Elan Teatr Təzə gəlin
Təzə gəlin

 

 

 

Bu gün Dövlət Gənclər Teatrının binasında "Ər və arvad" iki hissəli komediyasının əsasında "Təzə gəlin" adı ilə səhnələşdirilən komediya müasirləşdirilmiş ampulada tamaşaçılara təqdim ediləcək. Tamaşanın başlanğıcında bütün əhvallar sanki müasir dövrdən xəbər verir. Haradasa ötən yüzilin bu vaxtlarındakı əhvalla indiki əhvalın eyniliyi, dəyişməzliyi tamaşada ifadəsini tapır. 
  Hadisələr bir ailənin taleyi fonunda gərginləşir. Belə ki, Mərcan bəy qadınından boşanmaq üçün yollar arayır, nəhayət, tanışı Kərbəlayi Qubadın vasitəsilə dərdinə çarə tapmaq istəyir. Lakin Minnət  xanımın səyi nəticəsində ailə dağılmaqdan qurtulur, nəinki əri Mərcan bəy, üstəlik Kərbəlayi Qubad da pis vəziyyətə düşür.  Tamaşa boyunca Üzeyir bəyin sonrakı məşhur əsərlərinin ("Arşın mal alan", "O olmasın, bu olsun") motivlərinə rast gələcəksiz. 
Teatrın baş rejissoru, tamaşanın bədii rəhbəri, əməkdar incəsənət xadimi Rəhman Əlizadə bildirir ki, dahi bəstəkar Üzeyir Hacıbəyovun felyetonları da əlavə edilir.Tamaşada xalq musiqisindən xüsusi istifadə olunur.




Teatr
Bilet: 2-5 AZN Gənclər Teatrı




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.