Elan Konsertlər Baku Summer Jazz Days
Baku Summer Jazz Days

Artıq üçüncü dəfə Bakı 10-15 İyun tarixində keçiriləcək Baku Summer Jazz Days festivalının qonaq və iştirakçılarını qarşılayacaq. 
“Baku Summer Jazz Days” unikal və hərtərəfli layıhədir, hansı ki “Premier Art Management” prodüser agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi nəticəsində yaranmışdır. 
Konsertlər müxtəlif zallarda  - Beynəlxalq Muğam Mərkəzi və şəhərin açıq meydançalarında baş tutacaq. 
Öncəki illərdəki kimi festivalda müxtəlif ölkələrin musiqiçiləri iştirak edəcək - İsrail, Rusiya, Fransa, Gürcüstan və İsveçrə. 
Festivalı dünyaca məşhur truba ifaçısı Erik Truffaz və onun kvarteti 10 iyun tarixində açacaq. 
12 iyun Bakı səhnəsində İsrailin virtuoz kontrabasçısı Adam Ben Ezra və onun kvarteti çıxış edəcək. 
Yayın caz festivalını 14 iyun tarixində İRİAO gürcü etno-caz kollektivi davam etdirəcək, hansı ki keçən il öz ölkəsini Eurovision beynəlxalq musiqi müsabiqəsində təmsil etmişdir. 
Gecəni gənc, lakin son dərəcədə istedadlı caz musiqiçi, Fransalı virtuoz gitarist və bəstəkar Tom İbarra öz kvarteti ilə davam etdirəcək. 
15 iyun tarixində festivalın estafetası Rusiyalı qonaqlara, bu il 85 illiyini qeyd edən Oleq Lundstrem Caz Orekestrinə keçəcək.  




Konsertlər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?