
Müqəddəs Valentin günü –paytaxtımızda sevgililərin uğurla qeyd etdiyi ən romantik bayramlardan biri. Şübhəsiz ki, artıq sevgilinizi necə sevindirəcəyiniz haqqında və bu əfsanəvi bayram axşamını harada keçirməyi düşünürsünüz. Bir çox hallarda sevgililər günü romantik görüş üçün ən ideal seçim restoran və ya klubdur. Həmin günü rahat abu-havada əla şərab içərək, xoş musiqi dinləyərək keçirmək istəyənlər üçün paytaxtımızın məkanlarının icmalını təqdim edirik.
Özünün rahat və romantik abu-havası ilə məşhur olan "150 Bar & Grill" restoranından başlayaq. Geniş menyudan məhz istədiyinizi seçə bilərsiniz: bu qaynar espresso (3 AZN) və ya latte (6 AZN) ilə yüngül Krep-syuzet (10 AZN) və ya Pannna-kotta (9 AZN) deserti yaxud da iki yeməkdən ibarət olan şam yeməyi, məzələr və içki ola bilər: burada hər cür steyk növü (35-40 AZN), qril edilmiş balıq (28-30 AZN) və ləzzətli isti məzələr: moruq sousu ilə fuaqra (32 AZN) və ya qızardılmış Kalmar (14 AZN). İçkilərdən danışmaq da lazım deyil: şübhəsiz ki, sizə təklif edilən isti və sərinləşdirici içkiləri, müxtəlif tərkibli alkoqollu və alkoqolsuz kokteylləri bəyənəcəksiniz.
Əgər yarınız romantik şam yeməyini asiya mətbəxi olmadan təsəvvür etmirsə "Chinar" və "Zakura" restoranlarından daha yaxşı məkan tapa bilməzsiniz. Hər iki restoran təkrarsız Şərq gözəlliyinə malikdir və hər ikisində yapon mətbəxinin ən dadlı və əla hazırlanmış yeməklərindən ibarət menyu görəcəksiniz. "Zakura" restoranı öz qonaqlarına sevimli balıq növlərindən və dəniz məhsullarından tempura (3-6 AZN), saşimi (7-12AZN), suşi, nigiri (3,5-6 AZN), kuşiyaki (3-5 AZN) təklif edir. Yeməklərin zövqlə bəzədilib süfrəyə verilməsi onlara əlavə gözəllik verir və bütün axşam yeməklərini dəbdəbəli edir. Tutqun işıq, şamlar isə gecənizə romantik abu-hava gətirəcək.
IMG_P
IMG_P
IMG_P
Valentin Günü ən yaxşı təkliflərdən biri: Excelsior restoranında yerləşən qəşəng restoran "Belvedere" bütün qonaqlarının istək və arzularını həyata keçirməyi boynuna götürür və Sizi ecazkar və təkrarsız sevgilinizlə birlikdə şam işığında romantik şam yeməyinə dəvət edir! Xüsusi qiymətə xüsusi təklif -Müqəddəs Valentin Günü –"Excelsior Hotel"dən cütlüklər üçün 149 AZN. Sizlər üçün həmin gecə menyuda: dörd ləzzətli yemək, standart-bar, təbrik kokteyli. Bu romantik gecənin sürprizlərindən biri də təkrarsız abu-hava yaradan lotereya və canlı musiqi olacaq. Bununla restoran burada bir dəfə olan cütlükləri yenidən və yenidən xəyallar aləminə düşmək üçün bura gəlməyə məcbur edir.
"Traveler’s Coffee"də Siz Valentin Günü əla vaxt keçirə bilərsiniz, axı burada xoş abu-hava və zəngin mətbəx var. Geniş menyudan ananaslı və dor-blyu souslu dana əti (9AZN), portağal sousunda toyuq (8 AZN), qızardılmış göbələklə hind quşu filesi (8 AZN), 6 AZN-dən 8 AZN-ə qədər ləzzətli salatlar: Sezar, Kapreze, toyuq ciyəri ilə Korason, , şampinion və pendirli Parmezan və desertlər, içlikli blinlər və tortlar və kokteyllər sifariş verə bilərsiniz
Rahat, eyni zamanda müasir və dəbli interyerə malik "Take Five" restoranı: yumşaq rəng, rahat qoltuqlar və yüngül musiqi – evlənmək təklif etmək, hədiyyə vermək üçün ideal abu-hava. Burada sizlərə zəngin menyu təklif edəcəklər: arabiata sousunda krevetlər (8 AZN), albalı sousunda qoyun əti antrikotu (7 AZN), banan sousunda badamda ördək filesi (9 AZN), limon sousunda ağ balıq (12 AZN), 6 AZN-dən 8 AZN-ə qədər suşi, ləzzətli desertlər və şokoladlı və kofeli içkilər.
Общий бордовый зал роскошного ресторана Dəbdəbəli "Parallel"- restoranının ümumi tünd qırmızı zalı zaman və məkanın mövcud olmadığı bir yerdir. Burada həmişə həzin musiqi səsi gəlir, yumşaq mebel, rahat stullar zalın istənilən hissəsində hər şeyi unudub rahatlamağa kömək edir. Heyranedici və inanılmaz dadlı mətbəxdən zövq alacaqsınız. 14 fevral Sevgililər Günü 13:00-da restoran hər kəsi qonaq gözləyir və xüsusi olaraq menyu tərtib edib: məhdudiyyətsiz desert, canlı musiqi, dünyanın müxtəlif yerlərindən ekzotik meyvələr, bir bokal şampan şərabı hədiyyə. 14 fevralda restoranın menyusuna krab ətindən maskarpone və marakuye pendirli profitroli (10, 50 AZN), manqo-muss və frize salatı ilə parm vetçinası (15,60 AZN), şampan sousunda və şpinat mussunda qızardılmış farel (15,40 AZN), nar sousunda qızardılmış dana filesi (18,20 AZN), desert masası (20 AZN).
IMG_P
IMG_P
Şəhərin ən gözəl yerlərindən biri “Galereya” restoranı sevgililər iki nəfərlik şam yeməyinin romantikasını hiss edəcək. Burada əsl ləzzəti hiss edəcəksiniz.Musiqi proqramı şam işığında romantik axşam yeməyini tamamlayacaq. Restoranın baş aşpazı şübhəsiz ki, əsl qurmanların bəyənəcəyi xüsusi menyu təqdim edir. Saksofonla canlı musiqi, valehedici vokal bayramı sözün əsl mənasında romantik və yadda qalan edəcək. Sevgililər üçün zərik “Sezar”, dadlı kokteyl və meyvə hazırlamışıq! Bir nəfər üçün şam yeməyinin qiyməti 25 AZN.
«Restaurant 90 А»- bu bayram günündə romantik axşam yeməyi üçün ideal məkan. Hər bir yeməyin yüngül qlamur görünüşü bu gecəni sözün əsl mənasında unudulmaz edəcək, şamların titrəyişi, sevimli musiqi və bokal şampan sevgi bayramına rəng qatacaq. Bu axşam restoran yalnız xoş və romantik abu-hava ilə deyil, həm də əla seçilmiş menyu ilə sizləri sevindirəcək. Burada menyudan istiot, ənginar, bal və ətirli sirkədə qızardılmış krevet (16 AZN), kartofla qızılbalıq qrili (16 AZN), tomat və zeytunlu kəndsayağı barbekü (16 AZN), dadlı desertlər (tiramisu, blek forest, çizkeyk). Həmçinin restoran cütlüklər üçün cəmi 70 AZN-ə xüsusi təklif hazırlayıb: baş-aşpazdan üç valehedici yemək, bir bokal əla italyan şərabı və şokolad deserti.
Şamlarla bəzədilmiş gözəl süfrədən, əla şərab və Bakı buxtasına açılan gözəl mənzərədən romantik nə ola bilər? Bunlara əla hazırlanmış yeməklər və yüksək səviyyəli xidmət əlavə etsək gecə ideal olacaq. Bütün bunlar вPark Bulvar-da yerləşən “Zeytun” restoranında var. Burada menyuya ənənəvi qaydada hazırlanan Azərbaycan mətbəxinin zəngin çeşiddə yeməkləri daxildir: xüsusi olaraq balıq qeyd etmək olar: qızılbalıq, sibas, forel (19 -24 AZN). Desertlər isə avropasayağıdır və inanılmaz dadlıdır: profitroli, çiz keyk, tiramisu, krem bryulle (4 -10AZN).
IMG_P
IMG_P
Qurman sevgililərə Sevgililər Gününü sözsüz ki, Cafe City və ya Cafe City Fontain-də keçirməyi məsləhət görürük. Bu məkanda hər cür zövq oxşayan zəngin menyu mövcuddur. Burada sadəcə pizza, blin və ya əla bəzədilən məzə və salatlarla yüngül şam edə, hətta steykin də dadına baxa (15 AZN), və ya tərəvəzlərlə qızardılmış müxtəlif ət, balıq yeyə bilərsiniz. Desertə isə sizlərə çox dadlı şirniyyatlar təklif edəcəklər: ləzzətli südlü, kofeli və meyvəli kokteyllər və içkilərlə alma ştrudel, tiramisu, merenq,meyvəli ruletlər, muss və çizkeyk (6 -8 AZN)
Dəbdəbəli Balizza café Sevgililər Gününə xüsusi hazırlaşıb: 14 fevral Sizə və sevgilinizə isti yemək seçiminə -toyuq, ət balıq, soyuq yeməklər, salatlar və fransız şərabı təklif edəcəklər. Bu romantik şam yeməyi iki nəfər üçün 30-35 AZN-ə başa gələcək. Qeyd etmək lazımdır ki, ləzzətli yemək və yüksək səviyyəli xidmətlə bərabər restoran çox rahat və romantikdir. Balizzanın interyeri açıq pastel tonundadır və restoranın Bakının mərkəzi küçəsinə mənzərəsi açılır
"Taboo" restoranı da şəhərimizin ən romantik məkanları sırasına daxil etmək olar. Onun yenilənən interyeri öz dəbdəbəsi və hərtərəfli dizayn işi ilə təəccübləndirir. Siz sevgilinizi sevindirmək, təəccübləndirmək və sakit abu-havada, canlı musiqi sədaları altında romantik axşam keçirmək istəyirsinizsə, 14 fevrala məhz burada masa sifariş verin. Restoranın aralıq dənizi menyusunda müxtəlif souslar və tərəvəzlərlə krevetdən, molyuskdan, balıqdan (ağ balıq, qızıl balıq), həmçinin ət və quşdan hazırlanmış yeməklər sifariş verə bilərsiniz. Əsas yeməklərin qiyməti burada 16 AZN və 35 AZN arasında dəyişir.
IMG_P
IMG_P
Crystal Plaza-da yerləşən "Beluga" və "Salvador Dali" restoranları hər biri özünə görə fərqli məkandır. Bu məkanlarda çalışan italyan aşpaz Carlos Felipe Lanzanın hazırladığı hər bir yemək mükəmməl çıxır. «Beluga» restoranı dəniz məhsulları yeməkləri ilə ixtisaslaşdırılıb və bu restoranı dəniz məhsulları və balıq növlərini xoşlayan cütlüklərə məsləhət görmək olar, axı hər bir yemək şah əsəsridir: albalıda ağbalıq (20 AZN) və ya kokosda file (7 AZN), yaponsayağı krevet (10 AZN) və ya fransızsayağı forel (7 AZN). Restoran bayram abu-havasındadır və romantik görüşlər üçün hazırlanıb. Binanın 9-cu mərtəbəsində yerləşən «Salvador Dali» restoranı bayram axşamı zəngin menyu və canlı musiqi təqdim edir.
Son vaxtlar paytaxtımızda sevgililərə təklif edə biləcəyimiz bir neçə yaxşı restoran açılıb. Malakan bağında yenicə açılmış "Three Graces" restoranını şəhərimizin ən romantik restoranlarından biri hesab etmək olar. Məkan kafe, suşi-bar və italyan restoranı kimi fəaliyyət göstərir. Bağa və fontana açılan ecazkar mənzərə, rahat abu-hava, tutqun işıq və ləzzətli mətbəx buranı belə hadisələri qeyd etmək üçün əla məkana çevirir. Bu restoranda iki nəfərli spirtsiz içki olmadan şam yeməyinin qiyməti 40-50 manat arasında dəyişir.
IMG_P
IMG_P
"Art Garden" rəsm qalereyası restoranı- fərqli məkandır. Bura gələrək siz sanki keçmiş zamanın özünəməxsusluğunu və əfsanəviliyini hiss edərək o vaxtlara düşəcəksizin. Restoranda qədim reseptlərlə hazırlanmış milli yeməklər verilir: qoyun, mal əti, göyərti, toyuq, hind quşu, quru meyvələrlə hazırlanmış müxtəlif plovlar, təzə və isti ət və göy qutabı, piti, ləvəngi, kükü, məşhur Azərbaycan şirniyyatları və bir çox başqa milli yeməklər və içkilər. Hər axşamlar restoranda canlı caz musiqisi səsləndirilir. Burada rahat abu-havada heç vaxt unuda bilməyəcəyiniz romantik axşam keçirmək olar.
Yeni məkanlar arasında italyan restoranı İnkino Grand Kafe-ni göstərmək olar. Restoranın müasir dizaynı, zonalara ayrılmış maraqlı məkan və qeyri-adi işıqlandırma xoş təəssürat yaradır. Restoranda istənilən yeməyi xüsusi edən təbii italyan inqredientlərindən istifadə edilir. Həmçinin restoran sizlərə romantik şam yeməyinizə zəngin şərab xəritəsindən ən yaxşı şərabı seçməyə kömək edəcək İtalyadan olan somelye ilə öyünə bilər. Məkanın menyusunda italyan mətbəxinin ən ləzzətli yeməkləri yer alır: Toskana salatı –letus, armud, qoyun pendiri, qoz, kərəviz (8 AZN), Insalata di gamberi у peperoncino – Salat, kərəviz, kök, krevet, zeytun, portağal (10 AZN), Timabollo di Polipo- İlbiz, zeytun, kapers, kartof (10 AZN), müxtəlif növ pasta, spagetti, rizotto10 -16 AZN, quzu, toyuq, balıqdan hazırlanmış valehedici yeməklər 16 -24 AZN və əlbəttə ki, italyan desertləri 3 -7 AZN.
Bu kafe dəbdəbəli şam yeməyi planlaşdırmayıb, şəraitdən asılı olmayaraq xüsusi dress-kod tələb etməyən romantik abu-havada vaxt keçirmək istəyənlər üçün uyğundur. Fəvvarələr meydanında, “Nərgiz” ticarət mərkəzində yerləşən “Dalida” restoran kafesi yaxşı mətbəxi və münasib qiymətləri ilə məşhurdur. Burada balla qızardılmış quzu əti (11 AZN), göbələk sousu ilə toyuq qrili (9 AZN), pendirli ravioli (5 AZN), Pesto sousu ilə rostbif (7 AZN), krevetli Sezar (9 AZN), quakamole (9 AZN), Pananq (15 AZN) və əla desert və kokteyllər.
IMG_P
IMG_P
IMG_P
Alhambra Lounge- xoş abu-havalı və əla mətbəxli məkan. Burada yumşaq divanda qəlyan çəkib, kofe içib, yüngül desert yeyərək xoş vaxt keçirmək və ya restoranda romantik şam etmək olar. Restoranın Peru və Çili mətbəxlərindən yeməklər daxil edilən yenilənmiş menyusu müxtəlifliyi və münasib qiymətləri ilə cəlb edir. Burada kifayət qədər sadə, lakin geniş yayılan yeməklər tapacaqsınız: Kiyevsayağı kotlet (6 AZN), toyuq faxitosu (6 AZN) və ət faxitosu (8 AZN), toyuq langeti (6 AZN) və ət langeti (7AZN).
Göründüyü kimi, paytaxt məkanları artıq ilin ən romantik bayramını xüsusi etmək üçün hər şeyi ediblər, sizə isə sadəcə məkan seçmək və əvvəlcədən masa sifariş vermək qalır, çünki bayram axşamı boş yer tapmaq çox çətin olacaq.
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?