Elan Teatr Yusif Ziya və hərbi vətənpərvərlik
Yusif Ziya və hərbi vətənpərvərlik

Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən 22 yanvar 2009-cu ildə saat 12-də A.Şaiqin böyük qardaşı ictimai-siyasi xadim, Daxili Qoşunların yaradıcılarından biri, vətənin istiqlaliyyəti yolunda şəhid olan, sovet dönəmində adının düşmən qismində belə çəkilməsi qadağan olunmuş Yusif Ziya Talıbzadəyə və 20 yanvar Şəhidlər gününə həsr olunan "Yusif Ziya və hərbi vətənpərvərlik" mövzusunda ədəbi-bədii tədbir keçiriləcək.
Tədbirə Milli Ordunun yaranması ilə əlaqədar sənədli kinoxronika, vizual görüntülər təqdim ediləcək. Yusif Ziyaya həsr olunmuş qəzəllər, vətənpərvərlik şeirləri, mövzu ilə bağlı musiqi səslənəcək. Tədbirin keçirilməsində əsas məqsəd Yusif Ziyanın həyatı və yaradıcılığı fonunda tamaşaçıları Milli Ordu tarixi ilə tanış etmək, gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da gücləndirməkdir. Abdulla Şaiqin Mənzil Muzeyi ilk dəfədir ki, Daxili Qoşunların DQBİ-də ŞHÜİ-nin Mətbuat xidməti ilə müştərək bu tədbiri keçirir. Mərasimin keçirilməsi Abdulla Şaiqin Mənzil Muzeyinin iş planına daxildir.




Teatr
Bilet: Бесплатно Abdulla Şaiqin Ev Muzeyi




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?