Elan Aktiv istirahət Hovuz kənarında istirahət
Hovuz kənarında istirahət

Hovuz kənarında istirahət -aktiv yay istirahətinin ən xoş növlərindən biridir. Açıq havada suyun cəlbedici göy rəngi səhərlər gümranlaşdırır, axşamlar rahatladır. Hovuz kənarında günəşlənmək, şübhəsiz ki, hər kəsin ürəyincə olar. Sizlərə açıq hovuzu və akvaparkı olan məkanları təqdim edirik.

Yaxta səyahəti
Su və dənizi sevənlər üçün alternativ istirahət seçimlərindən biri də yaxta ilə səyahətdir. Yaxtada 8 nəfərə qədər müxtəlif xüsusi günləri qeyd edə, korporativ tədbirlər üçün icarə edə bilərsiniz. Göyərtədə günəş vannası qəbul edə və təmiz dəniz havasından da zövq ala bilərsiniz. Yaxtaya özünüz ilə qida və içki (qırmızı şərab istisna) gətirə bilərsiniz. Yaxtın daxilində tam təminatlı mətbəx avadanlıqları mövcuddur.

Qiymət:

2 saat - 380 azn (max 8 nəfər)
3 saat - 570azn (max 8 nəfər)
4 saat - 760azn (max 8 nəfər)

Daha ətraflı: https://tripsome.az/az/activities/8cee80b/yaxta-kirayesi-saatliq

"Karvan Palace" otelində dostlarınız, yaxınlarınızla birlikdə hovuz kənarında istirahət edərək əla gün keçirin. Şərq üslubunda tikilən otel Mərdəkanda yerləşir. Hovuza girmək: 10 AZN, 5 yaşa qədər uşaqlara pulsuz, 6-12 yaş arası uşaqlara 6 AZN, 12 yaşdan böyük uşaqlara -10 AZN. Qiymətlərə daxildir: uzanmaq və günəşlənmək üçün avadanlıq, dəsmal, duş. Otelə giriş -bütün gün 15 AZN. Dadlı və münasib qiymətə məzələr, pizza, sendviç, kokteyl, meyvə suyu və alkoqollu içkilər sifariş verə bilərsiniz.

IMG_P

IMG_P

IMG_P

Kempinski otelin Akvaparkında hovuzda üzərək ailənizlə vaxt keçirin və istirahətdən zövq alın və ya açıq havada günəş vannası qəbul edərək rahatlayın. Kafe və ya akvaparkda kokteyllərin və yüngül içkilərin dadına baxa bilərsiniz. Burada böyüklər üçün 2 açıq hovuz və uşaqlar üçün 1 hovuz var. 7 yaşdan aşağı uşaqlar üçün ayrıca hovuz təklif edilir. Akvaparkın üçsəviyyəli tikilişi nəticəsində bütün istirahət zonası bir-birindən ayrıdır. Bununla yanaşı olaraq zonalar həm də yaxındır, valideynlər öz uşaqlarına rahatlıqla nəzarət edə bilir. Otelin akvaparkı bazar ertəsindən cümə axşamına qədər 09:00-19:00 arası, cümədən bazara qədər 09:00-21:00 arası açıqdır. Qiymətlər: böyüklər üçün 30 AZN və 6-12 yaş uşaqlar üçün 15 AZN, 6 yaşdan kiçik uşaqlar üçün pulsuz.

IMG_P

IMG_P

IMG_P

Jumeirah Bilgah Beach Hotel. Burada yoqa, Pilates, akva aerobika, çimərlik voleybolu, futbol və digər idman növləri ilə məşğul ola bilərsiniz! Otelin Akvaparkının bugünlərdə açılışı panlaşdırılır. Jumeirah Bilgah çimərlik otelin Waterpark-ı şəhərin məkanları arasında ən böyüklərdən hesab olunur. Burada istənilən zövqə uyğun əyləncə tapmaq olar: aktiv istirahət sevənlər üçün burada su atraksionları, üzmə hovuzu, fəvvarələr var. Uşaqlar balacalar üçün nəzərdə tutulmuş hovuzda əla vaxt keçirəcəklər. Otelin sakinləri üçün akvaparka giriş pulsuzdur, qonaqlar isə giriş bileti əldə etməlidirlər. Akvapark və çimərliyə giriş iş günləri -35 AZN, istirahət günləri 45 AZN-dir. Uşaqlar üçün endirimlər edilir: 20 AZN -iş günləri və 25 AZN istirahət günləri. Daha kiçiklərə giriş pulsuzdur. Akvaparkdan ayrıca istifadə uyğun olaraq böyüklər və uşaqlar üçün 25 və 20 AZN. Aktiv istirahət sevənlər üçün: tenis kort, basketbol meydançası, futbol meydanı, 20 metrlik hovuz.

IMG_P

Uzun və yorucu gündən sonra Hyatt Regency oteldə üç hovuzdan birində üzərək istirahət edə bilərsiniz. Oazis klubun mezonin mərtəbəsində yerləşən bağlı hovuzu il boyu fəaliyyət göstərir. Hovuz qış mövsümü boyunca qızdırılır və 25 m uzunluğa və 1,60 m dərinliyə malikdir. Klubun spa-salonunun açıq hovuzu ilin isti vaxtları maydan sentyabra qədər fəaliyyət göstərir və klubun birinci mərtəbəsində yerləşir. Hovuzun meydançasında rahat şezlonqlar qoyulub. Hovuzun uzunluğu 25 metr, dərinliyi 1,60 metrdir. Otelin açıq hovuzu ilin isti aylarında 08:00-dan 19:00-a qədər işləyir və uzunluğu 18 m, dərinliyi 1,60 m-dir. Oazis klubun fitnes-mərkəzi və basseyni Hyatt Regency və Park Hyatt qonaqları üçün pulsuzdur. İş qrafiki: bazar ertəsindən cüməyə qədər 6:00-22:00, şənbə, bazar və bayram günləri 7:30-21:00.

IMG_P

Excelsior otelin ərazisində Bakının ən yaxşı hovuzlarından biri yerləşir. Burada günün istənilən saatında istirahət edə bilərsiniz. Kristal və sərin su elə bil öz qucağına səsləyir. Böyük meydanda şezlonqlar qoyulub. Burada uzanıb günəşlənmək və hovuzun təmiz suyundan zövq almaq olar. Gündəlik giriş -25 AZN (bazar ertəsi -cümə), 30 AZN (şənbə-bazar). Qiymətlərə açıq və qapalı hovuz, sauna, cakuzi və Relax Room-dan istifadə daxildir. 

IMG_P

IMG_P

2005-ci ilin may ayında fəaliyyətə başlayan Af Hotel Aqua Park ailəvi istirahət mərkəzi Bakıdan 21 km məsafədə, Novxanı qəsəbəsində, Xəzərin sahilində yerləşir. Aktiv istirahət sevənlər üçün burada akva park, sauna və masaj otaqları, oyun avtomatları zalı, VİP bilyard zal, açıq tenis kortu, futbol, voleybol və basketbol meydançası, fitnes zal mövcuddur. Kompleksin ərazisində xüsusi qumlu çimərlik var. Burada skuter, motobayk sürə, yaxtalarda gəzə, günəş və qum vannası qəbul edə bilərsiniz. Müştərilərin təhlükəsizliyini təmin etmək üçün çimərlikdə xilasedici briqada fəaliyyət göstərir. Akvapark və çimərlikdə istifadə daxil olmaqla giriş 15 AZN, balacalar üçün -pulsuz. 

IMG_P 

IMG_P

Sea Breezе-in diqqətlə düşünülmüş infrastrukturu: ağappaq apart-otel, Shore House restoran, sport klub, xüsusi qumlu çimərlik, dəniz sahili -yay istirahəti üçün ideal məkan. Yalnız burada aktiv dəniz istirahətini sevənlər çimərlik voleybolu oynaya, skuterdə və ya yaxtada gəzə, dostlar kompaniyasında dincələ bilərlər. Qiymətlər: paraşüt 15 dəq -60 AZN, skuter -30 AZN, yaxta 60 dəq -150 AZN, kanoe -10 AZN, banan -10 AZN. 1,2 km-lik təmiz, qumlu çimərlik və əlbəttə ki, açıq havada heyranedici hovuz. Giriş və hovuzdan istifadə -20 AZN. Çətir, şezlonq və dəsmal pulsuz.

IMG_P

IMG_P

IMG_P

Crescent Beach Hotel Xəzər sahilində yerləşən digər otellər arasında birinci yeri tutur. Burada təqdim edilən trenajorlardan istifadə edərək forma və sağlamlığınızı qoruyub saxlayın. İdman sevərlər üçün burada açıq havada tenis kort, stolüstü tenis və futbol meydanı var. Hovuzlardan birindən istifadə etməzdən öncə saunada rahatlaya bilərsiniz.

IMG_P

AF Hotel Aquapark Shikhov Xəzər dənizinin sahilində yerləşir və bir çoxlarına əla çimərliyi, yüksək səviyyəli xidməti, akvaparkı və hovuzu ilə tanışdır. Burada sizi parlaq günəş, qumlu çimərlik, böyük və təmiz hovuz, çətir və komfortlu istirahət üçün lazım olan ləvazimatlar gözləyir. Akvaparka giriş -10 AZN.

IMG_P

Dəniz kənarında yerləşən dəbdəbəli oteldə istirahətdən daha yaxşı nə ola bilər? Mərdəkanda yerləşən "Khazar Golden Beach" otel sizə özünüzü kurortda hiss etməyi, gözəl mənzərədən zövq almağı, əla xidmət, inanılmaz komfort təklif edir. Otelin mərkəzində böyük, açıq hovuz və Bakıda ən təmiz suyu olan heyranedici çimərlik var.

IMG_P

IMG_P

Çimərliyin ərazisində dəbdəbəli otel -dəniz kənarında istirahət etmək istəyənlərə daha nə arzulamaq olar? Dəniz kənarında yerləşən "Ramada" otelin dənizə gözəl mənzərəsi açılır. Məkan 2007-ci ildə açılıb. Otelin yeni spektrı özündə mehmanxana xidmətlərini birləşdirir. Otelin günəş şüaları ilə işıqlanmış ərazisində çimərlik, tenis kort, uşaq meydançası, idman meydançası, hovuz, kafe və bar və əlbəttə ki, üzgüçülük hovuzu var.

Grand Hotel Europe-da da hovuzu olan gözəl istirahət zonası var. Burada günəşlənə bilər, təmiz dəniz havasından zövq ala bilərsiniz. Balaca qonaqlarımız üçün nəzərdə tutulmuş hovuzun uşaq seksiyası valideynlərin ürəyincə olacaq. Sağlamlıq mərkəzi müasir avadanlıqlarla təchiz edilmişdir. Burada Fitness mərkəzi, sauna, cakuzi, həmçinin peşəkar masaj xidməti fəaliyyət göstərir.

Hilton Baku-nun 23-cü mərtəbəsində rahatlıq tapa biləcəyiniz eforea spa-mərkəzi yerləşir. Burada nadir kosmetik və müalicəvi prosedurlardan zövq alacaqsınız. İdmanla məşğul olmaq üçün trenajor zalı və bağlı hovuz mövcuddur. Hovuz  yorucu iş günündən sonra rahatlamaq və təmiz havada üzmək istəyənlər üçün nəzərdə tutulub.

IMG_P

IMG_P

Bakıdan kənarda da hovuzu və akvaparkı olan bir çox istirahət zonaları fəaliyyət göstərir.

Nabranda yerləşən "Ober-Lux" istirahət və əyləncə mərkəzi Sizi Xəzər dənizinin sahilində istirahətə dəvət edir. Yerləşməsi: Xəzər sahilindən 200 m məsafədə. İstirahət zonasında təmiz hovuz, çətir altında masalar və qoltuqlar, uşaqların ürəyincə olacaq akvapark mövcuddur. Həmçinin burada dəniz kənarında kiçik bir çimərlik də var. 

IMG_P

IMG_P

"Palma" turistik kompleksi Azərbaycanın mənzərəli guşəsi, Nabran rayonunda yerləşir. Almaniya istehsalı olan təmizləyici sistemli geniş və komfortlu hovuz (25х11 metr) həmişə xidmətinizdədir. Uşaqlar üçün isə xüsusi hovuz var. Burada həvəskarları gözəl fin saunası gözləyir.

IMG_P

IMG_P 

"Atlant" istirahət və əyləncə mərkəzində istirahət etmək olar. Akvaparkda su əyləncələri həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. Akvaparkın hovuzunun həcmi -3100 və 500 м3

 

IMG_P

IMG_P

IMG_P

Lerikdə yerləşən "Relax" istirahət və turizm mərkəzi sizi ecazkar mənzərəsi və açıq havada hovuzu ilə heyran edəcək. Bu yay istirahət mərkəzində kiçik aqvapark düzəldilib. Burada siz və uşaqlarınız gözəl vaxt keçirə biləcəksiniz. Giriş burada qalanlar üçün pulsuz, qonaqlar üçün 20 AZN.

 

IMG_P

IMG_P

Ölkəmizin ən gözəl rayonlarından biri Qəbələdə yerləşən "Semerana" istirahət mərkəzi rahat kotteclərdə istirahət təklif edir. Kompleksin ərazisində böyüklərin və uşaqların zövq ala biləcəyi açıq hovuz mövcuddur. Xidmətinizdə günəşlənmək üçün ləvazimatlar, çətir, duş.

 

 

 IMG_P

Dəniz və ya hovuz kənarında istirahət ən xoş və rahatladıcı yay istirahətidir. Hələ ki, payız özünü yetirməyib istirahətdən zövq almaq olar.

 




Aktiv istirahət




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?