Elan Teatr "Kirayə gəlin" komediyası
"Kirayə gəlin" komediyası

13 və 14 may Rus Dram Teatrının səhnəsində Rusiyanın məşhur teatr və kino artistlərinin "Kirayə gəlin" komediyası ilə qastrolu olacaq. Rolları ifa edir: Rusiyanın Xalq Artisti Aleksandr Mixaylov, əməkdar artist, Lenin Komsomolu Mükafatı Laureatı Yelena Proklova, Rusiya Federasiyasının əməkdar artisti Mixayıl Bezobrazov və Yuliya Takşina.

Yüngül, işıqlı, yumor və kinayə dolu "Kirayə gəlin" komediyası ilk saniyələrdən tamaşaçını təsirləndirir və xoş təəssüratlar oyadır. 

Qeyri-ordinar sujet və gözəl rejissor işi, istedadlı ifa və misilsiz dramaturgiya hər bir tamaşaçının ürəyincə olacaq.

Biletləri teatrın kassalarından və şəhərin mərkəzi kassalarından əldə edə bilərsiniz. Tamaşa 20:00-da başlayacaq.




Teatr




ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?

Bakıda turistlər üçün top 5 məkan

İstənilən ölkəyə səfər edərkən biz ziyarət üçün unikal yerlər axtarırıq. Azərbaycan hər il çoxlu turistlərin gəldiyi ölkədir. Citylife turistlər üçün Azərbaycana səfərləri zamanı ziyarət etməli olduqları top 5 məkanın siyahısını hazırlayıb.