
Nəhayət ki, çoxlarının uzun müddətdir ki, gözlədiyi yay gəldi və şəhərimiz həmişəki kimi isti günlərə və ilıq axşamlara qərq olacaq. Paytaxtın restoranlarında isti yay günlərinə sərinlik gətirən, yaşıl yay terrasları açılıb. Məkanların menyuları da dəyişib: restoranlar inanılmaz, çoxobrazlı yüngül yay yeməkləri təklif edir. Təklif olunan yeməklər içərisində yüngül tərəvəz salatları və sərinlik gətirən suplar, sərinləşdirici içkilər, yüngül desertlər və dondurma var. Hər bir restoran yeməklərin geniş seçimini təqdim edir -klassik mətbəxdən tutmuş müasir kreativ, həmçinin ləzzətli müəllif yay yeniliklərinə qədər! Buna görə də saytımızda növbəti icmal üçün şəhərimizin restoranlarının maraqlı yay menyularını seçdik.
"150 Bar& Grill" restoranı ləzzətli steyk sevərləri və əsl qurmanları baş-aşpazdan xüsusi təklifə dəvət edirik. Bu yay restoranın yay terrasında Fitnes salatı (sitrus sousu ilə portağal, vokado, qara gavalı) (10 AZN), tərəvəzli zapekanka (13 AZN), pomidor və mozarella pendiri ilə qızardılmış badımcan, tərəvəz və mozarella pendiri, kəskin tomat sousu ilə toyuq döş əti təqdim edilir. Desert olaraq burada: giləmeyvə assortisi (18 AZN), müxtəlif dondurmalar (8 AZN), meyvə tortu (10 AZN), giləmeyvəli mohito, dondurma və yoqurtlu meyvə salatı, çiyələkli çiz-keyk (10 AZN).
IMG_P
IMG_P
IMG_P
Azərbaycan mətbəxli restoran "Beh-Beh club"un yay terrası açıldı və bununla birlikdə menyuda bu yayın qastronomik yenilikləri yarandı. Əsas yay menyusunda klassik Azərbaycan mətbəxinin yeməkləri yer alıb: "Yay dolması" -qiymə ilə doldurulmuş pomidor, badımcan və şirin bibər (5.50 AZN), lobya çığırtması (3.50), tərəvəz sırdağı (3.50 AZN), həmçinin ləzzətli göy və ət qutabı, manqal yeməkləri.
"Mado" kafesində yüngül yay desertlərinin dadına baxmaq olar. Bu əla növ dordurma və dondurma tortlarıdır: meyvəli, şokoladlı, karamelli, peçenyeli, vanilli və biskivitli, çiyələk və albalı souslu və kremli. Burada piroq və tortla əla çay da içə bilərsiniz, lakin desert seçimi elə də asan olmayacaq, çünki seçim böyükdür. Bu yüngül şokoladlı və moruqlu tort, karamelli tort və giləmeyvəli tort, banan-şokoladlı tort, profitroli, brauni, meyvəli çizkeyklər, giləmeyvəli sousu ilə meyvəli tortlar təklif edilir.
IMG_P
IMG_P
IMG_P
IMG_P
"Mozart Cafe"nin xüsusi yay menyusunda bir neçə ənənəvi yay salatları var: mövsümi salat (8 AZN), manqal salatı (5 AZN), çoban salatı (5 AZN). İkinci yemək kimi gil qabda tərəvəz (badımcan, bibər, pomidor) (10 AZN), toyuq langeti (15 AZN) sifariş vermək olar. Giləmeyvəli və meyvəli desert olmadan yayı təsəvvür etmək olmaz -meyvə səbəti (5 AZN), çiyələk səhəngi (5 AZN). Həmişəki kimi Mozart café-nin yay terrası açılıb. Burada yüngül yaşıl çay və ya jasmin çayı içərək, dadlı dondurma yeyərək dincəlmək olar.
Yayın gəlişi ilə "Ravioli" restoranının baş-aşpazı yüngül salatlar, soyuq suplar və dadlı desertlər təklif edir. Salatlar arasından lobya və bambuklu salat (4 AZN), tərəvəz salatı (6 AZN), ikinci yemək kimi -badımcan sousu və Hoison sousu ilə tərəvəzli çinsayağı ördək təklif edilir. Desert olaraq mütləq dondurma götürmək məsləhətdir.
"Hezz Terrace" restoranının yay təklifində -inanılmaz ləzzətli yay yeməkləri var. Demək olar ki, məkanın baş-aşpazı yay mövsümünə hazırlaşanda yeməklərin hazırlanma və süfrəyə verilmə fantaziyası ilə özü-özünü keçib. Burada -restoranın yay terrasında inanılmaz sayda yay desertlərinin dadına baxmaq olar -çiyələkli çiz-keyk (8 AZN), meyvəli dondurma tortu (8 AZN), həmçinin toyuq kababı, dana basdırması, antrekot, müxtəlif kabablar və yeməklər, yayın atributu hesab edilən yunan salatı (8 AZN), sacda tərəvəz və ət (25 AZN).
IMG_P
IMG_P
IMG_P
IMG_P
Ənənəvi Azərbaycan mətbəxi restoranı "Art Garden" müxtəlif yay yeməkləri nümayiş etdirir: 6 AZN qiymətinə geniş çeşidli salatlar -kahı, ağ pendir, tərəvəzli, zeytunlu və zeytun yağlı "Qobustan" salatı, tərəvəzli, göyərtili, soğanlı və ədviyyatlı "Manqal" salatı, "Çoban" salatı, "Tərəvəz" salatı, soyuq yay supları -Ovduğ, Doğramac, Tomat supu, yarpaq dolması. Ən əsası isə bura Bakının ən isti havasında belə çox sərindir.
"La Strada" restoranında hər bir yeməyin yeni tərtibatı yay abu-havası, estetik və qastronomik zövq verir. Məzə kimi restoran təzə pomidor, mozarella, təzə reyhan, zeytun yağından hazrılanan Insalata Caprese (12 AZN), tərkibində zeytun, lola rosa salatı, xiyar, çerri pomidoru, limon soku və zeytun yağı olan Insalata Calamari (9 AZN) təklif edir. Birinci yemək kimi dadlı tomat supu, vam odda bişirilən bildirçin yumurtası Zuppa Milanese al pomodoro (6 AZN), hisə verilmiş mal əti və tərəvəz qarışığından hazırlanan qədim italyan supu Minestrone (6 AZN) götürmək olar. Vegeterian yeməyi istəsəniz tərkibində badımcan, mozarellalı pomidor, reyhan və zeytun yağı olan Grate di melanzane (6 AZN) seçmək olar.
IMG_P
Fəvvarələr Meydanının iki addımlığında yerləşən Molokan bağının ağaclarının kölgəsində gizlənən "Three Graces" restoranının yay terrasında italyan çalarlı yay yeməklərinin dadına baxmaq olar. Bunlar -tərəvəz supu "Minestrone" (5 AZN) və tomat supu (5 AZN), məkanın öz salatı, yay tərəvəzləri və Mozarella pendirli "Üç gözəl" salatı, qarışıq göbələkli və reyhanlı rizotto-dur.
"Café City" restoranı öz qonaqlarına yeni yay menyusu təklif edir. Yeni menyunun konsepsiyası yay tərəvəzləri və meyvələrindən ibarətdir. "Café City Fontain" yayı yeni dadları ilə xüsusi qeyd etmək qərarına gəlib. Dadı damağınızdan getməyəcək yay menyusuna barbekü, qızılbalıqla kartof lüləsi, sərinləşdirici doğramac, dadlı ət lüləsi və kabab, qabırğa, manqal salatı daxildir. Bu yayın bütün ləzzətləri Café City Fontain-da.
IMG_P
IMG_P
IMG_P
IMG_P
IMG_P
Café City Sahil restoranının baş-aşpazı yay menyusu üçün sağlam və yüngül yeməklər təqdim edir. Burada şərq üslubunda badımcan (3.80 AZN), doğramac (2.80 AZN), tərəvəzli toyuq terini (5.80 AZN), giləmeyvə souslu mozarella (5.40 AZN), tomat kremli və sarımsaq tostlu sup (4.40 AZN), göbələk souslu qoyun qabırğası, qızılbalıq, desertə isə albalı ruleti (5.20 AZN) və ya giləmeyvə sousu ruleti (5.80 AZN) və əlbəttə ki, dondurma: vanilli, şokoladlı və ya meyvəli (2.80 AZN) qonaqlara təqdim edilir.
IMG_P
IMG_P
IMG_P
IMG_P
IMG_P
"City View" restoranının yay menyusunda sizlərə baş-aşpazın qastronomik yay fantaziyası təqdim edilir. Məkanın Bakı buxtasına mənzərə açılan sərin yay eyvanında gözəl yay yeməklərindən dadaraq əla axşam keçirmək olar. Burada yeməklər yaysayağı yüngül, kalorisiz ərzaqlardan hazırlanır. Meyvəli salat (8 AZN), meyvə assortisi (8 AZN), armud deserti (16 AZN), müxtəlif yüngül içkilər və meyvə kokteylinin dadına baxmağa dəyər. İkinci yeməklərdən vegeterian tərəvəz sousu (5 AZN), çoban salatı, barbekü təklif edilir.
Park Bulvar-ın yuxarı mərtəbəsində yerləşən, Xəzər dənizinə mənzərəsi açılan "Zeytun" restoranının yay menyusuna Azərbaycan mətbəxinin ənənəvi yay yeməkləri daxildir. Əvvəlcə məzələrdən danışmaq olar. Məsələn, Kipr pendirindən salat "Xalumi" -"Xalumi" pendiri, kahı, göyərti, fındıq, üzüm, portağal, sirkə sousu (9 AZN) və ya tomat, Mozarella pendiri, Pesto sousu və göyərtidən hazırlanan salat (10 AZN). Baş aşpazın fantaziyası ilə hazırlanan ənənəvi yay yeməyi "Dovğa" və ya təzə pomidordan, bolqar bibərindən, kök və ətirli göyərtilərdən hazırlanan tomat supu. Bundan sonra müxtəlif manqal yeməkləri, kabablar sifariş vermək olar.
IMG_P
IMG_P
IMG_P
Yastıqçalarla dolu divanlar, hörmə kreslolar və şəhərə açılan gözəl mənzərədən zövq almağı "Dalida De Luxe" kafe təklif edir. Yay təklifləri səhifəsində qeyri-adi çiyələkli milfey (6 AZN), yüngül meyvə salatı (5 AZN), tərəvəzli antrekot (11 AZN), tərəvəzli lülə (8.50 AZN), "Faxitos" salatı (7 AZN) tapacaqsınız.
"Gazelli café" yay terrası açılıb və məkanın sərin kölgəsində kofe içmək və yüngül yay deserti yemek çox xoşdur. Qaymağın və meyvələrin yüngül və zərif dadı sizə bu isti günlərdə unudulmaz hisslər bəxş edəcək. Desertlər -bu sadəcə ləzzət deyil, həm də hər bir yemək süfrəsinin yekun akkordudur. Zərif, yüngül, ləzzətli Tiramisu, meyvəli, şokoladlı, karamelli, giləmeyvəli desertlər, meyvəli sufle -bütün bunların dadına bu yay Gazelli café-də baxa bilərsiniz.
IMG_P
IMG_P
Yayda parlaq, qeyri-adi, yadda qalan və eyni zamanda faydalı və ləzzətli qidalanmaq istəyirik. Belə qastronomik açılışa hazır olanlar üçün möhtəşəm "Panorama" restoranını təklif edirik. Burada dənizə mənzərəsi olan romantik şəraitdə yay axşamını əla keçirmək və ya dadlı səhər yeməyi yemək olar. Məkanın yay menyusunda qozlu, ağ pendirli, ətirli göyərti və sarımsaqlı badımcan (6 AZN), təzə tərəvəzli çoban salatı, yunan və afina salatı (6 və 6.50 AZN), istiotlu, göbələkli və çiyələkli souslu mal əti steyki, duxovkada pomidor və kartofla qızardılan kefal (7.50 AZN), saciçi, kabab, barbekü və manqalda tərəvəzlər, meyvə salatı (6 AZN), dondurma assortisi təqdim edir.
IMG_P
İsti hava şəhəri zəbt edib və hər bir yay gecəsini xoş məkanda, xoş kompaniyada yüngül içki içərək və yüngül yay salatı yeyərək keçirmək istəyirik! Bunun üçün "İl Patio" restoranının yay terrası ideal məkandır. Burada artıq yay menyusu hazırdır: Yunan salatı (6 AZN), "Sinyora Pamadora" salatı (5 AZN), tərəvəz salatı (6 AZN), meyvə salatı (5 AZN), "Luçe del Sole" salatı -ispanaq, qulançar, portağal, qreyfrut, manqo, şirin gavalı və Çerri tomatı, "İnsalata alla Sardiniya" -qızardılmış krevetlər, bibər-qril, tomat, qırmızı soğanla kərəviz və reyhan, kəklik otu. İkinci yemək kimi "İtalyanın Ürəyi" və ya tərəvəzli fettuçini sifariş verə bilərsiniz.
Yeni yay yeməklərinin ləzzətini italyan restoranı "İnkino Grand Cafe" təklif edir. Restoranın baş-aşpazı yay mövsümünə xüsusi hazırlaşıb. Yeni menyu sadəcə özünün inanılmaz adı ilə deyil, elə tərkibi ilə də cəlb edir, qonaqları seçim etməkdə çətinlik çəkməyə vadar edir. İndi restoranın qonaqları günəşli "italyan xüsusiyyətli" yeməklərdən zövq ala biləcəklər: Insalata Toscana (Salat, armud, qoyun pendiri, qoz, kərəviz, zeytun yağı) -6 AZN, Insalata Panzanella (Xiyar, pomidor, bazilik, kərəviz, zeytun yağı) -5 AZN. İkinci yeməklər arasından Gamberi Con Caponata Di Verdure E Mozarella Gradinata (Krevet, mozarella, (qabıqlı), bibər, yunan qabağı, badımcan, pomidor, reyhan) -10 AZN, Formaggio Con Frutta (meyvə assortisi, qoyun pendiri, parmezan) -15 AZN. Bu isti və günəşli günlərdə mütləq məkanın yay suplarından dadın: Crema Di Zucchine E Yogurt/ Semifredda (yunan qabağı, soğan, sarımsaq, zeytun yağı, yoqurt, hind quşu vetçinası, qaymaq) -5 AZN, Gazpacho Con Frutta E Verdura Alla Menta (Pomidor, sirkə, tost, zeytun yağı, xiyar, kərəviz, zeytun yağı, nanə) -5 AZN. Yayın dadı ikinci yeməklərdə dəqiq hiss olunur: Filleto Di Rombo Con Palate E Fagiolini Al Pesto (Türbo filesi, kartof, yaşıl lobya, reyhan, parmezan, sidr qozu, zeytun yağı) -30 AZN, Millefoglie Di Branzino Con Zucchine Salsa Peperoni (Sibas, yunan qabağı, pomidor, reyhan, bibər, zeyutun yağı, qara zeytun, ağ çaxır) -16 AZN.
Beləliklə, yay mövsümünün gəlişi ilə restoranlar ən yüngül, ən təzə və faydalı yeməkləri təklif edirlər. Yeni yeməklərin geniş seçimi, şübhəsiz ki, bütün qurmanları razı salacaq. Sizə yalnız yay terrasını və ən maraqlı və dadlı yay yeməyini seçmək qalır!
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

