Elan Sərgilər “Daş, Kağız, Qayçı”- İncəsənət Sərgisi
“Daş, Kağız, Qayçı”- İncəsənət Sərgisi

British Council Rəssamlıq Akademiyası ilə birgə müasir Britaniya incəsənət əsərləri ilə maraqlanan hər kəsə unikal imkan yaradır.  20-28 fevral tarixlərində British Council-ın zəngin və mükəmməl incəsənət kolleksiyasından əsərləri Rəssamlıq Akademiyasında təqdim edəcəyik.

Daş, Kağız, Qayçı 1950-ci ildən başlayaraq bu günə qədər Britaniya Council Kolleksiyasında olan heykəltəraşların işlərinin sərgisi adlanır. Tanınmış rəssamların işlərinə nəzər salsaq bəlli olur ki, ottisk prosesi, habelə oyma, trafaret çapı, linoleum üzərində ottiskin qoyulması (linoqrafiya) və ya litoqrafiya üsulları fikirlərin inkişaf etməsində və əsərlərinin zənginləşməsində heykəltəraşlar arasında məşhur olaraq qalır. Daş, Kağız, Qayçı sərgisinin məqsədi rəssamların iki və üç ölçü arasında qarşılıqlı təsirin necə yaranmasını, həmçinin çap olunan materialların təqdim etdiyi imkanları tədqiq etməkdir. Bu, ottisklərin nəinki heykəltəraşlıq işlərinin yaradılmasında istifadəsini, həmçinin onların orijinal əsərlərə istinad etməsini göstərir.

Sərgidə bəzi zəngin ottisk əsərlərinin ilk dəfə nümayiş ilə yanaşı Henri Murun 1984-cü ildə British Council-ın 50-ci il dönümü münasibətilə təqdim etdiyi qrafik işinin gözəl nümunələrinə də rast gəlmək olar. Sərgiyə gələn qonaqlar Dəmian Hirst, Treysi Emin, Aniş Kapur, Mayk Nelson, Anya Qalasio kimi Böyük Britaniyanın aparıcı rəssamlarının müasir əsərləri ilə yanaşı Eduardo Paolozzi və Vilyam Törnbul kimi rəssamların bu sahədə navator işləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Adı çəkilənlər arasında dünya şöhrətliləri olanlar və digərlərinin beynəlxalq səviyyədə tanınmağa ehtiyacı olanlar da var, lakin onların hamısı Britaniya incəsənət tarixində öz imzalarını qoymuş sənətkarlardır.

Sərginin rəsmi açılış günü 22 fevral 2010-cu il saat 12:00-da Rəssamlıq Akademiyasında.




Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?