Elan Sərgilər Bahar Xeyirxahlıq Yarmarkası - 4
Bahar Xeyirxahlıq Yarmarkası - 4

Sizi “Bahar Xeyirxahlıq Yarmarkası - 4” xeyriyyə layihəsinə dəvət edirik. Tədbir 18-19 may, saat 12.00-dən 18.00-dək beşulduzlu “Pullman Baku ” lüks oteldə keçiriləcək. 
Vaxtınızı əsirgəməyib, bazar günlərini ailənizlə rahat terraslarda və yaşıl qazonlarda keçirin. Övladlarınız burda doyunca əylənə və arzuladıqları halda “Bahar Xeyirxahlıq Yarmarkası - 4” aksiyasının dördayaqlı qonaqları ilə oynaya bilər. 
Açıq havada heyvanların paylanması sərgisi sizə ev heyvanı seçməkdə yardımçı olacaq. Sizin ixtiyarınıza ev və qayğıkeş sahib axtaran itlər və pişiklər veriləcək. Siz tədbir zamanı təkcə onlarla ünsiyyət qurmayacaq, həm də ürəyiniz istədiyiniz heyvanı özünüzlə evə götürə biləcəksiniz. 
Tədbirdə sahibsiz heyvanlar üçün bir neçə sığınacaq iştirak edəcək ki, onların arasında “DOSTLAR” SAHİBSİZ HEYVANLAR ÜÇÜN SIĞINACAQ (ПРИЮТ ДЛЯ БЕЗДОМНЫХ ЖИВОТНЫХ  "ДРУЗЬЯ"), 
SAHİBSİZ HEYVANLARA YARDIM (ПОМОЩЬ БЕЗДОМНЫМ ЖИВОТНЫМ), IDEA Animal Care Center - IACC, Baku Street Dog Rescue.
Sizi bütün tədbirlərimizdə istedadılı əl işləri ustalarının sayəsində hökm sürən unudulmaz yaradıcı ab-hava gözləyir. Siz özünüzü və yaxınlarınızı əl işi olan qeyri-adi hədiyyələr, zərif zinət əşyaları və suvenirlərlə sevindirə bilərsiniz. 
Üstəlik sizi içkilər və “Pullman Baku ” otelinin şirniyyatları gözləyir. 
Layihədə əldə olunmuş vəsaitin bir hissəsi sahibsiz heyvanlara yardıma sərf olunacaq. 
Bizi dəstəkləməyə, kiçik qardaşlarımıza kömək etməyə və vaxtınızı maraqlı keçirməyə gəlin!!! 
Sizi səbirsizliklə gözləyirik!!!  




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.