Elan Restoranlar Azərbaycan mətbəxli restoranların icmalı
Azərbaycan mətbəxli restoranların icmalı

Sirr deyil ki, ləzzətli yeməkləri sevirik, bununla belə hər birimizin tamamilə fərqli qastronomik zövqümüz var. Kimsə suşi sevir, kimsə italyan yeməklərini, digərləri üçün kartof –fri ilə hamburgerdən ləzzətli heç nə yoxdur. Ancaq bir şeydə həmrəy olacağıq: hamımız rəngarəng, parlaq, ədviyyatlı milli mətbəximizi sevirik. Elə düşünürük ki, Azərbaycanda Azərbaycan mətbəxi restoranını tapmaqdan asan heç nə yoxdur. Məlum oldu ki, müasir və avropalaşmış paytaxtımızda belə milli restoranlar elə də çox deyil, amma bu restoranların hamısı qədim milli qürurumuz –Azərbaycan mətbəxinin qanunlarına diqqətlə riayət edir.

İcmalımızı xarici qonaqlar üçün paytaxtımızın vizit kartına çevrilmiş, tarixi məkan İçəri Şəhərdə yerləşən restoran –“Karvansara” restoranından başlayaq. Orada olarkən siz o zamanların orijinallığını və sirliliyini hiss edərək qədim zamanlara dönürsünüz. Restoranın içəri həyəti – daimi qonaqların sevimli yeridir və xüsusilə yayda burada ləzzətli yeməklərdən dada bilərsiniz. Burada təqdim edilən əsas yemək əlbəttə ki, kababdır. Burada həmçinin rəngarəng menyudan plov, sac yeməkləri, dolma seçə bilərsiniz. Yeməklərə çayla yekun vurmaq yaxşı olar. Xüsusi ətirlə hazırlanan çayın yanında ləzzətli ağ gilas və ya qoz mürəbbəsi sifariş verə bilərsiniz.

IMG_P

“Muğam” teatr -restoranı – hətta təsvir etmək belə çətin olan tamamilə xüsusi məkan. Karvan –sarayın binası 17 –ci əsrdə tikilib və hər bir qonağı qədim zamanların ab -havasına qərq edir və son dərəcə gözəl auraya salır. Burada “Muğam” teatrının tamaşaları keçirilir, tamaşalar olmadığı vaxt isə burada restoran fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, bu atmosferdə istənilən yemək sadəcə yemək deyil, həm də şəhərimizin mədəniyyətinə səyahətdir. Məkanın şəraiti –muğam səsi, qədim Bakının fotoları, köhnə tikilinin daş divarları. Burada bənzərsiz xörəklər təqdim olunur: Səbzi plov, qiymə badımcan, turşu qovurma, fisincan, albalılı plov, şirinplov, çığırtma plov, buğlama, cürbəcür kabablar və qutablar.

“Əlincə” restoranı qapılarını Azərbaycan mətbəxini yaxşı tanıyanlar və sevənlər üçün açır. Restoranın interyeri milli üslubda olub rahatlıq hissi bəxş edir, orijinal dekorativ elementlərlə hazrılanıb. Plov və birinci yeməklərin (dovğa, piti, “Əlincə” şorbası, düşbərə) böyük seçimi, ləzzətli kabablar, dolma – bütün bunlar bu ənənəvi Azərbaycan restoranının menyusunun hələ bütün çeşidləri deyil.

IMG_P

“Bura Bakıdır”. Bu məkanda şəhərimizin mənzərələrindən istifadə edərək xarakterik Bakı kafesi dizaynı yaratmağa çalışıblar. Burada azərbaycan mətbəxinin ən ləzzətli nümunələrini sifariş vermək mümkündür: ət və ya göy qutabı, lülə, tikə, təkrarsız birinci yeməklər (piti, düşbərə, ovdux, ətli dovğa, xingəl şorbası), çığırtma, qaysı ilə qoyun əti, cürbəcür plovlar, cız –bız və mətbəximizin bir çox nəfis yeməkləri.

“Fayton” restoranı orta əsr Azərbaycanının memarlıq üslubunda hazırlanıb –kifayət qədər təmkinli və sakit –şebekeli pəncərələr, restoranın daşla hörülmüş tavanı, qədim qab –qacaq, interyerin kiçik ənənəvi elementləri, xalçalar. Mətbəx haqqında uzun –uzadı danışmaq olar: incə düşbərə, fisincan plov, təzə üzüm yarpağından dolma, təzə kabablar, müxtəlif qutablar, məzələr və burada xüsusi olaraq dadlı olan sırdaq –tərəvəz və balıqdan alça və ədviyyatla hazırlanan yemək. Ləzzətli və doyumlu yeməkdən sonra sizə ətirli çay, yanında isə çoxsaylı mürəbbə növləri və Azərbaycan şirniyyatları təklif edəcəklər.

IMG_P

Rəssamlıq qalereyası “Art Garden” restoranı -, Azərbaycan tarixinin 12 -15 –ci əsrlərinin nadir məkanı, sanki Bakının keçmişinə qərq olmaq üçün yaradılıb. Kiçik Karvan sarayda tikilmiş Azərbaycan mətbəxli "Art Garden" restoranının qədim divarları milli dekorativ elementlərlə bəzədilib: qədim xalçalar, qablar bizləri qədim keçmişə qaytarır. Hücrələrdə orta əsr sənətkarlığın təsvir edən emalatxanalar var: dulusçuluq, xalçaçılıq, dəmirçilik. Restoranda qədim reseptlərlə hazırlanan ənənəvi yeməklər verilir: qoyun əti, mal əti, göyərti, toyuq, hind toyuğu, quru meyvələrlə hazılanan müxtəlif plovlar, təzə və isti göy və ət qutabları, piti, ləvəngi, kükü və bir çox başqa milli yeməklər.

“Cıdır” restoranı. Rəngarəng milli yeməklərdən ibarət menyu, axşamlar konsert proqramı, rahat zalları (avropa, şərq və banket) olan, xüsusilə ilə yayda yaxşı vaxt keçirmək üçün gözəl yaşıl bağa malik məkan. Burada yeməklərin hazırlanmasına ciddi və məsuliyyətlə yanaşılır, axı hər bir müştərinin fikri sifariş zamanı nəzərə alınır. Geniş menyudan şah –plov, səbzi plov, dolma, sumax və narla isti ət qutabları, düşbərə, təndirdə hazırlanmış quzu və ya balıq, cürbəcür kabablar seçmək olar.

IMG_P

“Bibi” restoranı. Ənənəvi milli üslubda tərtib edilmiş geniş zal, böyük qonaqlıqlar, səs –küylü banketlər və xoş axşam yeməyi üçün uyğundur. Restoranın öz yeməkləri arasında ləzzətli və rəngarəng plov, qoyun əti, toyuq, balıq kababı, turşu qovurma, şirin qovurmanı qeyd etmək olar.

“Qorodok” restoranında olarkən özünüzü dostlar və yaxınların əhatəsində əla vaxt keçirə biləcəyiniz əfsanəvi şəhərcikdə hiss edəcəksiniz. Bakının ən rahat restoranlarından biri –sizlərə milli mətbəximizin ənənəvi reseptləri üzrə hazırlanmış yeməklərdən zövq almaq imkanı verəcək. Ancaq burada ən yaxşı kabablar və baş aşpazın orijinal reseptləri üzrə manqalüstü yeməklər. Əgər siz manqal yeməklərini xoşlayırsınızsa, onda mütləq tikə, basdırma, lülə kabab, toyuq kababı, bildirçin, balığın dadına baxmalısınız –bütün bunlar burada doğrudan da ləzzətlidir. Nar sousunda zərif balıq, turşu plov, səbzi plov, balıq buğlaması, dovğa, düşbərə, dolma –restoranda sifariş verə bilərsiniz.

IMG_P

“Tonqal” restoranı. Bu məkanla tanış olmayanlara mütləq baş çəkməklərini məsləhət görürük. Azərbaycan mətbəxi və milli xüsusiyyəti olan restoranlardan danışırıqsa, onda burada bunların hamısı mövcuddur. Rahat skamyalı bağ, qol –budaqlı ağaclar, kənd həyatı üslubunda hazırlanmış restoranın daş və taxta işləməsi və əlbəttə ki, yerli mətbəxin sonsuz zənginliyi. Bütün gününüzü burada keçirə bilərsiniz: inanılmaz sayda tərəvəz ət, toyuq salatları, müxtəlif məzələr, qutablar, plovlar, toyuq ləvəngisi, həmçinin sac və təndir yeməkləri. Kabab sevərlər menyuya xüsusi diqqət ayırmalıdırlar: döyülmüş lülə kabab, balıq kababı, xan kababı, bastırma, toyuq kababı, içalat kababı (quzu, toyuq), balıq və kartof lüləsi, tərəvəz kababı, bildirçin və hind toyuğu kababı. Şişdə nərə balığından tutmuş monastrsayağı balığa qədər balıq yeməklərinin böyük seçimi. Əgər hələ seçim edə bilməmisinizsə, icmalımızı davam etdiririk.

IMG_P

Azərbaycan mətbəxli restoranlardan danışanda şübhəsiz ki, “Beh-beh club” restoranı yada düşəcək. Əlbəttə ki, onu diqqətdən kənar qoya bilməzdik. Çünki paytaxtımızın ən layiqli və orijinal restoranlarından biridir. Şəhərdə bu restoran ikidir: biri şəhər qonaqlıqları üçün Fəvvarələr meydanının yanında və digəri Nobel prospektindədir və burada açıq havada istirahət etməyi sevənlər üçün yay sahəsi var. Əgər Azərbaycan mətbəxi sizin üçün kabab və plovdan ibarətdirsə, onda sadəcə restoranın menyusunu açmaqla siz öz fikrinizi dəyişəcəksiniz: onun saysız –hesabsız səhifələrində siz ənənəvi və tanış xörəklərlə yanaşı, həm də mətbəximizin qədim milli xörəklərini tapacaqsınız. Birinci yemək kimi əriştə, düşbərə, dovğa məsləhət görülə bilər. İkinci yemək kimi burada şəhərdə ən ləzzətli gürzə, şəkisayağı dolma (xüsusi resept üzrə keramik qabda hazırlanmış dolma), qara tava (pomidor, bolqar bibəri, göyərti, sarımsaq, alça ilə qızarana qədər qovrulmuş nərə balığı), “Bəh-Bəh” sousunda qızılbalıq (keramik qabda pomidor, göyərti, sarımsaq, alça ilə hazrılanmış nərə balığı), qızardılmış quş (ördək, bildirçin, cürə), ləvəngi, çığırtma, fisincan (qoz sousunda hind toyuğundan plov), övrüştə (toyuq və hind toyuğundan), narbiç (keramik qabda göyərti,qoz və narla hazırlanmış quzu əti), sac yeməyi, şüyüd plov, boranı plov.

IMG_P

IMG_P

“Old city” restoranında sizləri, geniş, ağacla və daşla dekorasiya edilmiş ecazkar əsas zal. Burada qədimlik və orijinallıq abu –havası var və milli Azərbaycan kulinariyası ilə tanışlıq zamanı komforta zəmanət verir. Rahat taxta mebel, interyer tərtibatında istifadə olunmuş daş və taxta dekorasiya, yun əl xalçaları, xüsusi zonalarda yumşaq işıq və rahat divanlar, tutqun işıq, xoş musiqi sözün əsl mənasında qonaqlara rahatlamağa və restoranın dadlı yeməklərindən zövq almağa imkan verir. Əsl ənənəvi Azərbaycan mətbəxi bütün bolluğu ilə bu restoranda təqdim olunur. Qonaqlara restoranın özünəməxsus yeməklərindən dadmaq təklif olunur: lülə, şah –plov, boranı plov, səbzi qovurma, ləvəngi, qızardılmış quzu əti, rəngarəng şorbalar (dovğadan tutmuş xaşa və düşbərəyə qədər), sac yeməkləri və kabablar, dolma, fisincan, balıqdan sırdaq, soğan və nar suyunda balıq.

“Chirag” restoranı -əsl şərq qonaqpərvərliyi məkanı. Məkanın kənd üslubu, müasir texnika ilə təchiz edilmiş balaca taxta evlər, həmçinin, çiçəklərlə əhatə olunmuş açıq havada masalar –hər şey istirahət üçün. Burada həmçinin Azərbaycan mətbəxi üstünlük təşkil edir. Məkanın rəngarəng yeməkləri arasından toyuq ləvəngisi və kütüm ləvəngi sifariş verə bilərsiniz. Bura hər gəlişinizdə qəlbiniz bayram edəcək.

IMG_P

Şəhərdə ən maraqlı və orijinal məkanlardan biri –“Pəncərə” restoranı. Restoranın həyəti yaşıllıqlar içindədir bu da, təkcə gözləri oxşamır, həm də yayın istisində sərinlik gətirir. Burada böyük örtülü zal və yay sahəsi var. Rahat çardaqda səs –küylü şəhərdən dincəlmək və mənzərəli şəhərkənarı atmosferdə rahatlaya bilərsiniz. Restoranın menyusuna ənənəvi üsulla hazırlanan milli mətbəximizin yeməkləri daxildir. Saysız –hesabsız kabab növlərindən başqa burada xəmir xörəkləri (gürzə, xingəl, düşbərə) təndirdə bişirilmiş toyuq, lənkəransayağı sırdaq, göy və ət qutabı, sac yeməkləri daxildir.

IMG_P

“Sultan” restoranı. Burada hər kəsin sakitlik və rahatlıqla nəfəs aldığı ikimərtəbəli balaca zalda siz gərgin iş günündən sonra istirahət edə və mətbəximizin yeməklərinin dadına baxa bilərsiniz: dolma, cız –bız, piti, kabab, xingəl, əriştə, düşbərə, müxtəlif növ plovlar.

“Buta art club”. İri taxta mebel, Qafqaz məişətindən götürülmüş interyer detalları, ecazkar naxışlı qablar əsas zala xüsusi rahatladıcı ab -hava verir. Rahat, ayrı zona balaca və şən kompaniya üçün nəzərdə tutulub və burada qəlyan çəkmək olar. Bura müxtəlif ailə bayramları, əyləncə gecələri qeyd etmək üçün əla məkandır. Burada sizi açıq ürəklə qarşılayacaq, ənənəvi resept üzrə hazırlanan Azərbaycan mətbəxinin müxtəlif çeşidli yeməklərindən ibarət əla menyu təklif edəcəklər: göyərti və ətdən ləzzətli qutab, ət yeməklərinin böyük seçimi: səbzi plov, piti, sırdaq, sac kabab, gürzə, düşbərə, çığırtma, dolma, şəkisayağı qovurma, qoyun və ya mal ətindən qovurma.

IMG_P

“Zeytun” restoranı – müasir məkandır lakin, bu öz qonaqlarına milli Azərbaycan yeməklərini təqdim etməyə mane olmur. Burada mətbəx əladır və qeyd etmək lazımdır ki, bu, məkanın rəngli şüşəli, keramikalı ultradəbli interyerinə çox yaxşı əlavədir. Qiymətlər orta qiymətlərdən yüksəkdir, lakin menyu rəngarəngliyi və yeməklərin hazırlanma səviyyəsinə görə fərqlənir. Xüsusilə sibasdan hazırlanan buğlama, nərə balığından hazırlanan sırdaq, krevetkalı qovurma, zəfəranlı, albalılı, şüyüdlü, quru meyvəli, noxudlu plov, dadlı xəmir xörəkləri: xingəl, gürzə, düşbərə kimi yeməkləri qeyd etmək olar.

IMG_P

Ənənəvi Azərbaycan mətbəxi bütün mətbəxlər arasında həmişə sevimli olub, olaraq da qalır və onsuz heç bir bayram, toy şənliyi qeyd etmək mümkün deyil.




Restoranlar




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?