
"Məşədi İbad"ın mövzusu əslində bütün zamanlar üçün müasirdir. Klassik əsərin mükəmməlliyi də bundadır. Cəmiyyətdə hökm sürən hərc-mərclik, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, cəhalət, rüşvətxorluq və s. dahi Üzeyir bəyin yorumunda bir növ tarixin təkrarıdır. Cavan qızların varlı qocalara zorla və ya könüllü ərə verilməsi müsəlman aləmi üçün yeni şey deyil. İntəhası, T.Vəliyevanın komediyasında baş verənlər müasir dövrdə cərəyan edir. Tamaşada hadisələr elmi-tədqiqat institutlarının birində baş verir.
Nəzər saldıqca isə cəmiyyətin ayrı-ayrı təbəqələrinə xas mənfi və müsbət (daha çox ikrah doğuran) nüanslarla tanış olursan. İşə düzəlməyə gələn gündən Gülnaz adlı qızın gözləri qarşısında institutun iç həyatı açılır. Elm ocağının direktoru İbad müəllimin naqis əxlaqı, zorən alim qadınların özəl həyatları tamaşaçıda gülüş yox, nifrət oyadır. İnstitutun direktoru elmdən başqa hər şeylə məşğuldur, elmi əməkdaşları da həmçinin. Bu institutda elm adına heç nəyə rast gəlməzsən. İbad müəllim instituta işə qəbul etdiyi bütün qadınları "zəhməti müqabilində" elmi adla "mükafatlandırır". Elmin pillələrinə qalxmaq istəyən qadınlar mütləq İbad müəllimin "sığalını" hiss etməlidirlər. Yoxsa bunsuz mümkün deyil. Təkcə institutun xadiməsi Güldəstədən başqa. Elmə həvəsi olmadığı üçün 10 ildən artıqdır ki, süpürgəsi əlindən düşməyən bu qarımış qızın həyatı əslində cəmiyyətin eybəcərliklərini özündə əks etdirən güzgüdür.
Gülnaz xanım da institutun iyrənc həyatını görüncə geri çəkilmir, əksinə, bu həyata qatılmağı üstün sayır. 30 yaşına qədər ailə qura bilməyən bu qız ömürlük qarıyacağından və kasıb Sərvərlə ailə qurmaqdansa "Siz dəyərsiniz min cavana" - deyə atası yaşında olan İbada ərə getməyə razı olurst
Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir.
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.
Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.
Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.
Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.