Elan Sərgilər Nazim Məmmədovun sərgisi
Nazim Məmmədovun sərgisi

Oktyabrın 31-də “Qalereya 1969” sərgi salonunda Azərbaycanın məşhur rəssam-rejissoru Nazim Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr edilən “Mənim yolum” adlı xatirə sərgisi açılacaq. Sərgi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq. N.Məmmədov Azərbaycanın animasiya tarixində xüsusi yer tutur. Onun adı uşaqlığımızın ən sevimli cizgi filmləri ilə bağlıdır. Respublikamızda ilk cizgi filmlərinin müəllifi olan N.Məmmədov Azərbaycanda animasiyasının inkişafına əvəzsiz töhfələr verib. O, həm də rəngkarlıq, qrafika ilə məşğul olub, uşaq kitablarına illüstrasiyalar çəkib. Noyabrın 5-dək davam edəcək sərgidə Nazim Məmmədovun ən məşhur işləri nümayiş olunacaq.

N.Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasında multiplikasiya kurslarını başa çatdırdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator işləyib. Özünün birinci, eləcə də Azərbaycanın ilk cizgi filmi olan “Ayı və siçan”ı 1970-ci ildə çəkib. “Azərbaycanfilm” kinostudiyasında 40 sənədli filmin istehsalında iştirak edən N.Məmmədov 1988-ci ildə “Göyçək Fatma” adlı 5 hissədən ibarət respublikada ilk multfilm-operanı yaradıb. Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da vəfat edib.

Sərginin açılışı 31 oktyabr 20014-cü il 19:00-da baş tutacaq. Sərgi 5 noyabra qədər davam edəcək. Giriş sərbəstdir.




Sərgilər




Bakıda gecə həyatı: Barlar, Klublar və Canlı musiqi

Bakıda gün batdıqca, şəhər tamamilə başqa bir havaya bürünür. Damüstü klublardan tutmuş rahat barlara və canlı musiqiyə qədər, burada gecə saatlarında həmişə nəsə baş verir. Əgər içki içmək, musiqi dinləmək və ya dostlarınızla əyləncəli bir yer axtarırsınızsa, bu məkanları mütləq yoxlamalısınız. Gəlin, Bakının gecə həyatına qısa bir səyahət edək!

Filmə bir baxış : 7-ci ANIMAFILM festivalının izləməli məqamları 2024

Animasiya sevənlər, hazır olun! 7-ci ANIMAFILM Beynəlxalq Animasiya Festivalı yaxınlaşır və bu ilki proqram elə filmlərlə doludur ki, kinoteatrı tərk edərkən ya gözləriniz parlayacaq, ya da bir neçə damla göz yaşı siləcəksiniz. Bu il festivalın mövzusu "Sevgi"dir, yəni bizi ürəyimizi yerindən oynadacaq, güldürəcək və bəlkə də son Tinder görüşümüzü yenidən düşündürəcək hekayələr gözləyir. İstər emosional dağa-dərəyə çıxmaq, möhtəşəm vizuallar, istərsə də sadəcə popkorn üçün gəlmisinizsə, burada qaçırmamalı olduğunuz filmlər var. Kiçik bir xəbərdarlıq: biletləri dərhal tripsome.az saytından əldə etməlisiniz—yoxsa evdə Netflix izləyib və popkorn yediyiniz günlər geri dönə bilər!

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2024-cü ildə Azərbaycanda keçiriləcək

ANİMAFİLM 7-ci Beynəlxalq Animasiya Festivalı 2-6 oktyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək! Biletləri necə əldə edəcəyinizi öyrənin, 100-dən çox filmə baxın və Azərbaycanda bu maraqlı animasiya bayramına qoşulun.

Azərbaycanda palçıq vulkanları

Palçıq vulkanizmi Yer kürəsində ən maraqlı təbii geoloji hadisələrdən biridir. Bəzi geoloji, hidrogeoloji və tektonik amillər palçıq vulkanlarının əmələ gəlməsinə səbəb olur. Qaz, su və bəzi çöküntülərin qarışıqları Yerin səthində xaric edildikdə və bu proses uzun müddət davam etdikdə, bu qarışıqlar müxtəlif xarici morfoloji formalar alır və palçıq vulkanları yaradır.

2024-cü ilin payızında Bakıda gözlənilən konsertlər

Yarpaqlar qızılı rəng alıb, havalar sərinləşməyə başlarkən, Bakı bu payız inanılmaz konsertlərlə isinməyə hazırlaşır. İstər pop, istər rok, istər caz, istərsə də başqa musiqi janrlarının pərəstişkarı olun, bu mövsümün proqramı hər marağa uyğun birşey təklif edir. İnanın ki, bu konsertləri qaçırmaq istəməzsiniz—xüsusilə də belə möhtəşəm sənətçilər şəhərimizə gəldiyi zaman. Beləliklə, gəlin görək bizi bu sezon nələr gözləyir?