Elan Sərgilər Sənan Ələskərovun fərdi sərgisi
Sənan Ələskərovun fərdi sərgisi

YARAT! Müasir İncəsənət Məkanı tanınmış fotoqraf Sənan Ələskərovun “SADƏLİYİN ŞƏFFAFLIĞI” adlı eksperimental layihəsini təqdim edir. Rəssamın yaratdığı yeni silsiləyə texniki ifa və hamı üçün birgə olan sadə əşyaların gözəlliyi mövzusu vasitəsilə birləşdirilən 25 rəngli fotoşəkil daxildir. Şəkillərə xas olan hissələrə parçalanma, rəssamın fikri ilə, ətraf mühitin qavranmasının əsas qayəsini təşkil edir. 

Adi insanların fikir vermədiyi ünsürlər-təsadüfən rast gəlinən günəş şüası və ya yola düşən kölgə, köhnə, qurumuş ağacın incə budaqları, istifadə olunmayan uşaq meydançası və digər surətlər- çox zaman müəllifin diqqətini cəlb edir; bu ünsürlər fikirlər, asossiasiyalar, hisslər və xəyallar cərgələrini təşkil etməklə, rəssamın fotoşəkillərdə yaratdığı subyektiv gözəlliyinin konkret və mücərrəd surətlərin peyda olmasına yardım edir.

Müəllifin yaratdığı şəkillər silsiləsində adiliyin gözəlliyi və sadəliyi əlamətlərinə malik olan surətlərin yaradılmasının şiddətli arzusu sezilir. Təbiət isə, surətlərin əsas çərçivələrini müəyyənləşdirən dayaq nöqtəsi və material qismində çıxış edir. Tədbirin rəsmi açılışı mart ayının 2-də saat 19:00-da keçiriləcək.

 




Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?