Elan Sərgilər Bazarduzu Pop-up Fair
Bazarduzu Pop-up Fair

Bakıda ilk dəfə Bazardüzü pop-up yarmarkası baş tutacaq! İncəsənət, dəb, vintaj və vinil sevərlər üçün şad xəbərimiz var: aprelin 20-də Bakıda HANDICRAFT Baku ilə birgə ilk dəfə bu yazı əlvan rənglərlə bəzəyəcək BAZARDÜZÜ pop-up yarmarkası keçiriləcək! BAZARDÜZÜ – gənc və istedadlı geyim, aksessuar dizaynerləri, rəssamlar, musiqiçilər və həmfikirləri
bir araya gətirən yeni məkandır.
Çoxdan “özünə aid olan”ı axtaran, lakin tapa bilməyənlər burada istedadlı dizaynerlər və vintaj
reseylerləri tərəfindən təqdim olunan dəbli və keyfiyyətli əşyalar və yaxud orijinal aksessuarlar əldə edə
bilər. Bundan başqa “ruhu və xarakteri” olan əşyaları qiymətləndirənlər üçün yarmarkada vinil
plastinkalarından və diqqətlə seçilmiş retro əşyalardan ibarət xüsusi korner olacaq. Həmçinin dəbli əl işləri sevənlər üçün HANDICRAFT Baku öz iştirakçilarını təqdim edəcək.
Layn-ap:
MOSK19
OOMA
Hazi Karim
Samir S.
Rafael Ataev
Giriş sərbəstdir, gəlmək mütləqdir!
20 aprel-də Passage 1901-ə gəl ( Nigar Rafibeyli 20). Saat 11:00-dan 20:00-a qədər səni yarmarkada
gözləyirik.




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.