Elan Konsertlər "Cirque du Soleil" sirkinin çıxışı
"Cirque du Soleil" sirkinin çıxışı

Regionda ilk dəfə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasimində dünyaşöhrətli Cirque du Soleil çıxış edəcək. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası elan edib. Tədbir Tofiq Bəhramov adına Respublika Stadionunda 22 sentyabr 2012-ci il tarixində baş tutacaq.

Cirque du Soleil xüsusi olaraq bu hadisə üçün yeddi dəqiqəlik bir çıxış hazırlayıb. Cirque du Soleil-i buna ilhamlandıran üç amil olub: 4 əsas ünsür (yer, su, hava və od), Azərbaycan mədəniyyətinin vizual simvolları və bayram əhvali-ruhiyyəli oyunları.

Cirque du Soleil akrobatları rəqqasların və bu şouda iştirak edən yerli könüllülərin dəstəyi ilə öz çıxışlarında Azərbaycanın qədim ənənələrini uca tutaraq nəyinki onun idman, futbol və həmçinin də mədəni komponentləri nümayiş edəcəklər. Yeddi dəqiqəlik çıxış bu tədbir üçün xüsusi bəstələnmiş və özündə Azərbaycan milli musiqi ənənələrini və məhz Cirque du Soleil tamaşalarına xarakterik olan musiqi müşayiəti altında keçəcək.

Bakı – müasir, rəngarəng və ünsiyyətə açıq olan bir şəhərdir. Cirque du Soleil bu unikal əsəri yartamaq üçün yerli istedadlar və könüllülər ilə çox sıx əlaqəli iş birliyi aparır. FIFA U-17 qadınlararası dünya çempionatının Azərbaycan 2012-nin açılış mərasimi dünyanın 105 ölkəsinə televiziya vasitəsilə birbaşa yayımlanacaq.




Konsertlər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?