
Bu yayın ən qaynar premyeraları! Yay mövsümündə hər kəsin asudə vaxtı çox olur və kino şirkətləri daha çox pul qazanmağa çalışırlar. Bu yay hansı filmlərin bizi gözlədiyini indi sizlərlə bölüşəcəyəm. Hər kəsi Azərbaycanın ən yaxşı kinoteatrı 28 Cinema-da gözləyirik!
Bədheybətlər universiteti 3D
Mayk və Salli Monstropolisin ən təcrübəli qorxudanlarıdır, lakin bu həmişə belə olmayıb. Onlar ilk dəfə görüşəndə, bu iki bədheybətin bir-birindən zəhləsi gedirdi. “Bədheybətlər universiteti”- köhnə tanışların qarşılıqlı düşmənçilikdən əsl dostluq münasibətinə keçməsindən bəhs edir. P.S. Cizgi filminin əvvəlində qısa metrajlı "Mavi çətir" göstəriləcək. Belə nümayişlər ənənə halını alıb və bunlar Pixar studiyasının yeni rejissorlarının işləridir. Belə ki, cizgi filmi tamaşaçılar tərəfindən bəyənilirsə, bu əməkdaşı işə qəbul edirlər. Elə buna görə də seansa gecikməyin!
Nə vaxt? 20 iyundan etibarən.
IMG_P
Dünyalar müharibəsi Z 3D
BMT əməkdaşı Hari Leyn zaman ilə ötüşərək bəşəriyyəti məhv edə bilən yoluxmanın qarşısını almağa çalışır.
Nə vaxt? 27 iyundan etibarən
IMG_P
Ətəkli polislər.
FTB agenti və Boston polis məmuruna məsuliyyətli tapşırıq verilib: təhlükəli cinayətkarın izinə çıxıb onu zərərsizləşdirmək. Yaxşı ki, polislər - qadınlardır, cinayətkar isə - rus: rus fərasətinə yalnız gözlənilməz qadın məntiqini qarşı qoymaq olar. Baş rolda ecazkar Sandra Bullok. Film çox yüngül və gelməlidir.
Nə vaxt? 4 iyuldan etibarən.
IMG_P
Elit cəmiyyət.
Adrenalin və macəra axtarışında olan 5 nəfər cəsur gənc zarafat xətrinə Hollivud ətrafında olan varlı malikanələrə baş çəkmək qərarına gəlir. Lindzi Lohan, Orlando Blum, Peris Hilton kimi digərlərinin evlərində “qonaq” olan qızlar dizayn, geyim və zinət əşyaları ilə maraqlandığı vaxtda, oğlanlar yalnız pul ilə maraqlanırlar. Onlarla evi yaran gənclər ümumilikdə 3 milyondan artıq gəlir əldə edirlər.
Nə zaman? 11 iyuldan etibarən.
Nə vaxt izləmək olar? 11 iyuldan etibarən.
Coşğun, sürət sevən Turbo adlı ilbizi sakit həyat, asta danışıq, geridə qalmış qonşular kimi heçnə qıcıqlandırmır. Bu hekayə bütün arzuların reallıq ola biləcəyini sübut edir! Hətta ilbiz dünyada ən sürətli ola bilər!
Qarqamel ikiyə bölünmüş bir alma kimi smurfiklərə bənzəyən Xakus və Veksini yaradır və bu qəzəbli cütlüklə sehrli qüvvəni axır ki, əldə etmək istəyir. İstədiyini yalnız əsl smurfdan əldə edə biləcəyini və yalnız Smurfettanın Xakus və Veksini əsl smurfa çevirə biləcəyini biləndə, Qarqamel Smurfettanı qaçırır və onu özü ilə Parisə aparır...
Nə vaxt baxmaq olar? 1 avqustdan etibarən.
300 spartaını məğlub etdikdən sonra Kserksin komandanlığı altında fars ordusu cənuba – iri yunan şəhərlərinə yola düşür. Fars ordusunun qarşısına çıxan ilk şəhər –Femistoklun başçılığı altında olan güclü donanması ilə məhşur Afina olur. Film ştatlarla yanaşı, bütün dünyada çoxdan gözlənilir. Biletləri qabaqcadan almağı məsləhət görürük, anşlaq olacaq.
Nə vaxt? 8 avqustdan etibarən.
"Disney" şirkəti cizgi filmini birbaşa DVD-də buraxmaq istəyirdi, sonra isə fikrini dəyişdi. Bu, müasir hava gəmiləri dünyasında vintli təyyarənin sərgüzəştlərinin məzəli əhvalatıdır.
Nə zaman? 29 avqustdan etibarən.
P. S. Xatırladaq ki, yalnız 28 Cinema-da bütün bu filmlərə orijinal, ingilis dilində baxa bilərsiniz.
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

