Elan Restoranlar Bakı restoranlarında yay terrasları
Bakı restoranlarında yay terrasları

Çoxdan gözlənilən yay gəldi! Bakının isti günlərində harada istirahət etmək olar? Əlbəttə ki, şəhər məkanlarının sərin terraslarında! Bir çox restoran və kafelər yay mövsümünə ciddi hazırlaşıb və öz qonaqlarına açıq havada istirahət guşələri hazırlayıb. Burada qonaqlar ləzzətli yay yeməklərindən zövq ala biləcək.

Şəhərin mərkəzində yerləşən, hər kəsin ürəyincə ola biləcək açıq terraslı "Mado" kafe. Məkan artıq bakılılar arasında geniş çeşidli desert və dondurmalarına görə böyük populyarlıq qazanıb. Geniş çətirlər altında elə də böyük olmayan, çiçəklərlə əhatə edilmiş terras xüsusilə səhər saatlarında insanı cəlb edir.

IMG_P

"Namlı Kebab" restoranı da sizi öz terrasında istirahət etməyə dəvət edir. Türk mətbəxinin açıq havada dadına baxacağınız isti yeməkləri və desertləri ürəyinizcə olacaq.

“East Legend Panorama Hotel”də yerləşən "Panorama" restoranını Bakını, yüngül dəniz küləyini və Bakı buxtasına açılan mənzərəni sevənlərə təklif edə bilərik. Qədimi səhənglər, orijinal qravyuralar, əl xalçaları, şərq miniatürləri, həmçinin milli musiqi alətləri kolleksiyası restorana qeyri-adi ab-hava bəxş edir.

Rahat kreslo və divanlar, yüngül orqanza, yaşıl ağaclar -bu "150 Bar & Grill" restoranının yay meydançasıdır. Bura romantik görüşlər, xoş axşam yeməkləri üçün ideal məkandır. Restoranın açıq terrasında yüngül yay kokteylləri, steyklər və tərəvəz-qril, meyvəli desertlər "150"dən qastronomik "möcüzə"dir!

IMG_P 

Sultan Inn otelin elektik üslubu hər bir guşəsində Azərbaycan eleqantlığını əks etdirir. Məhz burada iki təkrarsız məkan yerləşir: Q-Bar və Terrace Garden. Restoran aralıq dənizi yeməklərindən Azərbaycan yeməklərinə qədər zəngin mətbəxi ilə məşhurdur. İsti yay günlərində terrasın kölgəsində dincələ, təmiz dəniz havasından zövq ala bilərsiniz. Qeyd edək ki, "Terrace Garden" otelin mansardında yerləşir və bağlı qış retoranı və açıq yay restoranından ibarətdir. Açıq yay restoranı daha populyardır. Buradan Xəzər dənizi, bulvar və XII əsrə aid Azərbaycan incisi Qız Qalasına gözəl mənzərə açılır. "Q-Café-Bar" lounge otelin ikinci mərtəbəsində yerləşir və buradan da Xəzərə və tarixi İçəri şəhərə təkrarsız mənzərə açılır. Xoş ab-hava, rahatlıq və ləzzətli yeməklər istirahətinizi unudulmaz edəcək.

IMG_P

IMG_P

IMG_P

Fəvvarələr Meydanında yerləşən Palma Lounge -vaxt keçirmək üçün ən yaxşı yerlərdəndir. Açıq terraslı, ikimərtəbəli kafe birinci və ikinci mərtəbələrdə yüngül və dadlı desertlər, isti və soyuq içkilər təklif edir. İkinci mərtəbədə eyvan sadə, açıq tonlarla tərtib edilib. Birinci mərtəbədə ağacların kölgəsində qoyulmuş divan və kreslolarda əyləşərək istirahət edə bilərsiniz.

Park Bulvarın yuxarı mərtəbəsində yerləşən "Zeytun" restoranı Xəzərə açılan təkrarsız mənzərəsi ilə yanaşı, təqdim etdiyi Azərbaycan mətbəxinin ənənəvi yay yeməkləri ilə də fərqlənir. Restoranın açıq eyvanında yumşaq divan və kreslolarda əyləşərək buxta və təmiz dəniz havasından zövq ala bilər, nəfis şam edə bilərsiniz.

IMG_P

"Dafne" restoranın açıq terrası insanı dəbdəbəsi və zərifliyi ilə valeh edir. İsti Bakı axşamlarını keçirmək üçün ideal məkan. Burada hətta yay istisində özünüzü rahat və komfortlu hiss edəcəksiniz. Terrasdan şəhərin mərkəzi küçəsinə mənzərə açılır. Qeyd edək ki, burada mətbəx zəngindir: qonaqlara Azərbaycan, avropa və aralıq dənizi mətbəxi yeməkləri təklif edilir.

IMG_P

IMG_P

IMG_P 

Yastıqçalı divanlar, hörmə kreslolar və şəhərə açılan gözəl mənzərədən zövq almağı "Dalida" kafe təklif edir. Geniş tentlərin kölgəsində günəş şüalarından xilas olaraq dincəlmək xoş olacaq və buraya dəfələrlə gəlmək istəyəcəksiniz. Bakının mərkəzində, Fəvvarələr Meydanında yerləşən bu restoran şəhər sakinlərinin sevimli məkanlarındandır. Heç də təəccüblü deyil ki, məkanın bir çox üstünlükləri var: Fəvvarələr Meydanına açılan ecazkar mənzərə, ləzzətli mətbəx, yüksək səviyyəli xidmət və əlbəttə ki, çox rahat yay terrası.

İsti hava şəhəri zəbt edib və hər bir yay gecəsini xoş məkanda, xoş kompaniyada yüngül içki içərək və yüngül yay salatı yeyərək keçirmək istəyirik! Bunun üçün "İl Patio" restoranının yay terrası ideal məkandır. Burada artıq yay menyusu hazırdır. Yay terrasının tünd taxta döşəməsi, rahat kreslolar, yumşaq divanlar, çiçəklər Xəzərin gözəl mənzərəsi ilə ahəng təşkil edir. Sərin yay axşamında "Il Patio" istirahət üçün ideal məkandır.

IMG_P

Balizza cafe. Bakının mərkəzi küçəsində yerləşən bu kafe yüksək xidməti, əla mətbəxi, münasib qiymətləri ilə fərqlənir. Kafenin paytaxtın mərkəzi küçəsinin gəzinti hissəsindən çiçək ləkləri ilə ayrılan yay terrası rahat yay masaları və kresloları ilə yay istisində əvəzolunmazdır. Xoş ab-hava, kafenin əla publikası həm bakılıları, həm də şəhərimizin qonaqlarını razı salacaq.

Meridian otelin "City View" restoranında Bakı buxtasına mənzərə açılan sərin yay eyvanında gözəl yay yeməklərindən dadaraq əla axşam keçirmək olar. Bu açıq terrasda əla səhər yeməyi yeyə, ispan gitarası musiqisi sədaları altında şam edə, sərin yay eyvanında əyləşib Bakı buxtasının gözəlliyindən zövq alaraq təklif olunan yay yeməklərinin dadına baxa bilərsiniz.

Yay hər kəsin həyəcanla gözlədiyi fəsildir. Ulduzlu səma altında uzun, isti axşamlar, açıq havada təkrarsız əyləncə gecələri və yeni görüşlər. "Nargiz"in üçüncü mərtəbəsində yerləşən "Dalida de Luxe"un yay terrası bakılılar üçün əsl hədiyyə oldu. Dadlı və yüngül yemək, şərab və xoş musiqi yay axşamının ab-havasını tamamlayır. 

"Red Sofa" kafesi şəhərin mərkəzində, Fəvvarələr Meydanının yuxarı hissəsində yerləşir. Kafenin interyeri "Modern" üslubda, qırmızı rəngdə tərtib edilib. Kafenin bağlı yay terrası var. İlin hansı fəsli olmasına baxmayaraq burada istirahət edə bilərsiniz. Burada ətirli qəhvə ilə günə başlaya, iş görüşləri, banketlər keçirə və ya sadəcə dostlarla görüşə bilərsiniz.

"Chinar" restoranı sizi gözəl çinar, bambuk ağacları ilə əhatələnmiş sərin yay terrasında istirahət etməyə dəvət edir. Burada müasir yapon minimalizmi Avropa klassikliyi ilə ahəng təşkil edir -tünd rəngli dördkünc masalar, dəbli çılçıraqlar. Сhinar restoranında Londondan "Blue Sky Hospitality" restoran fəaliyyəti ilə məşğul olan beynəlxlaq mütəxəssislər tərəfindən seçilən dünya mətbəxinin ən ləzzətli yeməklərinin geniş çeşidləri təqdim edilir.

 "Café City"ə Avropasayağı məkanın necə olduğunu görmək üçün gəlmək lazımdır. Şəhərin mərkəzi, "Araz" k/t-nın yanında yerləşən restoran müasir, eyni zamanda dəbdəbəli dizaynla tərtib edilib. Kafenin yay terrası insana sərbəstlik aşılayır. Bura bir dəfə gəldikdən sonra yenidən və yenidən gəlmək istəyəcəksiniz. Zəngin menyu haqqında çox danışmaq olar, necə deyərlər: "yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır".

IMG_P

IMG_P 

Yay təzə girib, lakin istidən yalnız sərin yay terrası olan kafedə qorunmaq olar. İstirahətdən zövq almaq istəyirsinizsə İce Club-a gələ bilərsiniz. Şəhərin ən yaşıl, qədim parklarından biri Zabitlər parkında yerləşən Ice Club Bakının gecə klabberlərinə yaxşı tanışdır. Məkanın maraqlı gündüz həyatı da var. Ekskluziv mətbəx və yaşıl, sərin yay terrası məkanın vizit kartıdır. Burada təmiz hava qəbul edə, Ice Club-un aşpazının təkrarsız yeməklərindən dada, gözəl axşamdan zövq ala bilərsiniz.

IMG_P

IMG_P

Landmark-da yerləşən Sky Bar. Açıq terras qonaqların komfortu üçün qurulub. Parlaq rənglər və yumşaq mebel rahatlıq gətirir, dənizə açılan mənzərə romantik ab-hava bəxş edir. Təqdim edilən dadlı içkilər isə istirahətinizə rəng qatacaq. Burada dostlarla yığışıb xoş axşam keçirə, əlamətdar günləri qeyd edə bilərsiniz.

IMG_P

IMG_P

Pizza Inn. 1998-ci ildə paytaxtımızın mərkəzində, Fəvvarələr Meydanında açılan bu restoran bakılıların və şəhərimizin qonaqlarının sevimli məkanına çevrilib. Pizza İnn-in yanından keçərkən həmişə yay terrasının tələsmədən ləzzətli pizzadan zövq alan insanlarla dolu olduğunu görmək olar. Burada 40 növdə pizza, dadlı salatlar, pastalar, desertlər, içkilər təklif edilir. Şəhərin mərkəzində, açıq havada istirahət etmək hər kəsin ürəyincə olacaq. 

 "Chio Chio San" restoranı sizi əsl şərq restoranının yüngül abu-havası ilə qarşılayacaq. Burada yapon mətbəxinin dadına baxa,  hörmə kreslolar olan yay terrasında istirahət edə, şərq ab-havasından zövq ala bilərsiniz. Kafenin üstün cəhətlərindən yüksək xidmət, ləzzətli mətbəxi qeyd etmək olar. Kafenin kölgəli terrasında münasib qiymətə yüngül nahar edə bilərsiniz.

IMG_P

IMG_P

EL Terrace & Lounge milli mətbəx restoranında hər bir qonağı razı salacaq rahatlıq ab-havası hökm sürür. Restoran bu ilin iyun ayında Şüvəlanda açılıb və hər kəsi gözəl şəkildə tərtib edilmiş yay terrasına dəvət edir. Yüngül, hörmə divan və kreslolarla təchiz edilmiş restoranın dəbdəbəli yay terrasında istənilən əlamətdar günü, toy mərasimlərni, banketlər keçirmək olar.

IMG_P

IMG_P

"Tonqal" -milli mətbəx təqdim edilən bu restoran yüksək xidməti, canlı musiqisi ilə yanaşı özünün şərab anbarı ilə fərqlənir. Restorana gələrək siz agaclar, çiçəklərlə əhatələnmiş bağa düşəcəksiniz. Süni şəlalə, yaşıllıq "Cənnət bağı" təəssüratı yaradır. Burada istirahətiniz unudulmaz olacaq.

Beləliklə, bütün yay qarşıdadır, əla hava və parlaq günəş sizi gözləyir! Ümid edirik ki, şəhərin ən populyar məkanlarının yay  terrasları haqqında hazırladığımız icmal sizlərə yay günlərində açıq havada istədiyiniz kimi istirahət etmək üçün məkan seçməyə kömək edəcək.




Restoranlar




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?