Elan Sərgilər Eldar Qurbanın “AMORE MİO” adlı sərgisi
Eldar Qurbanın “AMORE MİO” adlı sərgisi

22 may tarixində Müasir İncəsənət Muzeyində -  Azərbaycanın Əməkdar rəssamı Eldar Qurbanın yaratdığı qadın portretlərindən ibarət sərgi keçiriləcək. Rəssamın həyatının əsas hərəkətverici qüvvəsi sevgidir və bu, öz növbəsində ekspozisiyanın ideoloji nüvəsini təşkil edir. Rəssam, insanı həm inanılmaz yüksəkliklərə ucalda, həm də sərsəmliyə çatdıra bilən hislərin təbiəti və mahiyyəti ilə bağlı suala cavab verməyə çalışaraq, sevgi və ehtirası bir hadisə kimi araşdırmışdır. Sərgidə təqdim edilən portretlər, rəssamın 1985-ci ildən bugünə qədər olan yaradıcılıq dövrünü əhatə edir — bu, rəssamın qadına sevgini yüksəkliklərə qaldıran refleksiya və introspeksiyasının özünəməxsus təzahürüdür.
Ekspozisiya rəssam tərəfindən yaradılmış 25 obraz  və 1 videoəsərdən ibarətdir. Videoəsər  – gələcək işlərin yaradılmasına ruhlandırmağa yönəlmiş xüsusi kurator baxışıdır. 

Məkan: Müasir İncəsənət Muzeyi
Kuratorlar: Samira Sefi, Lana Sokolova
Keçirilmə vaxtı:  22.05.2019
İş saatları: həftənin II-VII günləri, saat 11:00-20:00.
Biletin qiyməti: 5 AZN         
Tələbələr üçün : 2 AZN      




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.