Elan Restoranlar Iftar təklif edən restoranlar
Iftar təklif edən restoranlar

Ramazan ayı – bütün müsəlman dünyasının müqəddəs ayı başladı. Bildiyimiz kimi bu ayda inananlar Ramazan bayramına qədər oruc tuturlar. Saytımızın istifadəçiləri üçün iftar verən restoranların icmalını hazırladıq. İftar zamanı süfrəyə adətən ilk olaraq su və xurma, çörək, zeytun, pendir. Sonra isə şorba, ətli və ətsiz plov, qovurma, tərəvəz, ayran, çay və s. qoyulur.  

Beləliklə, Bakı şəhərinin restoran və kafelərində hansı qiymətə iftar etmək olar və şəhərimizin sakinlərinə məhz hansı restoranlar iftar süfrəsi təklif edir?

 

 

Buta Art Club 15 AZN-ə iftar menyusu təklif edir. Menyuya seçim üzrə salatlar, şorbalar, isti yeməklər və içkilər daxildir. 

 

Hər axşam Kolorit Kafenin Nizami küçəsindəki (TORQOVIY), İnşaatçılar, Həzi Aslanov və Xırdalan filialında "A la cart" adlı iftar menyusunu cəmi 18 AZN-ə sifariş etməklə iftar edə bilərsiniz. Müxtəlif qarnir və desertlər dadmaq istəyirsinizsə, o zaman bu menyu sizin üçündür.

 

Tavada restoranında 24 AZN-ə iftar etmək olar. Menyuya daxildir: şorbalar, qovurma, kabab, soyuq qəlyanaltılar, salatlar, şirniyyat və içkilər. 

 

"Ramada" otelində yerləşən Ornament restoranında gözəl mənzərəni seyr edərək orucunuzu aça bilərsiniz. Menyunun qiyməti 30 AZN-dir.

 

Sahil restoranı tərəfindən xüsusi hazırlanmış menyunun qiyməti 28 AZN təşkil edir. Bu qiymətə restoranda xurma, zeytun, salatlar, dolma, kabab, şorbalar, içkilər və s. yeməklərlə orucunuzu aça bilərsiniz. 

 

"Pizza Inn" restoranı hər günə özəl menyu təqdim edir. Menyuya iftar tabağı, şorbalar, salat, isti yeməklər, şirniyyat və içkilər daxildir, qiyməti 22 AZN-dir.

 

Özsüt Baku restoranı oruc tutan paytaxt sakinlərinə oruclarını açmaq üçün 3 fərqli menyu (29, 33 və 35 AZN) təklif edir. İftar menyuları yalnız Özsüt Atatürk parkı şöbəsində keçərlidir. Menyuya daxildir: ana yemək (seçməli), şorba (seçməli), günün salatı, məzələr, meyvə şirəsi və ya ayran, günün şirniyyatı (çay ilə), xurma və su (ikram edilir).

 

Pizzalarının dadı damağınızdan getməyən Pizza Hut, oruc tutanlar üçün Xüsusi Kombo Menyu təklif edir. Menyuya daxildir: təklif olunan 6 növ orta (30sm) pizzalardan biri, 8 ədəd nuggets, 1L Coca-Cola/Coca-Cola Zero, 0,5 su (qazsız) və xurma. 

 

Günaydın restoranı. İftar zamanı fərqli bir bayram ab-havası olan bu restoran, iftarınızı məkanlarındakı ləziz təamlarla açmağı təklif edir. Rahat, eleqant, dəbdəbəli bir məkanda sərfəli iftar menyusunu sifariş edib orucunuzu aça bilərsiniz.

 

MADO Azərbaycan hər gün yalnız Nərimanov şöbəsində fərqli özəl iftar menyusu təklif edir. Menyunun qiyməti gündən asılı olaraq 13.50-19.80 AZN arası dəyişir. Bu iftar menyusuna müxtəlif növ kabablar, şorbalar, salatlar və s. daxildir.

 

Bürc Qala restoranında iftar menyusu o qədər dadlıdır ki, hər iftarı siz orada açacaqsınız. 2 nəfərlik menyunun qiyməti 44 AZN-dir. Menyu: seçimə görə şorbalar və isti yeməklər, həmçinin isti və soyuq qəlyanaltılar. Bundan əlavə, sonda çay və paxlava, içki olaraq reyhan kompotu da menyuya daxildir. 

 

Iftar menyusu təklif edən restoranların arasında Ada Restoranı da var. Burada siz iftarınızı mini milli paxlava, çay, mərci şorbası, manqal salatı, bulaq suyu və s. ilə aça bilərsiniz. 

 

Papa John's-da iftar süfrəsinə orta Klassik Pepperoni və 4 Pendir pizzaları + Kartof dilimləri və Çiken Poppers qəlyanaltıları + Tərəvəz salatı + 3 içki daxildir. Qiymət: 37 AZN.

 

Coffeemania. 33, 39 AZN-ə özəl iftar menyusu. Menyu: xurma, pendir, şorbalar, salat, meyvə və çay, içki, desert və s. 

 

Chef Baku restoranı. 10 və 16 AZN-ə gündəlik iftar menyusu: xurma, su, günün şorbası, şirniyyat, çay və s. Menyudan yalnız restoranın Əcəmi filialında faydalana bilərsiniz.

 

Qeyd etmək lazımdır ki, iftar təklif edən restoranlar zövqə və əhval-ruhiyyəyə görə menyu və atmosfer seçmək üçün kifayət qədərdir. Allah oruclarınızı qəbul etsin!

 




Restoranlar




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?