
İncəsənətin məqsədi nədir? Rəssamlıqda fəlsəfəyə necə müraciət edə bilərik? Özü öyrənmiş rəssam və diplomlu filoloq, Soltan Soltanlı öz yaradıcılığı ilə insan həyatının ekzistensial suallarını və sosial davranışı araşdırmaqla, bəşəriyyətə xidmət etmək məqsədilə, rəssamlıq sənətindən istifadə edir. Ağsu rayonunun Kalva kəndində keçirdiyi uşaqlıq illərində, o, ətrafındakı dünyada insanlığın rolu haqqında şəxsi fəlsəfə yaradır. Azərbaycan ədəbiyyatı, poeziyası və fəlsəfəsinin, o cümlədən Nizami və Nəsiminin əsərlərinin ən sadiq vurğunlarından biri olan sənətkarın yaradıcılığını “qədim müəlliflərin gözəllik və həqiqət haqqında ideyaların müasir təqdimatı” adlandırmaq olar. Yaradıcılığında toxunduğu mövzuların əsl mahiyyətini əks etdirmək üçün, o, həm estetik realizm, həm də primitivizmi araşdırır. Parlaq rənglərdən və xəyali perspektivlərdən istifadə etməklə, Soltan saf emosiyalar və daha ali məqsədləri xarakterizə edən insanları, heyvanları və peyzajları çəkir. O, öz əsərlərində sevgi, əmək, ölüm və insan münasibətləri kimi mövzulara istinad edir və rəsmlərinə, onun özəl detallarla zəngin olan həyat anlayışını açıqlayan, onun başlıca niyyətini anladan adlar verir. Kənardan onun rəsmləri sürrealist keyfiyyətli kimi görünsə də, rəssam, bu "yarlıqdan" imtina edir. İllüziyadan istifadə etməklə, rəssam müxtəlif obyektlər arasında münasibətləri aşkara çıxarmağa çalışır və insanları azdırmaq üçün yollar axtarmır. Onun mesajlarını "rahat qavranan" adlandırmaq olar; o, bilavasitə insanlığa xidmət etmək və onu ruhlandırmaq üçün universal insan həqiqətlərini işıqlandırır.
Qalereyanın birinci mərtəbəsində kənd həyatının təsviri ilə yan-yana asılan fantastik mənzərələrin rəsmləri, təbiəti təkcə gözəllik və möcüzə deyil, həm də məqsəd və əmək mənbəyi kimi araşdırır. Onun meşələr və nohurların fonunda təsvir etdirdiyi heyvan rəsmləri, "təbii harmoniyanın cənnəti" anlamını ifadə edir. Çobanlar, bağbanlar və kəndlilərin rəsmlərində isə təbiət, həyat üçün lazım olan hər şeyi təmin edən mükafat kimi təqdim edilir.
Soltan Soltanlı, həm də qrafik rəssam kimi çox yaxşı tanınır və öz əsərlərinə görə, bir çox beynəlxalq mükafatlara layiq görülüb. Birinci mərtəbədə, rəssamın qrafik əsərlərindən və akvarel boyalardan ibarət kapsul kolleksiyası, habelə karikatura və realizmi bir araya gətirən, fərqli fərdi üslubu ilə çəkdiyi portretlər yer alıb.
İkinci mərtəbədə insanlığın təbiətə və bilavasitə rəssamın özünə bağlılığını ifadə edən portretlərin kolleksiyası yerləşdirilib. Qalereyanın sağ divarı boyunca, ailə həyatının detallarını və intim məqamlarını əks etdirən məişət səhnələrindən ibarət silsilə əsərlər yer alıb. Yumoristik və düşündürücü yaradıcılığı ilə, interpretasiyalarla dolğun simvolistik obrazlarla Soltan Soltanlı, tamaşaçıları həyatın gizli gözəlliyini seyr etməyə dəvət edir.
Rəssam haqqında
Rəssam Soltan Soltanlı (d. 1976), Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya (bakalavr) və dilçilik (magistr) fakültələrini bitirsə də, rəssamlığı sərbəst şəkildə öyrənib. Əslən Ağsu rayonunun Kalva kəndindən olan və Bakıda yaşayan Soltan, rəssamlıq sənətinin sirlərinə hələ kənddə yaşadığı gənclik illərində yiyələnib. Soltanın fəlsəfəyə və rəssamlığa qarşı sevgisi, onun yaradıcılığında öz əksini tapıb və əsərlərinin estetik xüsusiyyətləri, yaradıcılıq və təhsil sahələrində apardığı axtarışların nəticəsidir. Öz üslubuna "irrealizm" adını verən Soltan, ekspressiv ikonoqrafiya, peyzajlar və portretlər vasitəsilə ümumbəşər həqiqətləri təqdim etməyə çalışır. Onun bədii mesajları, insan təcrübəsi, empatiya və optimizm ilə zəngindir. Sənətkar, həm də qrafik rəssam və karikaturaçı kimi tanınır və müxtəlif beynəlxalq karikatura müsabiqələri və sərgilərində iştirak edir. 2018-ci ildə keçirilmiş 9-cu Beynəlxalq Turizm Karikatura Müsabiqəsində (Türkiyə) üçüncü yerə layiq görülüb.
! Bütün əsərlər satışdadır
Sərginin müddəti: 15 Fevral – 1 Aprel
Açılış: 15 Fevral, 19:00
Giriş sərbəstdir
Kurator: Lesli Qrey
Ünvan: İçərişəhər, Kiçik Qala küç., 5
(Əliağa Vahid heykəlinə yaxın).
Tel.: 012 505 2323
www.yaygallery.com
15 Февраля - 01 Апреля
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?
