Elan Sərgilər Handicraft Baku Last call
Handicraft Baku Last call

Yeni il üçün yaxınlarına hədiyyələr almağa vaxt tapmayan hər kəsə salam! Bu işdə Sizə Handicraft_baku kömək olacaq. 28 dekabr 13:00-dan 21:00-dək Landmark III Rotunda Hall-da (Nizami küç. 90) keçililəcək "Last call" sərgisinə dəvət edirik.
Əminik ki, bizim sərgimiz heç kəsi laqeyd qoymayacaq. Həmişə olduğu kimi sizi müxtəlif dekorasiya, aksessuarlar, rəsm və s. gözləyir. Xüsusi atmosferimiz bizi gözləyən tətil üçün yaxşı əhval-ruhiyyə bəxş edəcək. Eksklüziv hədiyyələrlə sevdiklərinizi məmnun etməkdən əlavə onların yaranma tarixini öyrənə bilərsiniz və bu alış-verişinizə xüsusi bir istilik qatacaq. 
Rəssamlarımızın mini sərgisində isə eksklüziv əsərlər əldə edə, fərdi miniatürlər sifariş edə biləcəksiniz.  
Balaca qonaqlarımız isə Sizlər üçün sürprizlər hazırlaya biləcəklər.
Əlbəttə ki, hörmətli musiqi həvəskarları sizi də unutmamışıq.
Həmçinin dadlı yeməklər, içkilər və xoş musiqi Yeni il gecəmizi tamamlayacaq.
Handicraft_baku sərgisini sonsuz olaraq təsvir etmək olar, ancaq yüz dəfə oxumaqdansa bir dəfə görmək daha yaxşıdır! Biz və iştirakçılarımız bizim üçün həqiqətən ailə üzvünə çevrilən daimi qonaqlarımızdan çox məmnunuq. Tanımadığımızların hamısını isə mehriban ailəmiz Handicraft_Baku-da gözləyirik!




Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?