Elan Teatr "Riçard III" tamaşası
"Riçard III" tamaşası

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Uilyam Şekspirin pyesi əsasında "Riçard III" tamaşasının premyerası olacaq. Tamaşa Uilyam Şekspirin 450 illiyinə həsr edilib və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib. Tamaşanın quruluşçu rejissor -Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssam -Rusiya Akademik gənclər teatrının baş rəssamı, Rusiya Federasiyasının xalq rəssamı Stanislav Benediktov, xoreoqraf -Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qritsay, bəstəkar -Firudin Allahverdi.

Rollarda: Azərbaycanın xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqü Hüseynov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Vahid Əliyev, aktyorlar Mehriban Abdulleyva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarxanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları.

 




Teatr




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.