
Ağır iş günlərində nahar fasiləsinə vaxt ayırmaq çox vacibdir. Hər birimiz lança fərqli yanaşırıq: kimsə yaxşıca nahar etməyə, kimsə yüngül yeməyə üstünlük verir, kimse ümumiyyətlə nahar etmir. Lakin hamımız nahar rasionumuzu müxtəlifləşdirmək və onu maksimum dadlı, xeyirli və münasib qiymətə etmək istəyirik. Qeyd edək ki, son vaxtlar paytaxtın əksər restoranlarında biznes-lanç təklif edilir. Təkliflər əhəmiyyətli dərəcədə bir-birindən fərqlənirlər: həm qiymət, həm də təklif edilən menyu genişliyinə görə. Biz paytaxtın ən maraqlı biznes-lanç təkliflərinin icmalını hazırlamışıq və ümid edirik ki, bu sizə seçim etməkdə kömək edəcək.
Biznes-lanç –hər birimizin bütün iş gününün əsas hissəsidir və əgər siz bunu məhz belə qəbul edirsinizsə, onda şübhəsiz ki, qurmanlar üçün nəzərdə tutulmuş və daha yüksək qiymətə biznes-lanç təklif edən məkanlar ürəyinizcə olacaq.
Sözsüz ki, Hezz club-da BarBerry elə məkanlardandır ki, bura axşamlar musiqili gecələrə, gündüzlər keyfiyyətli yeməkləri və gözəl servisi ilə fərqlənən lança gəlmək olar. Biznes-lanç burada 15 AZN-dir. Sizi hər gün 12:00-dan 15:00-a qədər gözləyirlər və qonaqlar üçün xüsusi dadlı menyu hazırlanıb. Menyuya 1 isti, 1 salat, desert və içki daxildir. Biznes-lanç menyusu hər gün dəyişir.
IMG_P
IMG_P
Yeni italyan restoranı Inkino Grand Café Bakı sakinlərinin rəğbətini qazanmışdır və bu da təəccüblü deyil. Axı burada həm də biznes-lanç təklif olunur. Restoranda menyu hər gün dəyişilir və italyan mətbəxinin ləzzətli yeməklərindən ibarətdir. 10 AZN qiymətinə olan lanç menyuya salat, sup, ikinci yemək (müxtəlif növ pastalar, spagetti və pizzalar), içkilər daxildir.
Hong-Kong restoranı sizləri yüksək səviyyəli xidməti, şərq üslublu qeyri-adi interyeri, Çindən olan peşəkar aşpazların hazırladığı çin mətbəxi ilə sevindirəcək. Biznes-lanç menyusu hər həftə dəyişir və 3 təqdim olunan variantdan seçə biləcəyiniz sup, isti yemək və içkidən ibarətdir. Lançın qiyməti -12 AZN.
Belə məkanlardan biri də 4 növ biznes-lanç təklif edən elit Dragon restoranıdır: vegeterianlar üçün (15 AZN), ətli (17,50 AZN), toyuqlu (17,50 AZN), balıqlı (19,50 AZN). Menyuya bir neçə salat növü, isti yemək (seçdiyiniz menyu üzrə), meyvə, desert daxildir. Restoranın gözəl üslubuna uyğun olaraq aşpazların peşəkarlığı və münasib qiymətlər xüsusilə xoş təsir bağışlayacaq. Bura qeyri-adi şəraitdə gözəl hazırlanmış ləzzətli nahara üstünlük verənlər üçündür.
IMG_P
IMG_P
Lanç üçün restoran seçəndə münasib qiymətə gözəl şəraitdə dadlı nahar etməyi fikirləşirsən. Bu üç keyfiyyəti özündə birləşdirən məkanlardan biri də Molokan bağında yerləşən italyan və yapon mətbəxli Three Graces restoranıdır. Biznes-lanç menyusu burada italyan yeməklərindən ibarətdir: 6 manata sup (göbələk, mərcimək, tomat), isti yemək və içki, 12 manata –sup, salat, pizza və içki, 15 manata sup, salat, isti yemək, çay və desert seçə bilərsiniz.
Elit yapon restoranı Zakurada biznes-lanç əsl nahar mərasimidir. Restoranın abu-havası bütün nahar vaxtını gözəl keçirməyə imkan yaradacaq. Burada lanç üçün hər cür zövqə uyğun bir neçə variant təklif olunur. Variantların hər birinə sözsüz ki, sup (miso), salat (hisə verilmiş qızılbalıqla saşimi, təzə xiyar və yosunlardan ibarət salat), roll (suşi, niqiri, teriyaki, qızardılmış krevetlər, gavalı şərabında mal əti) və dondurma daxildir. Vegeterianlar üçün nəzərdə tutulan menyu da mövcuddur. Lançın qiyməti -14 -16 AZN.
IMG_P
IMG_P
Marco Polo- biznes lanç üçün ən cəlbedici yerlərdən biri. Şəhərin mərkəzində yerləşməsi, qiymətləri və geniş seçimli menyu məkanı digərlərindən əsaslı şəkildə fərqləndirir. 5 AZN qiymətinə birinci yemək (üç yeməkdən ibarət seçim), salat (üç növdən biri), isti (üç yeməkdən biri) + istədiyiniz qarnir, meyvə suyu və ya çay. Həmçinin siz yalnız birinci yemək və salat (yaxud salat və isti) sifariş verə bilərsiniz. Onda lançın qiyməti 3 AZN-ə enəcək. Yaxud da birinci və ikinci yemək, birinci və isti, ikinci və isti -4 AZN.Marco Polo-da qiymətlər hər həftə dəyişir.
Balizza café- rahat abu-havalı və münasib qiymətli xoş məkan. Burada lanç 6 AZN-dir. Burada seçimdə 2 cür sup, salat, isti yemək və sərinləşdirici içkilər var.
Molokan bağının yanında yerləşən Churasco Steak House saat 11:00-dan 17:00 qədər 6 AZN qiymətinə lanç təklif edir. Bu qiymətə 6 növ salatdan, 5 növ birinci və 11 növ ikinci yeməkdən birini seçə bilərsiniz. Bu biznes-lanç “qiymət-keyfiyyət”i baxımından ən münasib məkandır.
"La Marrakesh" Mərakeş mətbəxi restoranı – bu ədviyyatlı ərəb mətbəxinin qeyr-adi dünyasıdır. Sizi bütün iş həftəsi ərzində saat 12:00-15:00 arası burada gözləyirlər. Burada biznes-lanç 7 AZN qiymətinə üç variantda təklif olunur: salat, sup, içki / salat, qarnirlə ikinci yemək, içki / sup, qarnirlə ikinci yemək, içki.
Ən dadlı və ən münasib qiymətə lanç təqdim edən restoranlardan biri də rahat “Trın-trava” rus mətbəxi restoranıdır. Menyu burada çox rəngarəngdir. 5 növ salat, birinci və ikinci yeməkdən hərəsindən birini seçmək olar, həmçinin içki və ya çay. Belə lanç 6.50 AZN olacaq. Əgər yalnız 2 yemək (salat və birinci və ya ikinci yemək) seçmək istəsəniz, 5.50 AZN ödəyəcəksiniz.
Soloha Ukrayna restoranı biznes-lanç üçün uyğun restoranlardan biridir: menyu çox müxtəlifdir və hər gün dəyişir. Lanç etmək üçün bura 13:00 –dan 15:00-a qədər gələ və Ukrayna və Avropa mətbəxinə qonaq ola bilərsiniza. Menyuya birinci yemək, qarnirli ikinci yemək, salat və içki daxildir. Biznes-lançın qiyməti 6 AZN.
IMG_P
IMG_P
“Yeni Beh-beh” restoranında sizə milli mətbəxin yeməklərinin geniş seçimi təqdim olunacaq -5 növ salat, 6 növ birinci, 5 növ ikinci yemək qarnirlə. 5 AZN-ə siz 2 yemək, 6 AZN-ə salat, sup və ikinci yemək seçəcəksiniz. Həmçinin lança içki –kola və ya çay təklif olunur. Qeyd edək ki, lanç menyusu burada hər həftə dəyişir.
Nahar vaxtı rahatlığı sevənlərə "Korçma” restoranını təklif edə bilərik. Rahat və özünəməxsus bu məkanda sizi isti qarşılayacaq, salat və qarnirlə isti yemək təklif edəcəklər. Lanç 6 AZN-dir və menyu hər gün dəyişir.
“Ali & Nino” kafesi işgüzar adamlar üçün şəhərin mərkəzində yerləşən ən cəlbedici məkanlardan biridir. Burada 12:30-dan 15:00-a qədər nahar etmək olar. Hər gün sizlər üçün yeni nəisə hazırlayırlar: mərcimək, toyuq, tomat və ya tərəvəz şorbası, təzə, göbələk, toyuq, yumurta və ya tərəvəz salatı, ət (toyuq, balıq) müxtəlif cür qarnirlə, kükü, desert (müxtəlif meyvə piroqları), içki (kola, fanta, sprayt və s.), çay. Bütün bunlar cəmi 5 və 7 AZN
Kafe Chocolate. Bu məkanı xüsusi qeyd etmək lazımdır: modern və qədimliyin hiss olunduğu qeyri-standart üslublu interyer. Burada 6-10 AZN qiymətinə nahar edə bilərsini. Burada hər gün 2 menyu təklif olunur. 6 manatlıq biznes-lança daxildir: sup, ikinci yemək, içki və ya salat, ikinci yemək və içki. 10 manatlıq menyuya daxildir: sup, salat, isti, çay və desert. Yeməklər hər həftə dəyişir.
Café City və ya Café City Fontain-da lanç etmək məsləhətlidir: burada menyu hər gün dəyişir və şübhəsiz ki, nahar fasiləsini dadlı yemək yeyərək xoş abu-havada keçirməyə dəyər. Burada lanç 8 AZN (iki yemək + içki) və 10 AZN (üç yemək + içki). Lanç vaxtı: 12:00-15:30. Menyuya daxildir: sup, salat, isti yemək, qarnir, içki.
IMG_P
IMG_P
Cafe Gazelli öz qonaqlarını bir neçə yeməkdən ibarət biznes-lança dəvət edir: salatlar, balıq, ət və ya toyuqdan hazırlanan isti yeməklər, şorbalar, həmçinin soyuq və isti içkilər. Lançın qiyməti: 5 və 7 AZN. Qeyd edək ki, 12:00-dan 15:00-a qədər olan lanç vaxtında restoranın əsas menyusunun yeməklərinə 25% endirim edilir.
Bütün iş həftəsi ərzində Dalida de Luxe restoranı sizi biznes-lança dəvət edir: sizlərin seçiminə iki müxtəlif menyu verilir: 2 cür sup, 2 cür salat, 2 cür isti yemək, su -8 AZN; 2 cür sup, 2 cür salat, 2 cür isti yemək, desert + spirtsiz içkilər -12 AZN.
Biznes lanç –bu kolleqalarla sərbəst, isti şəraitdə daha yaxından tanış olmaq imkanıdır. Əgər belə bir məkan axtarırsınızsa, demək Otto Efes club –məhz həmin məkandır. Burada 12:00-15:00 arası lança gəlmək olar. Lanç 8 AZN-ə təklif edilir və salat, sup, isti və spirtsiz içkidən (çay, su, sok) ibarətdir. Biznes–lanç menyusu hər gün dəyişir.
Söhbət biznes-lançdan gedərkən icmalı “Trattoria La Oliva” italyan restoranı ilə davam etmək lazımdır. Burada təklif olunan nahar süfrəsinin qiyməti aşağı deyil, lakin abu-hava insana zövq verir, bir sözlə, bura çox müxtəlif və ləzzətlidir. İsti yemək və içki ilə lanç -10 AZN, sup, isti yemək və içki və ya sup, salat və içki -11 AZN, sup, salat, isti yemək və içki -12 AZN. Lança 4 növ salat və 4 növ ikinci yemək seçimi təklif olunur.
IMG_P
IMG_P
Bakının mərkəzində inanılmaz kulinar səyəhət etmək? Bundan asan nə ola bilər? “Il Mosaico” italyan restoranı aralıq dənizi mətbəxi yeməklərinin geniş seçimini təklif edir. Gözəl dizayna malik məkan, yeməklərin hazırlanmasına, o cümlədən lanç menyuya xüsusi diqqət yetirir. Burada sizi isti qarşılama və yüksək xidmət, həmçinin ləzzətli yeməklər gözləyir. Hər gün dəyişən lanç menyuya salat, sup, isti (3 növdən biri: cürbəcür pastalar, spagetti, rizotto), çay (kofe), desert daxildir. Burada sizi lança 12:00-15:00 arası gözləyirlər. Qiyməti -12 AZN.
Nahar üçün ən cəlbedici məkanlardan biri də özünün ləzzətli pizzaları ilə tanınan italyan restoranı “Il Gusto”dur. Restoran 12:30-dan 15:00-a qədər cəmi 6 AZN-ə lanç təqdim edir. Menyuya 14-ə yaxın salat, bir neçə növ müxtəlif qarnirli isti yemək və seçimə görə pizza daxildir.
Park Bulvar-da yerləşən italyan kafesi Segafredo Zanetti hər kəsi 12:00-dan 16:00 qədər lança gözləyir və 8 AZN qiymətinə sup (1növ), salat (4 növ), çay (kofe, isti şokolad) və desertdən ibarət menyu təklif edir. Lanç menyusu dəyişmir.
IMG_P
IMG_P
“Ravioli” restoranı öz qonaqlarına olduqca geniş italyan və çin menyusu təklif edir. Əgər şərq ədvaları üçün darıxmısınızsa və şərq yeməklərinə üstünlük verirsinizsə, onda 8 AZN qiymətinə sizə tərəvəzli xırt-xırtlı sprinq-roll, qızardılmış tərəvəz və ya qaynar turş çin supu ilə ləzzətli cücə sousla mal əti, spirtsiz içkilər və ya kofe təklif olunur. Burada lanç etməkdən doymayacaqsınız, belə ki, menyu hər gün dəyişilir. Təklif olunan 4 cür şorbadan (asparaqus, mərci, brokolli, zukkini şorbası), 3 cür salatdan (yunan, toyuq, Insalata Mista, göbələk) və 3 cür ikinci yeməkdən (pasta, tərəvəzlə qızardılmış toyuq ağ əti, penne, toyuqla fettuçini, ispanaqla ravioli, Coffe de Paris sousu ilə mal əti) 1-birini seçə bilərsiniz. Lançın vaxtı: 12:00-16:00.
Rus Dram teatrının yanında yerləşən“Namli Kebap” türk restoranı bir neçə üstünlüyə malikdir: rahat ünvan, xoş abu- hava, sürətli xidmət, dadlı türk mətbəxi və hər gün dəyişən lanç menyu. Burada 12:00-dan 15:00-a qədər 12 AZN-ə nahar etmək olar. Sizə menyuda göstərilən 8 salatdan biri, sup, isti yemək və desert təklif olunacaq.
Ən sərfəli qiymətə lanç menyulardan birini də Buta Art Club təklif edir. Burada lançın qiyməti cəmi 5 AZN-dir. Menyuya 1 növ sup, salat və 5 növ isti yemək daxil edilib. Lançın vaxtı -12:00-16:00. Lanç menyu mütəmadi olaraq yenilənir.
Şəhərin ən xoşa gələn kafelərindən biri Traveller’s coffee hər kəsi 12:00-dan 16:00-a qədər lança dəvət edir. 7 AZN-lik menyuya salat, sup, 9 AZN-lik menyuya ikinci yemək və sup (3 növdən 1-i), meyvə suyu və ya kofe daxildir. Menyu kifayət qədər rəngarəngdir.
Göründüyü kimi, paytaxt məkanlarının nahar menyusu müxtəlifdir və hər bir restoran tam fərqli biznes-lanç təqdim edir. Bizə isə sadəcə daha çox ürəyimizcə olan restoranı seçmək qalır.
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?




