
Qarşıdan gələn bayramlar ərəfəsində YARAT Müasir İncəsənət Məkanı “Nargis” jurnalının təşkilatçılığı ilə keçiriləcək “Soyuq əllər – isti ürək” adlı Yeni İl Xeyriyyə Yarmarkasında iştirak edəcək. Yarmarka dekabr ayının 13-ündən 20-nə qədər Fəvvarələr Meydanında fəaliyyət göstərəcək və həmin günlər ərzində hər kəs bayram abu-havasından həzz alaraq “Jan Atelier”, “Lilac”, “Carrousel”, “Ali &Nino” və başqa məşhur brendlərin təqdim etdiyi maraqlı suvenir və şirniyyat əldə edə biləcək. Azərbaycanın müasir incəsənətinə artıq 2 illik bir müddət ərzində dəstək göstərən YARAT qeyri-kommersiya təşkilatı, həmçinin, gənc Azərbaycan rəssamlarının müəllif suvenirləri kolleksiyasını sizin nəzərinizə çatdıracaqdır.
Tədbirin açılışını axşamın ulduzu Miri Yusif və 3 saylı eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbinin istedadlı sakinləri ilə birgə “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova edəcəkdir. Suvenir və şirniyyatdan əlavə, qonaqları, həmçinin, Azərbaycanın aparıcı yazıçılarının imza sessiyaları, uşaq və böyüklər üçün müxtəlif əyləncələr və, əlbəttə ki, Şaxta Baba və Qar Qız gözləyir.
Hər gün saat 12:00-dan etibarən qonaqlar yeni il xitlərindən həzz alaraq isti şokolad içəcək və “Nargis” jurnalının partnyorlarının təqdim etdiyi əyləncələrə qatılacaqlar.
20 dekabr, Cümə günü sizi xeyriyyə yarmarkasının təntənəli qapanış mərasimi gözləyir ki, onun çərçivəsində hər iştirakçının “Nargis” jurnalının partnyorlarından müxtəlif hədiyyələr qazanmaq şansı olacaq lotereya keçiriləcək. Hədiyyələr arasında, həmçinin, Emin Ağalarovun konsertinə iki bilet və əsas priz – “Pasha Travel” şirkətindən Dubaya səyahət də yer alıb.
Gecənin əsas qonağı məşhur moda saytı olan Buro 24/7-nin Azərbaycan versiyasının buraxılışı ərəfəsində sərgini ziyarət edəcək Miroslava Duma olacaqdır.
Uşaq evləri və internatlardan olan qayğıdan məhrum körpələrin ən böyük arzularını yerinə yetirmək imkanını qaçırmayın. Gəlin hər birimiz Şaxta Babaya çevrilək!
Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!
Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!
ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.
Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.
Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

