Elan Klublar Happy Birthday Mojito
Happy Birthday Mojito

Yenidən Pride Karaoke Lounge sizlərə xəbər verir ki, növbəti əyləncə gecəsi Bacardi Mojito-nun doğum gününə həsr olunub! İlk, ən düzgün Mojito, Bacardi Mojito-nun hazırlandığı ilk və yeganə düzgün rom!

Əsl Mojito-nun doğum gecəsi:
24 maydan 29 maya qədər MDB-nin böyük şəhərlərində Bacardi Mojito Night əyləncə gecələri keçirilir. Bu gecə biz Bacardi romu əsasında yayın ən ləzzətli kokteyli -əfsanəvi və ləzzətli Bacardi Mojito-nun ad gününü qeyd edəcəyik.

1930-cu il. Havana. Artıq bir neçə gecədir ki, dəbdəbəli "Sevilya" otelində əyləncə davam edir. Gözoxşayan geyimlər və dəbli saçlar; yorulmaq bilməyən musiqiçilər publikanı ehtiraslı ritmlərlə əyləndirir; mayın sonu, isti, okeandan gələn külək. Belə gecədə kokteyldən bir şey lazımdır: sərinlik, sərinlik və sərinlik. Məhz bu vaxt barmenin fantaziyası əla tapıntılar aşkar edir -artıq o vaxt məşhur olan Kuba romu Bacardi Superior əsasında hazırlanmış sərinlik gətirən nanəli kokteyl.
Barmen özü özünün ixtirasını mojado (nəm) adlandırdı; "Sevilya" otelində ifa olunan musiqi yoxsa səs-küy yoxsa davam edən əyləncə qonaqları adı başqa cür eşitməyə məcbur etdi və ad daha gözəl və incə səsləndi: Mojito…

Sizi 29 may 20:00-da bizimlə birlikdə Yay Kokteylinin Ad gününü qeyd etməyə dəvət edirik!

Free Drink: Bacardi Mojito
Giriş pulsuzdur.
Sifariş nömrəsi: (+994 50) 314 06 60




Klublar
Bilet: Бесплатно Arabica Lounge




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?