üçdən deyib" instalyasiyası tamaşaçı qarşısında fəlsəfi suallar qoyaraq, indiki zamanın gələcəyin ən ideal formasına vizual keçidini nümayiş etdirməyə çalışır. Rəssamın mövzuya olan subyektiv yanaşması onun materiallar seçiminə də təsirini göstərib.     

Aytən Qəribli və Şeyda Allahverdiyevanın birgə yaratdıqları "İncə xətt" interaktiv instalyasiya kvant fizikası qanunlarına əsaslanaraq gələcəyin keçmişə necə təsir etməsini vurğulayır. İnstalyasiyanın yekun nəticəsini sərgiyə gələn tamaşaçıların hərəkətləri formalaşdıracaq. 

İsmayıl İmanın "Əlaltı vasitələrlə səni necə xoşbəxt etməli" performansı baş qəhrəmanın bir neçə monoloqu üzərində qurulub. Tamaşanın əsas mahiyyəti müasir insanın "təcridolma" üsullarını araşdırır. Həmçinin performans zamanı qəhrəmanlar tamaşaçılarla birgə art obyekt yaradacaqlar. Quruluşun rejissoru Tərlan Rəsulovdur. 

Günel Axundlunun "Mənbə" video instalyasiyası insan şüurunun gücünü dörd ünsür vasitəsilə açıqlamağa çalışır. Məkana uyğunlaşan instalyasiyasında rəssam ünsürlərdən antropomorfik element yaratmağa çalışır.  

ARTIM ROOMS layihəsi gənc rəssam, kurator və digər yaradıcı peşə sahiblərinə müstəqil "otaqlar layihəsini" təklif edir. Hər kəs sahib olduğu bir və daha çox ideyalarını ARTIM Layihə Məkanının otaqları üçün təklif edə bilər. Layihənin məqsədi müzakirələr və eksperimentlər üçün nəzərdə tutulan yaşayan, dinamik və müstəqil platforma yaratmaqdır.

Açılış: 31 Yanvar, saat 19:00 
Performansın nümayişi: saat 20:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir

Sərginin tarixləri: 31 yanvar – 24 fevral 
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00-20:00
Ətraflı məlumat: www.yarat.az; (012) 505 1414




Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?