İyunun 3-də Bakıda küçə rəqsi üslubunda çıxış edən ən yaxşı rəqqasları bir araya gətirəcək “Red Bull Dance Your Style” qlobal tədbiri keçiriləcək. Bu dəfə mayın 13-də baş tutan seçmə mərhələdə digər rəqqaslar arasından seçilən 16 iştirakçı qələbə uğrunda mübarizə aparacaq.
Məkan: Heydər Əliyev Mərkəzinin parkı
Saat: 19:00
Bundan əlavə, bu tədbirdə Azərbaycanın ən məşhur artistlərindən olan Orxan Zeynallı və Hiss çıxış edəcək. Onlar tamaşaçılar üçün xüsusi performans hazırlayıblar və buna görə də rəqs müsabiqəsi ilə yanaşı, onların çıxışına maraq kifayət qədər yüksəkdir. Xatirələrinizə gözəl bir musiqi günü əlavə etmək istəyirsinizsə, bu sizin üçün əla fürsətdir.
Qeyd edək ki, yarış “battle” formatında baş tutacaq və meydanda hansı rəqqasın qalacağına tamaşaçılar qərar verəcək. Tədbirə giriş sərbəstdir, odur ki, bu həyəcanı yaşamaq imkanını qaçırmayın.
Tədbir haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.redbull.com/az-az/events/dance-your-style-2023
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.