Elan Rok Tribute To Rock / Linkin Park Tribute
Tribute To Rock / Linkin Park Tribute

Sizi böyük rok konsertə dəvət edirik! Konsert 2 hissədən ibarət olacaq. Konsertin 1-ci hissəsində, siz Metallica, Rammstein, AC/DC, Nirvana, RHCP, Green Day, Slipknot, Muse kimi qrupların rok hitlərini Azərbaycan rok qruplarının canlı ifasında eşidəcəksiniz.
Konsertin 2-ci hissəsi Linkin Park qrupuna həsr olunub. Siz qrupun bir çox mahnılarının kaver versiyasını eşidəcəksiniz. Linkin Parkın əsas və hər kəs tərəfindən sevilən hitləri səslənəcək.

Biletlər: https://iticket.az/events/concerts/-tribute-to-rocklinkin-park-tribute-/85073

Konsert 4 Mart, saat 18:00-də, Garden Loft klubunda (şahmat məktəbinin yaxınlığında) keçiriləcək.

Biletin qiyməti: Standart 15 AZN; Oturacaqlar (masalarda) 25 AZN. Biletlərin satış nöqtələri: şəhərin mərkəzi kassaları, mollar - iticket kassaları (28 Mall, Gənclik Mall, Park Bulvar), həmçinin iticket.az saytından online bilet əldə edə bilərsiniz. Bütün kassaların ünvanları: https://iticket.az/point-of-sales

Əlavə məlumat almaq və masa sifariş etmək üçün bu nömrə ilə əlaqə saxlayın (və ya Whats app-dan mesaj yazın): (050) 340 70 84. Garden Loft klubun ünvanı: Əlövsət Quliyev 72




Rok




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?