Elan Sərgilər "Stokholm röyaları" foto sərgisi
"Stokholm röyaları" foto sərgisi

Dekabr ayının 10-da, saat 19: 00-da Leyla Xəzəri sənət qalereyasında məşhur jurnalist İradə Əsədovanın “Stokholm röyaları” adlı fotosərgisi keçiriləcək. İradə Əsədova ölkənin mədəni həyatının işıqlandırılmasına böyük töhfəsi olan və bir sıra mükafatlara layiq görülmüş peşəkar mədəniyyət tənqidçisidir. Sərginin təşkilatçılar İsveçin Azərbaycandakı səfirliyi və Leyla Xazarinin sənət qalereyası, kuratoru Rüstəm Hüseynovdur.


İradənin Stokholmu – hər kəsin ürəyincə bir künc tapa biləcəyi isti, rahat və müasir şəhərdir. Sərginin ekspozisiyasını soyuq və isti tonların ziddiyyəti, parlaq detallar və təmkinli fon, soyuq memarlıq formaları ətrafındakı qaynar həyatın əksi təşkil edir. İradə Əsədovanın fotoobyektivində Stokholm qışı hər bir qonağın urəyindəki buzu əritməyə qadir inanılmaz çəkici şəhər kimi alınıb. Onun "Stokholm röyaları” adlı fotosərgisində İsveç paytaxtının spesifik özəlliyini əks etdirən bir sıra silsilə şəkilləri nümayiş olunacaq.




10 Декабря - 13 Декабря
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.