Elan Konsertlər Emir Kusturitsa və «The No Smoking Orchestra» qrupunun konserti
Emir Kusturitsa və «The No Smoking Orchestra» qrupunun konserti

Noyabrın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi Emir Kusturitsa və onun «The No Smoking Orchestra» qrupunun konserti keçiriləcək.

Trend-in məlumatına görə, proqramda tamaşaçılara pozitiv emosiya dolu Balkan musiqiləri təqdim olunacaq.

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq və şöhrət qazanıb. Əvvəlcə o, kinorejissor və ssenarist kimi məşhurlaşıb, daha sonra isə özünü istedadlı musiqiçi kimi təsdiqləyib. Çoxşahəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

O, Sarayevo şəhərində dünyaya gəlib. Lap erkən yaşlarından incəsənətə meyl göstərib. Tez-tez dərslərdən yayınaraq kino zallarının qaranlığına çəkilir, sevimli filmlərinə təkrar-təkrar baxırmış. Məhz Sarayevodakı kinoteatrların birində o, nəhayət anlayır ki, həyatını cazibədar kino dünyası ilə bağlamaq istəyir. Kusturitsa geniş ictimaiyyətə müxtəlif mükafatlar almış «Arizona arzusu», «Yeraltı», «Qara pişik, ağ pişik» filmləri, o cümlədən Kann kinofestivalında iki «Qızıl palma budağı» qazanmış filmləri ilə məşhurdur.

Emir Kusturitsa 1999-cu ildə «The No Smoking Orchestra» qrupunu yaradıb və onun daimi üzvüdür. Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir. «The No Smoking Orchestra» qrupu rok-n-roll, Balkan pank-rou, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir. Kollektiv həmişə tamaşaçılarını təəccübləndirməyi bacarır, izləyicilərin özlərinin də iştirakçısına çevrildikləri möhtəşəm şou təqdim edir.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 20, 30, 40, 60, 80, 100, 120 və 150 AZN-dir. Biletləri Mərkəzin kassasından, iTicket.az saytı və satış məntəqələrindən almaq olar.




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.