
“Röyalar dünyası” -Biz valideynlər uşaqlarımızı ağıllı, hərtərəfli inkişaf etmiş, özünə inamlı görmək istəyirik. Lakin həmişə istədiyimizi əldə edə bilmirik. Müasir təhsil və uşaqların tərbiyəsi sistemində (uşaq baxçaları və müxtəlif inkişaf mərkəzləri) uşaqların maraqlarını nəzərə almadan ümumi standart proqram üzrə uşaqları öyrətməyə çalışırlar.
Bizim “Röyalar dünyası” uşaq mərkəzi sizə Uşağınızın inkişafı üçün tamamilə başqa yanaşma təklif edir. Biz övladının parlaq şəxsiyyət kimi, həyatsevər olaraq böyüməsini istəyən valideynlərə kömək etməyə şad olacağıq.
Biz işimizdə uşağın yaradıcı potensialı formalaşdıran emosional-şəxsiyyət kimi inkişafını ön plana çəkirik. Sizlərə qarşısına qoyulan məsələni peşəkarcasına yerinə yetirən yüksəkixtisaslaşdırılmış pedaqoqları təqdim edirik.
Yəqin ki, hər kəs bilir ki, uşaqlar üçün qumla oyunlar ən sevimli məşğuliyyətlərdən biridir. Qum hiyləgərdir və əgər onunla dost olmağı öyrənsən, o da səninlə dost olacaq! Məşhur psixoterapevt Karl Qustav Yunqun qeyri-adi kəşfini xatırlayaq -qum insanın psixikasına ən müsbət yolla təsir edərək emosiyaları tarazlaşdırır. Unutmaq olmaz ki, qum mənfi enerjini qəmi, müxtəlif növ daxili ixtilafları, təcavüzkarlığı özünə çəkir və müsbət enerjiyə çevirir. Qumla şəkil çəkmə studiyasını açmaq fikri də belə yarandı. Məşğələlərimizin köməyi ilə sizlərə daxili harmoniya əldə etməyə kömək edəcəyik.
İndi isə bir müddətlik qədim vaxtlara -evlərimizin belə keyfiyyətli tikilmədiyi, uşaqların saatlarla qumluqda oynadığı, qədim qum qəsrlərinin olduğu vaxtlara qayıdaq. Uşaqları bu oyunlardan ayırmaq mümkün deyildi! Niyə? Cavab sadədir: uşaqlar qumla oynayan zaman sürətlə inkişaf edirlər, dünyanı dərk edirlər. Bu çoxdan məlumdur. Uşağın qum şəkli çəkmək bacarığı, qum üzərində şəkil çəkməyin köməyi ilə onun ağıl və yaradıcılığının inkişafı -bunu uşaq studiyamızda həyata keçiririk.
Qumla şəkil çəkmək maraqlı olmaqla yanaşı, uşaq üçün yeni sehirli "qəsrlər" dünyasının açılışıdır. Bizim rəhbərliyimiz altında o, ayrı-ayrı şəkillər, həmçinin filmlər çəkəcək. Bu da onun bədii-estetik tərbiyəsi üçün inkişafetdirici faktordur.
Beləliklə, uşağın qarşısında qum var... O, əllərini ona vurur və sərinliyini hiss edir... Qumu barmaqları arasından buraxaraq uşaq öz əllərinin istisini hiss edir. Uşağınız kəşfin sərhəddindədir!
Sizi bu ünvanda gözləyirik: T.Elçin küç., 6, m.13. Əlaqə telefonları: (+994 12) 492 21 92, (+994 55) 266 24 42.
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

