Elan Sərgilər "Paris". Maya Bağırovanın fotosərgisi
"Paris". Maya Bağırovanın fotosərgisi

"Paris". Maya Bağırovanın fotosərgisi

Maya Bağırovanın bir sıra fotoşəkilləri "təəssürat" sözü ilə təsvir edilə bilər. Bu əsərlərdə – axıb gedən zamanın hərəkəti öz təzahürünü tapır. Ağlı-qaralı kadrlarının məkanı isə Parisdir. 
Avropanın qabaqcıl fotoqrafiya məktəbi "Spéos"-un tələbəsi olan Maya Bağırova Fransadakı təhsilinin ilk illərində fotoobyektivinin köməyi ilə Parisi kəşf edirdi. Dili yad olan tanımadığı şəhərin küçələri ilə gəzişərkən, onun ətrini, melanxoliyasını, tarixini duymağa başlayırdı.   
14 aprel Frankofoniya Həftələri çərçivəsində, Fransa Səfirliyinin dəstəyi ilə fotoqrafın monoxrom kadrlarda əks etdirdiyi bu tapıntılar «Art Tower» («Arts Council Azerbaijan») qalereyasında sərgilənəcək.  

Tərcümeyi-hal:
Maya Bağırova 1993 ildə Bakıda anadan olub
2011-ci ildə Bakı İncəsənət Gimnaziyasını bitirib
2011-ci ildə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına daxil olub (skripka sinfi)
Beynəlxalq Muğam Mərkəzində fotoqraf kimi işləyib
2016-cı ildə Parisə köçüb, burada "Spéos" məktəbində və "Paris Match" jurnalında təhsilini davam etdirir

Sərgilər:
- 2015 "Salon des Beaux Arts", Paris
- 2016 Cornette de Saint Cyr "La solitude"
- 2016 Cornette de Saint Cyr "Grandeur Nature"
- 2018 "Grand Prix Etudiant de Paris Match" müsabiqəsinin finalçısı

Mükafatlar:
- 2015 SNBA Qızıl Medalı, Fransa
- SNBA Jüri Qızıl Medalı - "Jean Larivier" mükafatı
- 2015-ci il Bronz Medalı "İlin fotoqrafı", Azərbaycan
Sərginin məkanı və tarixi:
14-24 Aprel 2019, "Art Tower" (Kiçik Qala, 105, тел.: 012 492 92 69) 




14 Апреля - 24 Апреля
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.