Elan Sərgilər Rəssam Vədud Müəzzinin fərdi sərgisi
Rəssam Vədud Müəzzinin fərdi sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin təşkilatçılığı ilə 22 may 2019-cu il, saat 18:30-da Muzey Mərkəzinin Sərgi Qalereyasında "Vədud Müəzzin"-in fərdi sərgisi keçiriləcəkdir.
Vədud Müəzzin 1960-cı ildə İranin Ərdəbil şəhərində anadan olmuşdur. Uşaqlıqdan rəssamlıqa həvəs göstərən Vədud bu istiqamətdə özünü sınamağa başlamış və məktəb illərində müxtəlif nəaliyyətlər əldə etmişdir. Məktəbdən sonra rəsm üzrə təhsilini Tehran İncəsənət Universitetinin Dekorativ İncəsənət fakultəsində davam etdirmişdir. Bununla kifayətlənməyən rəssam təhsilini təkminləşdirmək üçün Türkiyənin Memar Sinan Universitetinə daxil olur və müstəqil yaradıcılığa-özünü ifadəyə qədəm qoyur. Rəssam Vədud Müəzzin fəaliyyətlərini nümayiş etdirmək məqsədi ilə müxtəlif yerlərdə sərgilər təşkil etmişdir. İranın bir çox şəhərləri ilə yanaşı Avropa, Amerika və Kanada ölkələrində də fərdi və qrup şəklində sərgilərdə iştirak etmişdir. İranda onun rəsm əsərlərindən təşkil olunmuş dörd cilddən ibarət kitab nəşr olunmuşdur. Vədud eyni zamanda pedaqoji fəaliyyət göstərərək rəssamlıq və musiqi sahəsinin sirlərini tələbələrinə öyrətməyə davam edərək, neçə-neçə rəssamlar və musiqiçilər yetişdirmişdir. Vədud Müəzzin 2002-ci ildə Azərbaycanın keçmis prezidenti ulu öndər Heydər Əliyev cənablarının əmri və iştirakı ilə Bakıda sərgi təşkil etmişdir. Onun ikinci və üçüncü sərgiləri isə 2013 və 2018-ci illərdə Bakıda təşkil olunmuşdur. Vədud Müəzzin rəssamlıqla yanaşı heykəltəraşlıq və musiqi sahələrində də özünü sınamışdır.Və çoxlu sayıda heykəlin müəllifidir.
Bu sərgidə rəssamın realist janrında yaratdığı 30 yağlı boya və 120 akvarel əsəri sərgilənəcəkdir. Sərgidə mənzərələr, natürmortlar həmçinin portretlər və ictimai mövzularda yaratdığı əsərlər nümayiş olunacaq. Rəssamın bu günə qədər təşkil etdiyi sərgilərdən fərqli olaraq bu sərgidə yağlı boya əsərləri ilə yanaşı, akvarel texnikasında yaratdığı Qədim Bakı mövzusu və Azərbaycanın gözəl təbiətini tərənnüm edən əsərlərdə yer alacaqdır.
Sərgi 22-26 may 2019-cu il tarixlərində açıq olacaqdır.
İş saatları: 10.00 - 18.00-dək.
Giriş sərbəstdir !




22 Мая - 26 Мая
Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?